Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məlumat üçün deyim ki, bu il iyulun 6-da ölkə başçısı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncam imzalamışdı. Proqramın reallaşması 4 il ərzində ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasına, bundan ötrü daha müasir nəqliyyat infrastrukturunun yaradılmasına, daşınmalarda yük vahidinə nəqliyyat xərclərinin azaldılmasına, tranzit potensialının artmasına, institusional islahatların aparılmasına, ixtisaslı kadrların hazırlanmasına, onların sosial müdafiəsinin güclənməsinə və sairənin həyata keçirilməsinə imkan verəcəkdir. Səhmdar Cəmiyyətin Proqramın tətbiqi sahəsində apardığı islahatlara uyğun olaraq həmkarlar ittifaqı təşkilatı da öz fəaliyyətinə yenidən baxmağı vacib saymışdır. Hələ aprel ayının 7-də sahə Hİ Respublika Komitəsinin Rəyasət Heyəti bir sıra yeni həmkarlar ittifaqı təşkilatı yaradılması, bir neçəsinin isə adının dəyişdirilməsi barədə qərar qəbul etmişdi. Qərara əsasən, Cəmiyyətin tərkibində yeni formalaşdırılmış İnfrastruktur Departamentinin Birləşmiş Həmkarlar İttifaqının təsis konfransı keçirilmişdir. Demokratik şəraitdə keçən konfransda departamentin bütün işçiləri, rəhbərliyin və sahə Hİ-nin məsulları iştirak etmişlər. Təsis yığıncaqları departamentin yeni yaradılmış 1, 2, 3, 4, 5, 6 nömrəli müəssisələrində də olmuşdur. Ən təcrübəli, kollektiv içərisində yüksək nüfuza və liderlik bacarığına malik işçilər komitə sədrləri və üzvləri seçilmişlər. Səhmdar Cəmiyyətin tərkibində fəaliyyət göstərən bir sıra qurumlar ləğv edilmişdir. Rəyasət Heyətinin qərarı ilə həmin qurumlarda "ADY" QSC-in aparatı, Naxçıvan Dəmir Yolları" MMC-nin, sərnişin daşımaları departamenti, yük daşımaları təsərrüfatı, lokomativ təsərrüfatı, vaqon təsərrüfatının, dəmir yollarının və texniki qurğuların təmir-tikinti departamenti işçilərinin birləşmiş və azad həmkarlar ittifaqı komitələrinin adları dəyişdirilmiş, səlahiyyətləri növbəti seçkilərə qədər uzadılmışdır. Bundan başqa, DMHİRK-ın xidmətində olan bütün təşkilatlarda struktur dəyişikliyi ilə əlaqədar ştat ixtisarının əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada aparılmasını təmin etməkdən ötrü Respublika Komitəsi komissiya yaratmışdır. Komissiya işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və "ç" bəndlərinə uyğun ixtisara salınmasına nəzarət edir. Müdiriyyətlə razılaşmaya əsasən, işdən çıxarılma faktı barədə əmrin surəti komissiyaya təqdim olunur. Komissiya üzvləri mübahisəli işdənçıxarma hallarına dair müraciətlərə də dərhal reaksiya verir. Üç gün ərzində hərtərəfli araşdırmadan sonra komissiyanın rəyi və tövsiyələri müvafiq həmkarlar ittifaqı komitəsinə təqdim olunur. Cəmiyyətdə gedən struktur islahatlarına belə operativ müdaxilə işçilər üçün çox faydalı olmuşdur. Komissiya fəaliyyəti müddətində xeyli sayda həmkarlar ittifaqı üzvünün hüquqlarını müdafiə edə bilmişdir. Məsələn, 50 nəfərin işdən çıxarılmasına razılıq verməmişdir. Əmək Məcəlləsini və səhmdar cəmiyyətlə bağlanmış kollektiv sazişi rəhbər tutaraq mütəxəssislərimiz tərəfindən ixtisara salınmış işçilərə verilən əməkhaqlarının, müavinətlərin, mükafatların hesablanması, ödənilməsi prosesi diqqət mərkəzində saxlanılır. Bu prosesdə aşkara çıxarılmış nöqsanların aradan qaldırılması barədə dərhal təsərrüfat rəhbərlərinə tapşırıqlar verilir. Biz prinsipiallıq göstərərək bundan sonra da həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi mənafelərinin və hüquqlarının təminatçısı vəzifəmizə sadiq qalacağıq.
Samir BÖYÜKZADƏ, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat Şöbəsinin müdiri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.