Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Neft və Qaz Sənayesi İşçiləri HİRK o "20 sentyabr - neftçilərin peşə bayramı" devizi altında keçirilən spartakiadaya start verilmişdir. Spartakiadanın açılışında Respublika Komitəsinin rəhbərliyi iştirak etmişdir.
Bələdiyyə İşçiləri HİRK o Lənkəran şəhərində həmkarlar ittifaqı sədrlərinin və fəallarının iştrakı ilə toplantı keçirilmişdir. Toplantı iştirakçılarına AHİK-in "Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi" üzrə proqramı barədə məlumat verilmişdir.
Dəniz Nəqliyyatı İşçiləri Müstəqil HİRK o Respublika Komitəsinin sədri F,Quliyev qurumun digər məsul işçiləri ilə birlikdə Gəmiçiliyin "Dənizçi" istirahət bazasında olmuş, turistlərlə görüşmüş, qaldırılan məişət problemlərinin həlli üçün tədbirlər görmüşlər. o Respublika Komitəsində "Yay sağlamlıq, idman, istirahət mövsümüdür" mövzusunda "Dəyirmi masa" təşkil edilmişdir.
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK o Azərbaycan İstilik Elektrik Stansiyasının növbə rəisi Əkbər Kazımovun oğlu İsmayıl ikinci ixtisas qrupu üzrə 700 bal toplamışdır. İsmayılın bu uğuru stansiyanın həmkarlar ittifaqı komitəsində də sevinclə qarşılanmışdır. İ.Kazımov komitədə qəbul edilmiş, ona noutbuk kompyuteri hədiyyə olunmuşdur. Qəbulda müəssisənin rəhbərliyi də iştirak etmişdir.
İnşaat Kompleksi İşçiləri Müstəqil HİRK o FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xidməti sahəsinə daxil olan idarə və müəssisələrdə kollektiv müqavilələrin bağlanması üçün sahə həmkarlar ittifaqı təklif və tövsiyələrini bildirmiş və geniş müzakirələr aparmışdır. o Qaradağ rayonunda yerləşən "İnter Qlas" ASC-də həmkarlar ittifaqı təşkilatı yaratmaq üçün müəssisənin mühəndis-texniki işçiləri ilə görüş keçirilmişdir.
Təbii Sərvətlər və Ekologiya İşçiləri HİRK o AHİK-in "Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı respublika komitələrinin xidməti dairəsində olan müəssisə və təşkilatlarda işçilərin xəstələnmə vəziyyəti haqqında" qərarı Hidrometeoroloji Proqnozlar Həmkarlar İttifaqı Komitəsində müzakirə olunmuş, qərarla əlaqədar təşkilatın qarşısında duran məsələlər müəyyənləşdirilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.