Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

X RESPUBLİKA SPARTAKİADASININ QALİBLƏRİ MÜKAFATLANDIRILDI

27.01.12 - 23:0331 baxılıb

Yanvarın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev açaraq qeyd etmişdir ki, orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadası Azərbaycan Respublikasının Təhsil, İdman və Gənclər nazirliklərinin, Milli Olimpiya Komitəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında keçirilmişdir.
2011-ci ilin oktyabr-dekabr ayları ərzində "Gənclik" Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilmiş yarışlarda tələbə-idmançılar idmanın altı növü - atletika, voleybol, basketbol, stolüstü tennis, dama və şahmat idman növləri üzrə güclərini sınayıblar. 17 orta ixtisas təhsil müəssisəsinin qatıldığı yarışların final mərhələsində 656 tələbə iştirak etmişdir ki, onların da 327 nəfərini qızlar təşkil etmişdir.
S.Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışaraq bildirmişdir ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən gənclər siyasəti müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda da prioritet istiqamətlərdən biridir: "Azərbaycanda gənclər siyasəti geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.
Dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verir, ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Azərbaycanın gənclər siyasətinin tərkib hissələrindən biri də gənc nəslin sağlam və fiziki cəhətdən kamil yetişdirilməsidir".
S.Mehbalıyev əlavə etmişdir ki, ölkə başçısı İlham Əliyev vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. "Ölkə başçısının 6 aprel 2011-ci il tarixində imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında, 16 yanvar 2012-ci "Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi haqqında sərəncamları məhz görülmüş işlərin bariz nümunəsidir" deyən ATİAHİ Respublika Komitəsinin sədri bildirmişdir ki, həmkarlar təşkilatları da Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəal iştirakçısıdır: "Biz də həmkarlar ittifaqları olaraq çalışırıq ki, gənclərimizin inkişafına öz töhfələrimizi verək. Çünki bizim başlıca vəzifələrimizdən biri də gənclərimizin sağlam böyüməsinə, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmaqdır. Bu məqsədlə hər il AHİK tərəfindən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, sosial vəziyyəti ağır olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir. Gənclərə göstərilən diqqət və qayğının göstəricisidir ki, 5 dekabr 2011-ci il tarixində AHİK-in İcraiyyə Komitəsi aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarının ödənilməsində yaranan çətinlikləri və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müraciətini nəzərə alaraq tələbələrə maddi yardım edilməsi ilə bağlı qərar qəbul etmişdir. Qərara uyğun olaraq respublikanın ali təhsil müəssisələrində təhsil alan 38 tələbənin hər birinin illik təhsil haqqının 30 faizinin AHİK tərəfindən ödənilməsi həyata keçirilmişdir. Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçirilməsi, onların pis vərdişlərdən uzaq olmasını təmin etmək, gənclərdə elmə, təhsilə maraq yaratmaqdır".
Sonra orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş X Respublika Spartakiadasının nəticələri açıqlanmış, qalib komandalara diplom, kubok və hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda S.Mehbalıyev yarışlarda iştirak edərək adını qaliblər siyahısına yazdırmış tələbələri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.
Qeyd edək ki, orta ixtisas tələbələri arasında keçirilmiş X Respublika Spartakiadasında ümumkomanda hesabında birinci yeri Bakı 2 saylı Baza Tibb Kollecinin, ikinci yeri Bakı Biznes və Kooperasiya Kollecinin, üçüncü yeri isə Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri qazanmışdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.