Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

"ƏMƏKHAQLARI HƏR RÜB NƏZƏRDƏN KEÇİRİLMƏLİ, İNFLYASİYAYA UYĞUNLAŞDIRILMALIDIR"

12.01.08 - 9:02451 baxılıb

Biz həmkarlar ittifaqı hərəkatı üçün çox mühüm olan bir mərhələnin ərəfəsindəyik. Bəşəriyyət XXI əsrə yeni iqtisadi, mənəvi münasibətlər zəminində qədəm qoyub. Hələ ilk addımlarını atmağa başlamış növbəti yüzillik dövlətləri qloballaşma dilemması qarşısında qoymuşdur. Yeni iqtisadi sistem əhalinin yaşayış, əmək fəaliyyəti tərzinə də güclü təsir göstərməkdədir. İşçiləri, onların ailələrini qloballaşma maşınının təkərləri altından necə xilas etməli, sıravi insanların daha yaxşı yaşamasına necə, hansı mexanizmləri işləyib hazırlamaqla nail olmalı?
Azərbaycan həmkarlar ittifaqlarının III qurultayı bu həyat əhəmiyyətli suallara cavab tapmağa çalışacaqdır. Təbii ki, bu ictimai qurumun mühüm tərkib hissəsi olan Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi də qurultayın işində fəal iştirak edəcək. Və onun proqram sənədlərinin həyata keçirilməsi yolunda dəyərli töhfələrini verəcəkdir. Mən bu sözləri sahə həmkarlar ittifaqı üzvlərinin adından, həm də təcrübəmizə əsaslanıb deyirəm. Kolleqlərimizin yaxşı yadındadır. Konfederasiyanın ikinci ali məclisi onun ətrafına birləşən təşkilatların növbəti beş il üçün fəaliyyət istiqamətlərini dəqiq işləyib hazırlamışdı. Bu istiqamətlər bizə dəmiryolçuların əmək, sosial hüquqlarının, sağlamlıqlarının qorunması, ictimai nəzarətin həyata keçirilməsində əsl mayak rolunu oynadı.
II qurultayın qərarlarını reallaşdırmaqdan ötrü sahə Respublika Komitəsi çox gərgin işləmiş, bütün potensialından bəhrələnməyə səy göstərmişdir. Təkcə 2007-ci ildə komitənin Plenum və Rəyasət Heyətinin iclaslarında işçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi, əməyin mühafizəsinin yaxşılaşdırlması və sair müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Ötən qurultayda həmkarlar ittifaqlarının işçilərlə daha yaxın təmasda olması, onların problemlərinin həllinə daha cəsarət və qayğı ilə yanaşmaq tələbi qoyulmuşdu. Bu tələb istiqamətində də RK-nın işi qat-qat canlandırılmışdır. Belə ki, komitəyə ötən il dəmiryolçular tərəfindən 230 ərizə daxil olmuşdu. Ərizələrə komitənin müvafiq şöbələrində baxılmışdır. Məsul əməkdaşlarımız yerlərdə olmuş, araşdırmalar aparmışlar. Ərizələrdə qaldırılan problemlərin böyük əksəriyyəti qanunvericilik çərçivəsində, işçilərin xeyrinə həll edilmişdir.
Yazılı müraciətlərlə yanaşı, komitə sədrinin özü ilə birbaşa görüşüb qarşılaşdığı çətinlikləri şəxsən demək istəyənlər də kifayət qədər olur. Dəmiryolçuların bu istəklərini rahat, maneəsiz həyata keçirmələrinə şərait yaratmaq məqsədi ilə Respublika Komitəsinin sədri ayrıca qəbul günləri sistemindən imtina etmişdir. Hər bir həmkarlar ittifaqı üzvü istənilən gün və saat sədrin qəbuluna gələ bilir. Ötən il RK sədrinin qəbulunda 96 Hİ üzvü olmuşdur.
Əlbəttə, biz arzulayırıq ki, problem olmasın, fəaliyyətimizdə bu istək də prioritet təşkil edir. Amma digər tərəfdən onu da diqqətə çatdırım ki, təşkilatımızın güman yerinə çevrilməsi işçilərlə qurduğumuz isti münasibətin, onların üzləşdikləri neqativ halların aradan qaldırılması üçün gördüyümüz təsirli tədbirlərin nəticəsində mümkün olur. Bir neçə ay əvvəl Bakı vaqon deposunun təlimatçısı H. İbrahimov və təhlükəsizlik xidmətinin müvəkkil-atıcısı Y. Əliyev komitəyə yazdıqları ərizədə iddia edirdilər ki, müdiriyyət onları əsassız olaraq işdən çıxarıb. Dərhal şikayətə tərəfiimizdən reaksiya verildi. Yoxlamaların gedişi göstərdi ki, şikayətçilər haqlıdırlar. Müdiriyyət Əmək Məcəlləsinin maddələrinə əsaslanmayıb. İşçilərin əmək hüququnu pozub.
Daha yuxarı distansiyalar qarşısında bu barədə məsələ qaldırdıq. Beləliklə, hər iki işçi əvvəlki işlərinə bərpa olundu. Kifayət qədər belə misallar göstərə bilərik. Lakin konkret onu deyim ki, ümumilikdə RK-nın tabeliyində olan sahə, birləşmiş və azad həmkarlar ittifaqı komitələri 35 işçinin Əmək Məcəlləsinin 70 "ç" bəndi ilə işdən çıxarılması barədə müdiriyyət tərəfindən onlara edilən müraciətlərə razılıq verməyib. Təbii ki, müdiriyyət həmişə həssas olmur. Məsələn, şəhid anası S. İmanova xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirmişdi. Onu işdə saxlamaq mümkün deyildi. Başqa yerdən də qazanc yeri yox idi. O isə bizdən imdad diləyirdi. Rəyasət Heyəti Svetlana xanımın müraciətini müzakirə etdikdən sonra qərar qəbul etdi ki, o, RK tərəfindən himayəyə götürülsün. Biz ikinci qurultaydan ötən dövr ərzində ən uğurlu işlərimizdən biri kimi Dövlət Dəmiryolu rəhbərliyi ilə "Yolun sosial inkişafı üzrə kollektiv Saziş"in bağlanılmasını sayırıq. 2008-2010-cu illər üçün bağlanmış bu sənədə əvvəlki illə müqayisədə dəmiryolçuların sosial müdafiəsi üzrə çox mühüm yeni öhdəliklər salınmışdır. Yol rəhbərliyi öhdəsinə götürmüşdür ki, maşinist köməkçilərinə zərərli iş şəraitinə görə əlavə məzuniyyət günləri versin. Şəhid ailələrinə müavinətlər ödənilsin. Nabranda istirahət kompleksinin tikintisi üçün maliyyə vəsaiti ayırıb həmkarlar ittifaqının hesabına köçürsün.
Buna qədər sadaladığım və digər uğurlarımızla yanaşı, həllinə nail ola bilmədiyimiz problemlər də kifayət qədərdir. Bunların sırasında bizi ən çox narahat edəni dəmiryolçuların əməkhaqlarının günün tələbləri səviyyəsində olmamasıdır. Məlumat üçün deyim ki, dəmiryolçuların maaşları bir çox sahə əməkçilərinin, eyni zamanda MDB ölkələrində çalışan həmkarlarının məvaciblərindən xeyli azdır. Respublika Komitəsi bu barədə Dəmiryolunun rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqlar zamanı mövcud reallıqlar nəzərə alınıb. Ümumi razılığa gəlinib ki, işçilər arasında ixtisar aparmamaqla əməkhaqlarını 30-40 faiz artırmaq mümkündür. Amma bundan ötrü yollarda yük və sərnişindaşıma tariflərini artırmaq lazımdır. Qiymətlərin artırılması layihəsi hazırlanıb Respublika Nazirlər Kabinetinə, Tarif Şurasına təqdim olunub. Təəssüflər olsun ki, indiyə qədər qiymət artımı təşəbbüsünə konkret cavab yoxdur. Bu məsələnin AHİK-in III qurultayında təkidlə qaldırılmasını istərdik.
Qurultaydan başqa bir problemi də müzakirəyə çıxarmağı xahiş edirik. Bildiyimiz kimi, sürətli iqtisadi inkişaf, neft gəlirlərinin artımı, dünya bazarında müşahidə olunan daimi bahalaşma respublikamızda inflyasiyanı qarşısıalınmaz edir. Əhalinin rifah halının pisləşməməsi üçün əməkhaqlarının, müavinətlərin nəinki ildə, hətta hər rübdə bir dəfə nəzərdən keçirilib inflyasiyaya uyğunlaşdırılması qanunla tənzimlənməlidir. Yəqin ki, qurultay Milli Məclisdə bu təklifə baxılmasını və həllini tapması üçün həmkarlar ittifaqları qarşısında ciddi vəzifələr qoyacaqdır. Biz növbəti ali məclisimizin də çıxardığı qərarlar və müəyyənləşdirdiyi istiqamətlərlə tarixə çevriləcəyinə inanırıq. AHİK-in III qurultayına uğurlar diləyirik.

Samir BÖYÜKZADƏ,
Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilat şöbəsinin müdiri.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.