Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

KOMİSSİYALARIN FƏALİYYƏTİ GENİŞLƏNDİRİLİR

15.12.07 - 9:05435 baxılıb

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİMHİRK) III plenumu keçirilmişdir. Yığıncağa həmkarlar ittifaqı orqanlarının sədrləri, nazirliklərin, müəssisələrin, yaradıcılıq ittifaqlarının məsul işçiləri dəvət olunmuşdular.
Plenumda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr, AHİK-in Məclisinə və İcraiyyə Komitəsinə üzvlər seçilmişdir.
Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın "MİMHİ-nin şəhər, rayon və ilk təşkilatlarında gənclərlə işin təşkili və sosial mənafelərinin müdafiəsi vəziyyəti haqqında" məruzəsi dinlənilib müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, bu gün MİMHİ-nin sıralarında olan üzvlərin 20 faizini gənclər təşkil edir. Respublika Komitəsi ölkədə həyata keçirilən gənclər siyasətinin müvəffəqiyyətlə yerinə yetirilməsi işinə fəal surətdə qoşularaq "2007-ci il - Gənclər ili" çərçivəsində bir sıra təşkilati və kütləvi tədbirlər həyata keçirmişdir. Gənclərlə sıx əməkdaşlıq qurmaq, onlarla daha səmərəli iş birliyi yaratmaq və həmkarlar ittifaqı sıralarına cəlb etmək məqsədi ilə RK-nın nəzdində "Gənclər arasında iş üzrə komissiya" yaradılmışdır. Komissiyanın əsas vəzifəsi gəncləri Hİ sıralarına gətirmək, onların təhsili və əmək hüquqlarının genişləndirilməsində fəallıq göstərmək, gənc həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsilinə və hazırlığına yardımçı olmaq, gəncləri həmkarlar ittifaqının seçkili orqanlarına cəlb etməkdir. Hazırda Respublika Komitəsinin tövsiyəsi ilə MİMHİ şəhər, rayon və ilk həmkarlar ittifaqı komitələrinin nəzdində 50-yə yaxın belə komissiya fəaliyyət göstərir. RK-nın bu komissiyalarla birgə hazırladığı silsilə tədbirlər böyük əhəmiyyət daşımışdır.
Respublika Komitəsi Bədən Tərbiyəsi və İdman, Əmək və Sosial Münasibətlər akademiyalarında "Sağlamlıq aksiyası" təşkil etmişdir. Yüzlərlə tələbə göz müayinəsindən keçirilmişdir.
Deyilmişdir ki, gənclərin irəli çəkilməsi, həmkarlar ittifaqının seçkili orqanlarına cəlb edilməsi və ixtisaslarının artırılması məqsədi ilə gənclər arasında iş üzrə komissiyaların təqdimatı əsasında mədəniyyət sahəsində çalışan xeyli işçi RK tərəfindən ixtisasartırma kurslarına göndərilmişdir.
Gənc işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Respublika Komitəsinin və üzv təşkilatlarının, onların nəzdində olan gənclər arasında iş üzrə komissiyaların daim diqqət mərkəzindədir. Respublika Komitəsinin təşəbbüsü ilə bir sıra müəssisə və təşkilatda bağlanan ərazi sazişlərinə və kollektiv müqavilələrə gənclərlə bağlı bölmə və bəndlər əlavə edilmişdir. Gənclər siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqı komitələrinin gördükləri işlərlə bağlı sorğu tərtib olunmuş, MİMHİ-nin bütün şəhər, rayon və ilk təşkilatlarına paylanmışdır.
Sorğunun nəticəsindən məlum olmuşdur ki, bütün bu müsbət işlərlə yanaşı, MİMHİ-nin gənclər siyasətində hələ bəzi çatışmazlıqlar və görüləcək işlər də mövcuddur. Belə ki, mədəniyyət sahəsində çalışan gənclərin sayı hələ də azlıq təşkil edir. Bunun da maaşların aşağı səviyyədə olması, iş yerlərində lazımi şəraitin yaradılmaması, gənclərin istirahət və asudə vaxtlarının düzgün təşkil edilməməsi, sosial təminat və güzəştlərin verilməməsi və sairdir.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu müzakirəyə çıxarılmış məsələ ilə əlaqədar qərar qəbul etmişdir.
Respublika Komitəsi Rəyasət Heyətinin qərarı ilə gənclər arasında həmkarlar ittifaqı haqqında "Ən yaxşı məruzə" müsabiqəsi təsis olunmuşdur. Müsabiqə respublikanın müxtəlif regionlarını əhatə etmişdir. Müsabiqənin gedişinə nəzarət etmək və qalibləri müəyyənləşdirmək üçün münsiflər heyəti yaradılmışdır. Müsabiqəyə 25 məruzə göndərilmişdir.
Münsiflər heyəti tərəfindən 1-ci mükafata (100 manat məbləğində) Quba Rayon Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar İttifaqı Komitəsinin sədri Həqiqət Hüseynova, 2-ci mükafata (80 manat məbləğində) Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsi "Veteranlar klubu"nun mədəni təşkilatçısı Günay Əhədova, 3-cü mükafata (50 manat məbləğində) Quba Rayon MKC-nin Həmkarlar İttifaqı Komitsəinin sədri, rayon komitəsinin üzvü Gülnisə Abbasova layiq görülmüşlər. Eyni zamanda hər biri 25 manat olmaqla, 4 həvəsləndirici mükafat da verilmişdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.