Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İtaliya nəqliyyat işçiləri həmkarlar ittifaqı təşkilatı dünən üçün ümumi tətil keçirəcəklərini bildirmişdi. Tətil yerüstü nəqliyyatın bütün növlərini və aviaxətt işçilərini əhatə etməli idi. Elan edilmişdi ki, təyyarələr yerli vaxtla saat 10:00 -dan 14:00-a qədər uçuşu dayandıracaq, avtobus sürücüləri, metro və uzaq reys qatarlarının maşinistləri bütün gün ərzində işə çıxmayacaqlar. Həmkarlar ittifaqlarının bəyanatına görə, bu etiraz aksiyası 2008-ci ildə nəqliyyat sahəsinə dövlət büdcəsindən ayırmaların azaldılmasına cavabdır. Bəyanatda qeyd edilir ki, "Hökumətlə danışıqlar ictimai nəqliyyatın problemlərini həll etmədi. Ona görə də biz tətil keçirmək məcburiyyətində qaldıq". Aksiya ötən iki gün ərzində taksi sürücülərinin də tətil etdiyi İtaliya paytaxtını hərc-mərclik təhlükəsi ilə hədələyir.
* * * Noyabrın 24-də Fransada nəqliyyatçıların 10 günlük tətili başa çatan kimi, noyabrın 27-də ölkənin iri şəhərlərində tələbələrin çoxmilli etiraz dalğası vüsət aldı. Universitetlərin müstəqilliyi barədə qanun layihəsi onların ürəyincə olmamışdı. Bazar ertəsi Paris ətrafında "rəngli" gənclərin proqramı alovlandı. Hərc-mərclik üçün formal səbəb immiqrant ailəsindən olan yeniyetmənin modeldə polis maşını ilə toqquşması seçildi. Sarkozi tələbələrin sakitləşdirilməsini öz üzərinə götürdüyünü bəyan etdi. O, Pekindən qayıdandan sonra hökumətin fövqəladə iclasını çağırmalı idi. Saytların birində yazılır ki, noyabr ayında etiraz dalğası bütün Avropanı ağuşuna aldı. Doğrudan da, mətbuatda oxuduğumuza görə, noyabrın 14-də Almaniyada son 50 ildə maşinistlərin ən böyük tətili keçirildi. Tətilçilər əməkhaqlarının azlığını əldə rəhbər tutub küçələrə çıxmışdılar. Noyabrın 27-də Yunanıstan 24 saat informasiya axınından kənarda qaldı. Jurnalistlər hökumətin pensiya fondunu hissediləcək dərəcədə azaltmaq niyyətini bəyənmədiklərini kütləvi informasiya vasitələrinin işini dayandırmaqla diqqətə çatdırdılar.
* * *
Macarıstanda isə həmkarlar ittifaqı sosial lqotların azaldılması planına qarşı ümumxalq tətili təşkil edib. Ekspertlər hesab edirlər ki, noyabr aksiyaları Avropanı sarsıtmaq gücündə deyil. Çünki avropalılar onlara əməkhaqqı itirmək hesabına başa gələn tətilləri çox da uzatmağa üstünlük vermirlər.
* * *
Fransa nəqliyyatçılarının həmkarlar ittifaqı ümumxalq tətili keçirmək barədə qərar verdi. Və dekabrın 12-də Fransa, Paris dəmiryolu idarələrində tətil baş tutdu və 24 saat davam etdi. Aksiyanın məqsədi hökuməti nəqliyyatçıların pensiyasında xüsusi rejim planından geri çəkilməyə məcbur etmək idi. Ancaq bu məqsədlə ölkənin dövlət sistemində olan nəqliyyat işçiləri hələ oktyabr və noyabr aylarında etiraz səslərini qaldırmışdılar. Noyabr tətilləri 10 gün çəkmişdi. Hesablamalara görə, tətilin hər günü 3 milyon avro ziyan demək idi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.