Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

Güzəştsiz ictimai nəzarət

27.01.12 - 22:5531 baxılıb

Pozulmuş hüquqların bərpasına yardım AHİK-in fəaliyyətində prioritet təşkil edib

2011-ci ildə Azərbaycan həmkarlar ittifaqları üzvləri ilə daha sıx əlaqədə olmuş, onların əmək şəraitinin yaxşılaşdırılması, sosial hüquqlarının qorunması, rifah halının yüksəldilməsi sahəsində böyük işlər görmüşdür. Bu yazıda həmkarlar ittifaqının fəaliyyətinin bir neçə məqamını oxucularımızın diqqətinə çatdırırıq.
2011-ci ildə əmək qanunvericiliyinin pozulması ilə əlaqədar AHİK-ə 235 ərizə daxil olmuşdur ki, bunların çoxu yerində yoxlanılaraq tədbir görülmüşdür. Bəziləri isə geniş araşdırılma aparıldıqdan sonra cavablandırılmışdır. İş yerlərində, ailədə və cəmiyyətdə ayrı-seçkiliyə, şiddətə məruz qalan, qarşılaşdıqları hüquqi problemləri həll edə bilməyən qadınlar 95 halda hüquqi müstəvidə kömək almaq üçün həmkarlar ittifaqlarına müraciət etmişdir. Müraciət müəlliflərinə, təşkilatımızın üzvü olub-olmamasına fərq qoymadan, lazımi hüquqi yardım edilmiş və ya məsləhətlər verilmişdir.
2 halda pozulmuş vətəndaş hüquq və azadlıqları məhkəmə vasitəsilə bərpa edilmişdir. Zirə qəsəbə sakini, həmkarlar ittifaqının üzvü, Abşeron Rayon Dəniz Neft Donanması İdarəsinin "Şimal-59" gəmisində böyük mexanik işləyən Ağayev Xanlar Ağa Zaman oğlu qanunsuz işdən çıxarılmışdı. O, bununla əlaqədar Xəzər Rayon Polis İdarəsinə, Xəzər Rayon Prokurorluğuna, Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, İnsan Hüquqları üzrə Müvəkkilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, "İşə bərpa və məcburi buraxılmış iş günlərinin haqqının ödənilməsi" tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Xəzər Rayon Məhkəməsi Ağayevin iddia tələbini rədd edərək, onun işdən çıxarılmasını qanuni saymışdı.
I instansiya məhkəməsinin qətnaməsindən sonra vətəndaş Bakı Apelyasiya Məhkəməsində onu nümayəndə qismində müdafiə etmək üçün ərizə ilə AHİK-ə müraciət etmişdi. Hüquq şöbəsinin əməkdaşları Apelyasiya Məhkəməsində "İşə bərpa və məcburi buraxılmış iş günlərinin haqqının ödənilməsi" tələbi ilə iddia qaldıraraq, vətəndaşın pozulmuş hüquqlarını müdafiə etmişdilər. Məhkəmə prosesində bildirmişdilər ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işçi işdən çıxarılarkən mütləq həmkarlar ittifaqının razılığı alınmalı idi. Bu razılıq yoxdursa, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanunazidd hərəkətdir və iddia təmin edilməlidir. Nəticədə iddia təmin edilmişdir.
Bakı şəhər sakini Quliyeva Tamam Həsi qızının həyat yoldaşı istehsalat qəzası nəticəsində dünyasını dəyişmişdi. Təqsirkar müəssisə mərhumun ailəsinə veriləcək ödəncdən imtina etmişdi. T.Quliyeva bu haqsızlıqla əlaqədar Apelyasiya Məhkəməsinə ünvanladığı tələbini müdafiə üçün AHİK-ə müraciət etmişdi. Konfederasiyanın hüquq şöbəsinin əməkdaşları məhkəmədə iştirak edərək iddia tələbinin qanuni olduğunu əsaslandırmış və I instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına nail olmuşlar.
İstehsalat sahələrində sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına, həmçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərə ödənclərin verilməsinə nəzarət Konfederasiyanın apardığı yoxlamaların tərkib hissəsi olmuşdur. Texniki əmək müfəttişlərimiz tərəfindən aparılmış yoxlamalar zamanı əmək qanunvericiliyinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası tələblərinin pozulması barədə işəgötürənlərə 2800 təqdimat verilmiş və həmkarlar ittifaqlarının iştirakı ilə bu pozuntular aradan qaldırılmışdır.
Həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri 2011-ci il ərzində istehsalatda baş vermiş ölümlə nəticələnən bədbəxt hadisələrin təhqiqatında dövlət komissiyasının tərkibində iştirak etmiş, zərərçəkənlərin sosial müdafiəsi üçün lazımi tədbirlər görmüş, çatışmazlıqların aradan qaldırılması barədə təkliflər vermiş və günahkar vəzifəli şəxslərin cəzalandırılmasını tələb etmişlər.
Təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, istehsalat zədələrinin qarşısının alınması məsələləri sahə həmkarlar ittifaqı orqanlarının rəyasət heyətlərində, icraiyyə komitələrində, plenumlarında, iclaslarında mütəmadi müzakirə olunmuşdur.
İlk həmkarlar ittifaqı komitələri əməyin mühafizəsi üzrə ictimai müzakirələrin və əməyin mühafizəsi üzrə komissiyaların işinə diqqəti gücləndirmişdir. Belə ki, müəssisə və təşkilatların əməyin mühafizəsi üzrə ictimai müvəkkillərinin apardıqları yoxlamalar zamanı 295 halda əmək mühafizəsi qaydalarının pozulduğu aşkar edilmişdir. Həmin pozuntuların aradan qaldırılması üçün təkliflər hazırlanmış, müəssisə və təşkilatlara göndərilmişdir.
Ümumdünya Əməyin Mühafizəsi Gününün (28 Aprel) təşkili və keçirilməsi üzrə AHİK-in 2011-ci il üçün xüsusi tematik tədbirlər planı hazırlanmışdır. Plan-qrafik əsasında AHİK və sahə həmkarlar ittifaqı orqanlarının nümayəndələri rayon, şəhər və ilk həmkarlar ittifaqı komitələrinin liderləri, fəalları, müəssisə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri ilə birlikdə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmənin yolları" mövzusunda zona seminarları keçirmişlər. Bakı, Gəncə, Şəki, Mingəçevir, Goranboy, Quba, Şamaxıda keçirilmiş zona seminarlarında AHİK-in texniki əmək müfəttişləri iştirak etmiş və "İş yerlərində risklərin qiymətləndirilməsi və onların azaldılması üçün həyata keçirilən qabaqlayıcı tədbirlər", "Əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlar" mövzularında məruzələr etmişlər.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təsis etdiyi "Ümumdünya Layiqli Əmək Günü"ndə xüsusi tədbirlər planına əsasən, respublika həmkarlar ittifaqları "Layiqli əməyin təmin olunması - dövlətin iqtisadi, sosial siyasətinin əsas vəzifəsidir" devizi altında bir sıra tədbir həyata keçirmişdir.
Milli Məclisdə əmək, sosial və iqtisadi sahələrə aid olan qanunların qəbulu zamanı həmkarlar ittifaqlarının rəyi həmişə nəzərə alınır. 2011-ci ildə də normativ-hüquqi aktların layihələri həmkarlar ittifaqları tərəfindən öyrənilmiş, işçilərin maddi rifahının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi üçün lazımi şəraitin yaradılması, vətəndaşların əmək, iqtisadi, hüquqi təminatlarının gücləndirilməsi istiqamətində rəy və təkliflər hazırlanıb müvafiq orqanlara göndərilmişdir. Normativ aktların qəbulu, Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklər zamanı AHİK-in rəy və təkliflərinin böyük əksəriyyəti nəzərə alınmışdır.
İl ərzində AHİK hüquqi maarifləndirmə məsələsini də diqqət mərkəzində saxlamışdır. 2011-ci ildə "Ülfət" qəzeti səhifələrində 538 oxucunun sorğu məktubu cavablandırılmışdır.
AHİK-in üzv təşkilatlarında da 2011-ci ildə müxtəlif məzmunlu ərizələrə baxılmış, vətəndaşlar qəbul edilmiş, yoxlamalar aparılmış, seminarlar keçirilmiş, həmkarlar ittifaqı üzvlərinin pozulmuş hüquqları bərpa edilmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.