Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
26 may- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycanda Xalq Cümhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
26-27 may - Beynəlxalq Əmək Təşkilatının Gürcüstanın Tbilisi şəhərində Qafqaz və Mərkəzi Asiya ölkələri üçün "Həmkarlar ittifaqları və yoxsulluğun aradan qaldırılması strategiyası" mövzusunda keçirdiyi seminarda AHİK-in nümayəndə heyəti iştirak etmişdir.
31 may - Sahə həmkarlar ittifaqı orqanlarında gender bərabərliyi və qadın problemləri ilə məşğul olan şəxslər üçün "Həmkarlar ittifaqlarında gender siyasəti: mövcud vəziyyət və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar Mərdəkandakı 3 saylı internatda xeyriyyə aksiyası keçirilmiş, uşaqlara "Xidmət İş" Hİ Federasiyasının Mədəniyyət və İdman Sarayı tərəfindən 200 dəst geyim, 155 ədəd bağlama hədiyyə təqdim olunmuşdur.
7 iyun - Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2004-2005-ci illər üçün Baş Kollektiv Saziş imzalanmışdır.
8 iyun - AHİK-in "Yaşayış minimumu haqqında" Qanun layihəsinə irəli sürdüyü təkliflər Milli Məclisin İqtisadi Siyasət Daimi Komissyasının iclasında müzakirə olunmuşdur.
8-9 iyun - AHİK-in aparat rəhbəri Həsən Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin "Disk-İş" Sendikasının qurultayında iştirak etmişdir.
9 iyun - AHİK-in iclas zalında "İlk kollektiv müqavilənin ("Mazut" müqaviləsinin) yubileyinin keçirilməsi haqqında" AHİK-in İcraiyyə Komitəsinin 13 fevral tarixli iclasının qərarına əsasən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri HİRK seminar keçirmişdir.
10 iyun - AHİK sədrinin birinci müavini İlyas Əliyev Amerika Əmək Federasiyası və Sənaye Təşkilatları Konqresinin nümayəndə heyətini qəbul etmişdir.
23 iyun - AHİK-də Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı fəallarının yığıncağı keçirilmişdir. Yığıncaqda transmilli şirkətlərdə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi sahəsində yaranmış vəziyyət müzakirə olunmuşdu. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev yığıncaqda çıxış etmişdir.
23 iyun - Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumunda AHİK-in nümayəndəsi iştirak etmişdir.
6 iyul - ÜHİK tərəfindən hazırlanmış miqrant zəhmətkeşlərin hüquqlarının müdafiəsi üzrə nümunəvi sazişin layihəsi müzakirə olunmuş, sahə həmkarlar ittifaqlarının irad və təklifləri nəzərə alınmaqla, AHİK-in rəyini əks etdirən məktub ÜHİK-ə göndərilmişdir.
5 avqust - AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin yanında hərbi məktəblərlə bağlı müşavirə keçirilmişdir.
6 avqust - AHİK-in İcraiyyə Komitəsinin növbəti yığıncağı olmuşdur.
24 avqust - AHİK sədri, millət vəkili Səttar Mehbalıyev mətbuat konfransı keçirmişdir.
9 sentyabr - "Sosial partnyorluq haqqında" qanunverici aktın nümunəsinin layihəsi üzrə irad və təkliflər hazırlanmış və ÜHİK-ə göndərilmişdir.
10 sentyabr - AHİK sədrinin müavini Aqil Dadaşov Türkiyənin Əmək və Sosial Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.