Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Xidmət İş" Həmkarlar İttifaqı Federasiyasının III Məclisi gündəmə 6 məsələ çıxarmışdı. Yığıncağı giriş sözü ilə Federasiyanın prezidenti İlyas Əliyev açmışdır. Əsas müzakirə obyekti kimi, Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov "Sahə zəhmətkeşlərinin əmək, sosial-iqtisadi, hüquq və mənafelərinin qorunması vəziyyəti haqqında" Məclis iştirakçılarına geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, Federasiya fəaliyyətini əsasən xidmət sahəsində olan dövlət, hakimiyyət orqanlarında və özəl müəssisələrdə işçilərin əmək, sosial-iqtisadi, hüquq və mənafelərinin müdafiəsi və bundan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində qurmağa çalışmışdır. Federasiyanın Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq", Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt", Turizm və Ekskursiyalar Şurası, "Kurort" Səhmdar Cəmiyyəti ilə imzaladığı kollektiv sazişlərdə və yerlərdə bağlanılmış kollektiv müqavilələrdə əmək, sosial-iqtisadi məsələlər üzrə münasibətlərin tənzimlənməsi önə çəkilmişdir. Deyilmişdir ki, respublikada aparılan islahatlar nəticəsində iqtisadiyyatda dönüş yaradılsa da, bu islahatlar həmkarlar ittifaqının fəaliyyətinə mənfi təsir göstərmişdir. Belə ki, qaçılmaz olan özəlləşdirmə mərhələsində müəssisələrin və Hİ üzvlərinin sayı azalmış, həmkarlar ittifaqlarının maliyyə məsələlərində problemlər yaranmışdır. Ən əsası isə respublikada dövlət və ictimai müəssisələrin özəlləşdirilməsi mərhələsində həyata keçirilən tədbirlərdə, o cümlədən özəlləşən və səhmdar cəmiyyətlərə çevrilən müəssisələrdə və idarələrdə işçilərin hüquqlarının pozulması hallarına yol verilmişdir. Belə halların qarşısını almaq, işçilərin əmək, sosial və iqtisadi mənafelərini qorumaq, bunlara aid qanunvericiliklə müəyyən edilmiş təminatlarla onları daha geniş məlumatlandırmaq məqsədi ilə Federasiya "Özəlləşdirmə və sosial müdafiə", "Qadın problemləri və onların hüquqları", "Əmək və əməyin mühafizəsi", "Gənclərimiz-gələcəyimiz" mövzularında seminar-müşavirələrin keçirilməsini təşkil etmişdir. ATƏT-in Bakı ofisinin dəstəyi ilə respublikanın 15 regionunda "Mənim əmək hüquqlarım" və "Layiqli əmək dövlət proqramında" mövzularında seminarlar keçirilmişdir. Vurğulanmışdır ki, görülən bu və digər tədbirlər işçilərin əmək və sosial-iqtisadi mənafelərinin müdafiəsinə xeyli təsir göstərmişdir və bu yönümdə işlər bundan sonra da davam etdiriləcəkdir. Məclis müzakirə olunmuş məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul etmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayına nümayəndələr, AHİK-in Məclisinə və İcraiyyə Komitəsinə üzvlər seçilmişdir.
Firdofsi HACIYEV, “Xidmət İş” Hİ Federasiyasının şöbə müdiri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.