Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ədalət naminə qeyd etməliyik ki, dövlətimiz və onun müvafiq qurumları AHİK-in II qurultayında və ondan sonrakı müddətdə həmkarlar ittifaqları tərəfindən qaldırılan bir sıra məsələləri həll edib. Eyni zamanda həllini gözləyən problemlərimiz də az deyildir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayında bir sıra məsələlərin qaldırılmasını istəyərdik. Hesab edirik ki, əmək pensiyalarının minimum həddi ölkə üzrə müəyyən edilmiş yaşayış minimumumdan az olmamalıdır. Minimum əməkhaqqı isə işləyənlər üçün müəyyən edilmiş yaşayış minimumunun (79 manat) iki mislinə çatdırılmalıdır. Çünki işçi özünün minimum tələbatlarını təmin etməkdən əlavə, heç olmasa, bir uşağını saxlamağa qadir olmalıdır. Əhalinin, xüsusilə gənc ailələrin mənzil problemlərini həll etmək üçün güzəştli ipoteka kreditlərinin daha da geniş tətbiq edilməsinə ehtiyac var. Dövlətin bir çox gəlir mənbələri olduğunu nəzərə alaraq işəgötürənin işçilərə pulsuz yemək üçün çəkdiyi xərclər bütün vergilərdən azad edilməlidir. Hər bir işçi iş yerində tibbi sığorta ilə təmin edilməlidir. Xüsusilə ağır və zərərli işlərdə çalışanlar bədbəxt hadisələrdən və peşə xəstəliklərindən mütləq işəgötürən tərəfindən sığortalanmalıdırlar. Həmkarlar ittifaqı öz üzvlərinin istifadəsi üçün aldığı avadanlıqlara və xidmətlərə əlavə dəyər və əmlak vergisi ödəməlidir, ştatlı işçilərinin əməkhaqqı və ictimai əsaslarla fəaliyyət göstərən komitə sədrlərinə verilən əlavə ödənclər, DSMF-yə ödəmələrdən azad edilməlidir. Məlumdur ki, 2007-ci ildən başlayaraq bayram günlərinin sayı artırılmışdır. Əməyi vaxtamuzd ödənilən işçilər iş günü hesab edilməyən bayram günlərinin artması ilə əlaqədar maliyyə itkilərinə məruz qalırlar. Məsələn, bu ilin mart ayında 21 iş günündən 6-sı bayramların hesabına qeyri-iş günü olacaq. Beləliklə də, vaxtamuzd işləyən işçi mart ayında əməkhaqqısının 29 faizini itirəcəkdir. Həmin kateqoriyalı işçilər digər bayramlarda da əməkhaqlarından itirirlər. Hesab edirik ki, bu problemin həlli çox vacibdir. Dövlətin müvafiq qurumları elektrotexnika sənayesinə aid müəssisələrdə yeni texnologiyaların tətbiqi ilə onların dirçəldilməsi üçün əlavə tədbirlər görməlidirlər. Əfsuslar olsun ki, son zamanlar işəgötürənlər Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndini nəzərə almadan işçiləri əksər hallarda müddətli fərdi əmək müqavilələrini bağlamağa məcbur edirlər. Lakin daimi xarakter daşıyan işlərdə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
Rafiq İLDAROV, Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.