Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Demokratiya anlayışından uzaq siyasət

27.01.12 - 22:5330 baxılıb

Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, millət vəkili.

- Fransa parlamentinin çıxardığı haqsız qərar Azərbaycan xalqı, onun tərkib hissəsi olan, sıralarında 1,6 milyon işçini birləşdirən həmkarlar ittifaqını da təəssüfləndirdi. Biz senatın belə bir düşünülməmiş addım atacağına şübhə ilə yanaşırdıq. Hesab edirdik ki, heç bir iqtidar komandası öz ölkəsinin imicini şəxsi maraqlarına qurban verməz. Amma Sarkozi və onun komandası bu yanlışlığa getdi. Bir neçə yüz min erməni seçicinin səsini qazanmaqdan ötrü Türkiyə ilə münasibətlərini pozmağa qərar verdi. Türkiyə böyük dövlətdir. Güclü iqtisadiyyata malikdir. Türkiyə Fransasız keçinə bilər. Fransa isə Türkiyəsiz xarici, daxili siyasətini qurmaqda çətinlik çəkər. Fransanın ağıllı insanları bunu dərk edir, etiraz səslərini qaldırırlar. Hələlik bu ölkənin daxilində gedən fikir ayrılığının nə ilə bitəcəyini indidən söyləmək çətindir. Bütün hallarda biz fransız xalqının müdrikliyinə inanırıq. Xalq onsuz da hazırkı prezidentinin iqtisadi siyasətindən, qeyri-normal davranışından bezib. Cəmiyyətdə nüfuzunu itirməkdə olan Sarkozinin qondarma "soyqırıma" himayədarlığı, ermənilərə qucaq açması, əlbəttə, çıxış yolu deyil.
Hələ onun təpkisi lə parlamentin aşağı palatasında soyqırımı inkar edənlərə qarşı cəzanın tətbiqinə dair qanun layihəsi təsdiqləndikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası etiraz səsini qaldırmışdı. Fransanın parlementinə müraciət məktubu göndərmişdi. Məktubda bu qərarın həqiqətə uyğun olmaması, uydurma, məqsədli xarakter daşıması, yaddaşlara əsaslanması yazılmışdı. Biz təklif etmişdik ki, əgər doğrudan da Fransa parlamenti dünyada baş vermiş hadisələrə obyektiv yanaşmaq missiyasını üzərinə götürmək istəyindədirsə, buyursun, Xocalı faciəsini gündəliyinə çıxarsın. Mən hələ 1918-ci il Bakı, Quba, Şamaxı və sair şəhər və rayonlarımızdakı qırğınları demirəm. Ermənilərin bu ərazilərimizdə törətdiyi vəhşicəsinə qırğınlar Rusiyanın, Avropanın arxivlərində saxlanılan sənədlərdə də öz əksini tapıb.
Fransa təkcə Türkiyə qarşısında deyil, bütün dünyanın gözü önündə demokratiya anlayışından uzaq siyasət yeritdiyini göstərdi. Onun ikili siyasətinə artıq Azərbaycan dövlətinin rəsmiləri, ictimai birlikləri, sıravi insanlar öz münasibətlərini bildiriblər. Biz Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz mövqe tutmadığına bir daha inandıq. Əgər bu dövlətin azacıq da olsa siyasi ləyaqəti varsa, özü vasitəçilik missiyasından kənarlaşmalıdır.
Biz həmkarlar ittifaqı olaraq birmənalı şəkildə Fransa senatının qərarını pisləyirik. Senatın qərarına qarşı dövlətimizin atacağı addımları böyük məmnuniyyətlə dəstəkləyəcəyik.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.