Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

XRONOLOGİYA

12.01.08 - 9:04546 baxılıb

21-22 sentyabr - BAHİK və İsveç həmkarlar ittifaqlarının iştirakı ilə "Yoxsulluğun azaldılması strategiyası haqqında sənəd və MDB ölkələrinin həmkarlar ittifaqlarının rəyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda AHİK sədrinin müavini A.Dadaşov çıxış etmişdir.

22 sentyabr - Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqının II qurultayı keçirilmişdir.

16 oktyabr - "Heydər işığında" devizi altında gənclərin mahnı festivalının yekun konsertində AHİK sədri, millət vəkili S.Mehbalıyev iştirak etmiş və onun təşəbbüsü ilə festivalın 15 qalibinə AHİK-in Fəxri fərmanlarıı və pul mükafatları təqdim olunmuşdur.

18 oktyabr - "Baku Steel Company" Şirkətində həmkarlar ittifaqı təsis edilmişdir. Təsis konfransında AHİK sədri, millət vəkili S.Mehbalıyev iştirak etmişdir.

18 noyabr - AHİK-in İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilmişdir.

19 oktyabr - AHİK-də qadın problemləri ilə əlaqədar müşavirə keçirilmişdir.

24 noyabr - Zəhmətkeşlərin sosial-iqtisadi müdafiəsinə aid dövlət və hökumət tərəfindən qəbul edilən qərarların AHİK-ə göndərilməsi barədə məktub Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri R.Mehdiyevə göndərilmişdir.

25 noyabr - AHİK sədrinin I müavini İ.Əliyev Beynəlxalq Neft-Qaz Sənayesi Həmkarlar İttifaqı Konfederasiyasının şura iclasında iştirak etmək üçün respublikamızda səfərdə olan bu qurumun nümayəndələrini qəbul etmişdir.

5-10 dekabr - Yaponiyanın Miyozaki şəhərində Beynəlxalq Azad Həmkarlar İttifaqı Konfederasiyasının XVIII qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını onun sədri, millət vəkili Səttar Mehbalıyevin başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.

12 dekabr - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclasında AHİK-in nümayəndəsi iştirak etmişdir.

28 dekabr - AHİK-in III Məclisi keçirilmişdir. Məclisdə "Gender siyasəti və Azərbaycan həmkarlar ittifaqları qarşısında duran vəzifələr" müzakirə edilmişdir.

28 dekabr - AHİK-də Azərbaycanın fəhlə hərəkatına "Mazut Konstitusiyası" kimi daxil olmuş ilk kollektiv müqavilənin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə AHİK sədri, millət vəkili S.Mehbalıyev nitq söyləmişdir.

29 dekabr - "Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktik yeməklərin, südün və ona bərabər tutulan digər məhsulların verilməsi üçün istehsalatların, peşələrin və vəzifələrin Siyahısı"nın hazırlanması və Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Baş naziri A.Rəsizadəyə məktub göndərilmişdir.

2005-ci il

3 yanvar - AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin adından Abşeron rayonunun Saray qəsəbəsindəki 7 saylı ağıldankəm uşaqlar üçün internat evində məskunlaşan uşaqlara yeni il hədiyyələri paylanmışdır.

13 yanvar - AHİK sədri, millət vəkili Səttar Mehbalıyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin üzvləri ilə görüşmüş və onlara maddi yardım edilmişdir.

4 fevral - AHİK sədrinin I müavini İlyas Əliyev Beynəlxalq Əmək Təşkilatının Məşğulluq Strategiyası üzrə ekspertini qəbul etmişdir.

11 fevral - Azərbaycan İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi keçirilmişdir. Məclisdə təşkilati məsələyə baxılmış və Hüseynov Umud Aydın oğlu Respublika Komitəsinin sədri seçilmişdir. AHİK sədrinin birinci müavini İ.Əliyev Məclisin işində iştirak etmişdir.

22 fevral - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK-in Gənclər Şurası Qarabağ Naminə Ümumazərbaycan Gənclər Konqresi ilə birgə 1992-ci il fevralın 25-26-da baş vermiş Xocalı faciəsinə həsr olunmuş konfrans keçirmişdir.

23 fevral - Beynəlxalq Azad Həmkarlar İttifaqı Konfederasiyasının xətti ilə "Qloballaşmanın sosial-iqtisadi təsiri: həmkarlar ittifaqı hərəkatı rolunun müəyyən edilməsi" mövzusunda üçgünlük konfrans keçirilmişdir. Konfransda MDB ölkələrindən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Moldova, Gürcüstan və Azərbaycanın həmkarlar ittifaqları fəalları iştirak etmişlər.

3 mart - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda "Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illiyi, Azərbaycan Həmkarlar İttifaqları Mərkəzinin təşkil olunmasının 85 illiyinin qeyd edilməsi barədə" məsələyə baxılmışdır.

8 mart - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsində "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı iclas keçirilmiş və bəyanat qəbul edilmişdir.

18 mart - Dövlət Neft Şirkətinin Suraxanıdakı S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Mazut" müqaviləsinin 100 illik yubileyinə həsr olunan "Odlar yurdu-Azərbaycan" xalq yaradıcılığı müsabiqəsi qaliblərinin iştirakı ilə tədbir keçirilmişdir.

24 mart - AHİK-də "Həmkarlar ittifaqları-100", "Həmkarlar İttifaqı Mərkəzi-85" yubileyləri münasibətilə Konfederasiya tərəfindən kitabxanalar arasında baxış-müsabiqənin keçirilməsinə dair həmkarlar ittifaqı orqanlarının məsul işçiləri və kitabxana mütəxəssisləri ilə təlimati müşavirə keçirilmişdir.

5 aprel - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında ölkəmizdə fəaliyyət göstərən transmilli şirkətlərdə Azərbaycan vətəndaşlarının əmək hüquqlarının pozulmasına etiraz əlaməti olaraq həmkarlar ittifaqları fəallarının yığıncağı keçirilmiş və bəyanat qəbul edilmişdir. Yığıncaqda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir.

12 aprel - Əmək və Sosial Münasibətlər Akademiyasının bazasında həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri dövlət əmək müfəttişləri ilə birgə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Bədbəxt hadisələrin qarşısının alınması və istehsalatda sağlamlığın vəziyyətinin pislənməsi" devizi altında seminar-yığıncaq keçirmişdir.

25 aprel - Böyük Vətən müharibəsi veteranlarının Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə faşizm üzərində qələbənin 60 illiyinə həsr olunmuş görüşü keçirilmişdir. Görüşdə AHİK sədri, millət vəkili S.Mehbalıyev çıxış etmişdir.

6 may - AHİK-də ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev "H.Əliyev və Azərbaycanda həmkarlar ittifaqlarının inkişafı" mövzusunda geniş nitq söyləmişdir.

19 may - AHİK-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərləri bir qrup ali təhsil müəssisəsinin tələbə həmkarlar ittifaqı təşkilatlarının fəalları ilə görüş keçirmişlər. Yığıncaqda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir.

27 may - "Baku Oksigen Company"da həmkarlar ittifaqı təşkilatının təsis konfransı keçirilmişdir. Təşkilatın yaradılmasında əsas məqsəd xarici təşkilatlarda çalışan əməkçilərin sosial və iqtisadi hüquqlarının müdafiə olunmasına diqqət və qayğını artırmaqdan ibarətdir.

1 iyun - AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin sentyabrda MDB dövlətlərinin əməkçiləri arasında Bakıda keçiriləcək V Beynəlxalq İdman Oyunlarına hazırlıq məqsədi ilə ölkəmizdə səfərdə olan Beynəlxalq İdman Təşkilatları Konfederasiyasının prezidenti Boris Roqatinlə görüşü olmuşdur.

2 iyun - AHİK-in IV Məclisi keçirilmişdir. Məclisdə "Gənclər siyasəti və həmkarlar ittifaqlarının vəzifələri" haqqında məsələ müzakirə edilmişdir.

30 iyun - 1 iyul - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BƏT-in Moskva bürosunun səlahiyyətli nümayəndələrinin iştirakı ilə "Müasir mərhələdə qadınların əməyinin və sağlamlığının mühafizəsi problemləri və onun həll olunmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda respublika müşavirəsi keçirilmişdir. AHİK-in sədr müavini C.Alxasov müşavirədə iştirak etmişdir.

11 iyul - Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100, Həmkarlar İttifaqları Mərkəzinin təşkil edilməsinin 85 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransda "Azərbaycan həmkarlar ittifaqlarının yaranması və inkişaf yolları", "Sosial tərəfdaşlıq və onun reallaşdırılmasında həmkarlar ittifaqlarının yeri və rolu", "Azərbaycan həmkarlar ittifaqları və gender bərabərliyi", "Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq həmkarlar ittifaqlarının tərkib hissəsidir", "Həmkarlar ittifaqlarının gənclər siyasəti" mövzularında çıxışlar olmuşdur.
Konfransda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir.

11-14 iyul - Mərkəzi və Şərqi Avropa dövlətləri üçün BƏT-BHİK çərçivəsində Gürcüstanda keçirilən dəyirmi masada AHİK-in nümayəndələri iştirak etmişdir. Dəyirmi masada "Azərbaycanda qeyri-formal iqtisadiyyatın inkişafı tendensiyaları və həmkarlar ittifaqlarının məqsədləri" mövzusunda çıxışlar edilmişdir.

15 iyul - BƏT-in 1975-ci ilin 195 saylı Konvensiyasının Azərbaycan tərəfindən ratifikasiya edilməsi barədə təklifi hazırlanmış və bu barədə məktub Baş nazirin müavininə göndərilmişdir.

7 avqust - "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununa ediləcək dəyişikliklərlə bağlı Əmək və Vergi məcəllələrinə əlavələr və dəyişikliklərin edilməsi zəruriyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə məktub hazırlanmışdır. Məktub Ədliyyə Nazirliyi tərəfindən nəzərdən keçirilərək müsbət qiymətləndirilmişdir.

17-24 avqust - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəvəti ilə Misir Həmkarlar İttifaqı Federasiyasının nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. AHİK sədri, millət vəkili S.Mehbalıyev qonaqları qəbul etmişdir.

22 avqust - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda "Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2006-2007-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında", "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının informasiya siyasəti konsepsiyası barədə" və s. məsələlər müzakirə olunmuşdur.

23 avqust - "2006-2015-ci illərdə Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı"nın hazırlanması üzrə işçi qruplarına daxil edilən həmkarlar ittifaqları mütəxəssislərinin siyahısı hazırlanaraq İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Yoxsulluğun Azaldılması Proqramının katibliyinə göndərilmişdir.

2 sentyabr - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Plenumu keçirilmiş və Hikmət Osmanov Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri seçilmişdir. AHİK sədri, millət vəkili S.Mehbalıyev Plenumun işində iştirak etmişdir.

13 sentyabr - "Avropa Şurasının sosial təminat sahəsində əlaqələndirmə qanunvericiliyi" mövzusunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda isə pensiya islahatları çərçivəsində "Pensiya təminatı və sığorta sisteminin təkmilləşdirilməsi" mövzusunda keçirilən seminarlarda AHİK nümayəndələri iştirak edərək müvafiq təkliflər vermişlər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.