Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ƏSAS VƏZİFƏ

15.12.07 - 9:09444 baxılıb

İŞÇİLƏRİN ƏMƏK, SOSİAL HÜQUQLARININ QORUNMASIDIR

AHİK-in II qurultayının qarşıya qoyduğu vəzifələr sırasında işçilərin əmək, sosial hüqularının müdafiəsi öncül yerlərdən birini tutur. Ötən beş il ərzində bu vəzifə həmkarlar ittifaqları təşkilatları tərəfindən böyük uğurla yerinə yetirilib. Qeyd edək ki, təkcə 2006-cı ildə sahə həmkarlar ittifaqı respublika komitələrinə 834 ərizə daxil olub. Ərizələrin müəyyən qismində şikayətçilər əmək hüquqlarının pozulması, işdən qeyri-qanuni azad edilmələri barədə məlumat verirdilər. Həmkarlar ittifaqı komitələri ərizələrdə qoyulan məsələlər dərindən araşdırılmış, qanun pozuntusuna yol verilmiş halları aşkara çıxarmış 52 nəfər işçinin işə bərpa edilməsinə nail olmuşdur.
Yeri gəlmişkən deyək ki, işçlərin hüquqlarının bərpası heç də asanlıqla başa gəlməyib. Məsələn, müdiriyyətin inadını qırmaq üçün Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 4, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası isə 9 dəfə məhkəmə kürsüsündən istifadə etməli olublar.
Sahə respublika komitələrinin rəhbərləri 4373 nəfəri şəxsən qəbul edib. Elə yerindəcə onların problemlərinin həlli istiqamətində tədbirlərin görülməsi barədə tapşırıqlar veriblər.
İşçilərə diqqət ilk təşkilatların da gündəlik qayğısına çevrilmişdir. Bu da işçilərin HİK-lərə inamını artırmışdır. Statistik məlumatlar göstərir ki,bütövlükdə respublika üzrə HİK-lərdə 2469 şikayət ərizələrinə baxılmışdır. 13.753 nəfər isə sözünə həmkarlar ittifaqı komitələrinin rəhbər işçilərinə bilavasitə deməyə üstünlük vermişdir.
İlk təşkilat rəhbərlərinin işə qarışması nəticəsində 3 nəfər vəzifəli şəxs məsuliyyətə, 50 nəfər məhkəməyə cəlb edilib. 314 işçi bərpa barədə ərizənin 189-u müsbət həll olunub. Həmkarlar ittifaqı təşkilatı bundan sonra da işçilərin əmək, sosial hüquqlarının keşiyində durmağı özünün əsas vəzifəsi sayacaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.