Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dekabrın 7-də keçirilmiş I plenumu əlamətdar günə təsadüf etmişdir. Yığıncağı giriş sözü ilə açan Respublika Komitəsinin sədri Bəkir Yusifov öncə iştirakçıları Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə təbrik etmiş, sonra gündəlikdə duran məsələlərin müzakirəsi barədə məlumat vermişdir. Plenumda "AZAL" Dövlət Koserninin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və mülki müdafiə xidmətinin rəisi Rəfail Abasovun "2006-cı il və 2007-ci ilin on ayı ərzində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin idarə, müəssisə və təşkilatlarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin vəziyyəti haqqında" məruzəsi dinlənilib müzakirə edilmişdir. Deyilmişdir ki, qeyd olunan müddətdə Dövlət Konsernin tabeliyində olan müəssisə və təşkilatlarda əmək şəraitinin daha da yaxşılaşdırılması, təhlükəsizlik texnikası üzrə tələblərin təmin edilməsi, işçilərin sağlamlığının qorunması, iş yerlərinin attestasiyasının keçirilməsi və sair məsələlər istiqamətində çoxsaylı tədbirlər görülmüşdür. Gəncə, Heydər Əliyev Beynəlxalq Hava limanlarında, Milli Aviasiya Akademiyasının tədris laboratoriyası korpusunda, Zabrat qəsəbəsi ərazisində yerləşən "Azalhelikopter" aviaşirkətində və digər müəssisələrdə kompleks yenidənqurma işləri aparılmış, təhlükəsiz iş şəraiti yaradılmışdır. Həm də görülən bu işlər standartın tələblərinə tam uyğunlaşdırılmışdır. Qeyd edilmişdir ki, "Azərbaycan Hava Yolları" Dövlət Konserni ilə Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2006-2008-ci illər üçün bağlanmış sahə tarif sazişində əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Respublika Komitəsi götürülmüş öhdəliklərin yerinə yetirilməsini ciddi nəzarətdə saxlayır. Əldə olunan nəticələr mütəmadi olaraq Rəyasət Heyətinin iclaslarında müzakirəyə çıxarılır. Göstərilən müddətdə əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin olunması ilə əlaqədar 7 məsələ müzakirə edilmiş, müvafiq qərarlar çıxarılmış və müəyyən tövsiyələr verilmişdir. Aviasiya HİRK-in təşəbbüsü ilə "Ən yaxşı həmkarlar ittifaqı komitəsinin ictimai komissiyası", "Ən yaxşı əməyin mühafizəsi üzrə ictimai müvəkkil", "Ümumdünya Əməyin Mühafizəsi Günü"nə həsr olunmuş "Layiqli iş yeri-təhlükəsizlik əmək" devizi altında baxış-müsabiqələr keçirilmiş, qaliblər mükafatlandırılmışlar. Plenum müzakirə olunmuş məsələ ilə əlaqədar qərar qəbul etmişdir. Plenumun qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr, AHİK Məclisinə, İcraiyyə Komitəsinə üzvlər seçilmişdir. AHİK-in III qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə Səttar Mehbalıyevin namizədliyinin irəli sürülməsi tövsiyə olunmuşdur. Plenumda AHİK-in katibi, aparat rəhbəri Həsən Cəfərov çıxış etmişdir. O, Milli Aviasiya Akademiyası muzeyinin direktoru Şəmsəddin Axundova uzun illər həmkarlar ittifaqı işində səmərəli fəaliyyəti və anadan olmasının 75 illiyi ilə əlaqədar layiq görüldüyü AHİK-in 100 illik yubiley medalını təqdim etmişdir. Toplantıda X Respublika Spartakiadasında ümumi komanda hesabında ikinci yeri tutmuş bir qrup aviasiya işçisinə "Zenit" İdman Cəmiyyəti Respublika Şurasının kubok və diplomları, sahə Hİ RK-nın pul mükafatları verilmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.