Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Həmin sərinliyi mərasim başa çatandan dərhal sonra hiss etdik. Açığı mərasim bir o qədər də uzun çəkmədi. Tədbiri xoşgəldinlə "Ülfət"in təşəbbüsçüsü, qurucusu Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov açdı. Hikmət müəllim bu istirahət ocağının ərsəyə gəlməsində AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin xidmətlərini yüksək dəyərləndirdi: "Biz ona belə bir obyekt tikmək istədiyimizi bildirəndə təşəbbüsümüzü alqışladı. Bütün proses boyu bizimlə oldu. Kritik məqamlarda köməyini əsirgəmədi. Ən yüksək səviyyələrdə sədr, millət vəkili kimi nüfuzundan istifadə edib problemlərimizi yoluna qoydu". H.Osmanov Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə də təşəkkürünü bildirdi. Dedi ki, sənədləşmə məhz onun şəxsi tapşırığı ilə son dərəcə qısa müddətdə, heç bir ləngimələrə yol verilmədən həyata keçirildi. RK sədri sonra inşaat işlərinin gedişi və istirahət zonası barədə ətraflı məlumat verdi. Xaçmaz rayonunun Seyidli kəndi ərazisində yerləşən "Ülfət" istirahət zonası 4 hektardan yuxarı ərazini əhatə edir. Burada tikinti işlərinə hələ 2006-cı ildə başlanmışdır. İnşaat işlərinə 300 nəfərdən artıq işçi cəlb olunmuşdur. Yerli və xarici mütəxəssislərin əməyindən istifadə edilmişdir. Hələlik 6 ədəd 2 otaqlı kotec, hərəsində 4 birotaqlı, 4 ikiotaqlı nömrələr olan 2 ədəd ikimərtəbəli korpus tikilmişdir. Bu tikililər birdəfəyə 80 turisti qəbul etmək imkanı verir. Xeyli sayda yardımçı binalar da artıq tikilib istifadəyə hazırlanmışdır. Ərazinin mərkəzində inşa olunmuş yeməkxana həm zahiri gözəlliyi, həm də içinin müasir standartlara uyğunluğu ilə diqqətinizi cəlb edəcək. Mətbəx ən müasir avadanlıqlar ilə təchiz olunmuşdur. İnzibati bina da arxitektura baxımından göz oxşayır. Orada müştərilərə tez və keyfiyyətli xidmət göstərmək üçün hər cür şərait var. Biz xidmət personalının da rahatlığını və istirahətini unutmamışıq. Bu məqsədlə xüsusi otaqlar ayrılmışdır. H.Osmanov dedi: Elə dayandığımız yerdən də gördüyünüz kimi, ərazidə böyük quruculuq işləri aparılmışdır. 3000 kvadratmetrdən artıq ərazi asfaltlanmış, daxili yollara tamet daşları döşənmişdir. Yaşayış binalarının arxasında idman kompleksi yaradılmışdır. Süni ot örtüklü futbol, böyük tennis meydançaları bizcə turistlərin ən sevimli istirahət yerlərindən olacaq. Ərazidə sakitliyi, təhlükəsizliyi təmin etmək məqsədi ilə girəcəkdə avtomobil dayanacağı inşa edilmişdir. Yataq dəstlərinin və sairənin daim təmiz halda saxlanılması üçün mərkəzin özünün camaşırxanası var. Camaşırxananın xidmətindən turistlər də istifadə edə biləcəklər. Bir hektardan artıq ərazidə qazon salınmış, xarici ölkələrdən gətirilmiş ağac və kollar əkilmişdir. Yaşıllıqları suvarmaq üçün avtomat suvarma sistemi quraşdırılmışdır. Su problemi olmayacaq. Çünki 2 ədəd subartezan quyusu qazılmışdır. 2 ədəd 24 tonluq su çəni quraşdırılmışdır. Transformator və dizel generatoru mərkəzi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcəkdir. Qarşıda görüləsi işlərimiz çoxdur. Gələn mövsümə qədər açıq su hovuzunu və idman kompleksinin digər qurğularını istifadəyə verməyi planlaşdırmışıq. Koteclərin də sayı artırılacaq. Təxminən 1 hektar ərazidə meyvə bağı salınacaq. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev sahə Hİ-nin üzvlərini, işçilərini istirahət mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik etdi. Bu möhtəşəm kompleksin inşasında sizin hər birinizin əməyi var, dedi. S.Mehbalıyev onu da qeyd etdi ki, mən hər bir sahə həmkarlar ittifaqı mərkəzinin bu istiqamətdə təşəbbüsünü həmişə dəstəkləməyə, onlara öz səlahiyyətim və qanunvericiliyin imkanları daxilində kömək göstərməyə hazıram. Daha sonra dedi: Ulu öndərimizin möhkəm təməlini qoyduğu ənənələrə əsaslanan hörmətli Prezidentimiz cənab İlham Əliyevin yeritdiyi iqtisadi, sosial siyasətin özəyində insan amili durur. Hamıya məlum olduğu kimi, iqtisadi inkişafımız insanlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət göstərir. Təsadüfi deyil ki, Azərbaycan hökumətinin büdcəsi həmişə sosialyönümlülüyü ilə diqqəti cəlb edib. İnkişafımızın gətirdiyi gəlirlər infrastrukturun müasir tələblər səviyyəsinə çatdırılmasına, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsinə, yeni yolların çəkilməsinə, köhnələrin genişləndirilməsinə, körpülərin salınmasına, məktəblərin, səhiyyə ocaqlarının tikintisinə yönəldilir. İşçilərin əməkhaqqı müntəzəm artırılır. İnsanlar ildən-ilə daha firavan günlər yaşayırlar. Biz həmkarlar ittifaqı olaraq ölkə başçısının iqtisadi, sosial sahədə yeritdiyi siyasəti həmişə dəstəkləmişik. Daha dəqiq desək, bu siyasətin reallaşmasında dövlətimizin fəal köməkçisi olmuşuq. Maddi vəziyyətləri yaxşılaşdıqca vətəndaşlarımız daha rahat, sivil şəraitə malik istirahət ocaqlarında dincəlmək istəyirlər. Məlumat üçün deyim ki, təşkilatımız bu istiqamətdə xüsusilə son illərdə böyük işlər görür. Mövcud turist bazalarımız mövsümdən-mövsümə yaxşı mənada simasını dəyişir. Artıq bir neçə sahə həmkarlar ittifaqının özünün istirahət mərkəzi var. Kifayət qədər gözəl şərait yaradıblar. Hazırda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nabranda çox böyük bir istirahət kompleksi tikir. Orada işlər sürətlə, keyfiyyətlə aparılır. Səttar müəllim çıxışının sonunda bu istirahət mərkəzinə dincəlməyə gələcək sahə Hİ üzvlərinə xoş günlər arzuladı. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Ş.Xanbabayev çıxışına bir etirafla başladı: Mən güman etməzdim ki, burada belə bir gözəl mərkəz tikilib istifadəyə verilə bilərdi. Mərkəz zərif zövqlə yaradılıb. Burada dincəlmək hər bir insan üçün xoş olacaq. Ş.Xanbabayev ulu öndərin həmkarlar ittifaqına xüsusi simpatiyasını xatırlatdı. Respublikamızın Prezidenti cənab İlham Əliyevin bu təşkilatın sosialyönümlü problemlərin həllində bilavasitə iştirakına böyük önəm verdiyini vurğuladı. Natiq həmkarlar ittifaqının qorunub saxlanmasında, dünyanın ən nüfuzlu hərəkatına çevrilməsində şəxsən AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırdı. Bildirdi ki, cənab Mehbalıyevin vəzifəsində qazandığı uğurlar onun dövlətçiliyə seçdiyi fəaliyyət sahəsinə, Heydər Əliyev kursuna sədaqətinin nəticəsidir. Şəmsəddin müəllim, həmkarlar ittifaqının Xaçmaz rayonunda geniş miqyasda fəaliyyət göstərməsində maraqlı olduğunu söylədi. Bu təşkilat harada güclüdürsə deməli orada sosial problemlərin həlli də bir o qədər çətinlik törətməyəcək. Ş.Xanbabayev sonra dedi: “Məhz Səttar müəllimin səyləri nəticəsində artıq təkcə Nabran ərazisində həmkarlar ittifaqının geniş istirahət ocaqları şəbəkəsi yaranmaqdadır. Düzdür, Nabranda yüzlərlə, bəlkə də çox turist bazası mövcuddur. Onlar heç də hamı üçün əlçatan deyil. Həmkarlar ittifaqı isə nə tikirsə hamısı sıravi insanlar üçündür. Bir məsələni qeyd etməyə bilmərəm ki, sizin turist bazalarınız nəinki özəl istirahət mərkəzlərindən geri qalmır, bəlkə bir sıra komponentlərinə görə onları üstələyir də”. Təntənəli açılış mərasimində AHİK sədri, millət vəkili Səttar Mehbalıyev xoş sözlərə və vaxt tapıb tədbirdə iştirak etdiyinə görə cənab Ş.Xanbabayevə təşəkkürünü bildirdi. Ona AHİK-in "Həmkarlar ittifaqında xidmətlərinə görə" medalını təqdim etdi. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanovun təklifi ilə qonaqlar istirahət mərkəzinə kiçik ekskurs etdilər. Koteclərə bir-bir baş çəkdilər. Səliqə, yüksək zövq elə foyedən göz oxşayır, insanda əla əhval-ruhiyyə yaradırdı. Hamamlarda ariston qurğuları, otaqlarda televizorlar, soyuducular, kondinsionerlər quraşdırılmışdı. Türkiyədən gətirilmiş yumşaq mebellərin yerləşdirilməsi dizayn baxımından diqqət çəkirdi. Balkon şüşəbəndlə ayrıldığından otaqlar elektrik enerjisindən istifadə olunmadan da işıqlı görünürdü. Koteclərin və əsas korpusun ətrafında quraşdırılmış kölgəliklərdə günün ən qızmar saatlarında belə sərinlənmək mümkündür. Yeməkxananın qarşısında düzəldilmiş kölgəlikdə onlarla turist həmsöhbət ola bilər. Qonaqlar asfalt, tamet döşənmiş yollardan keçərək idman kompleksində oldular, yardımçı qurğuları, çəmənlikləri, ərazinin yaşıl gözəlliklərini böyük maraqla seyr etdilər. Aralarında sabah dincəlməyə gələcək turistlərə həsədini gizlədə bilməyənlər də tapıldı. Onu da oxucularımızın diqqətinə çatdırım ki, qonaqlar arasında uzun illər turizm sahəsində çalışan mütəxəssislər də var idi. Onlardan ikisinin "Ülfət" istirahət mərkəzi barədə fikirlərini öyrəndim. "Azərbkolxozlararası Sağlamlıq" Respublika Birliyinin baş direktoru İmran Rzayev və "Bakı-Tur" Turizm Agentliyinin direktoru Faris Məmmədov bu istirahət mərkəzinin turizmin ən müasir tələbləri səviyyəsində inşa olunduğunu dedilər: "Turistlərin rahatlığı tam nəzərə alınıb". Tədbir Mərkəzin yeməkxanasında ziyafətlə başa çatdı. Biz, "Ülfət" qəzetinin əməkdaşları da Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqını "Ülfət" İstirahət Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik edirik. "Ülfətin turistlərlə ülfəti daimi olsun",-deyirik.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.