Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İNŞAAT KOMPLEKSİ İŞÇİLƏRİ MÜSTƏQİL HƏMKARLAR İTTİFAQI BU YÖNÜMDƏ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Qurumun IV qurultayında (21 sentyabr 2007-ci il) qarşıya qoyulmuş əsas vəzifələrdən biri qurumun xidmətinə daha çox təşkilat və üzv cəlb etmək olmuşdur. Ötən son aylar ərzində verilmiş vədə necə əməl edilib? Həmkarlar İttifaqı təşkilat şöbəsinin müdiri Seyfəddin Ağayevin açıqlamasına görə, çoxsaylı işçi çalışan böyük tikinti sahələrində və inşaat materialları istehsal edən müəssisələrdə mütəmadi görüşlər keçirilir, işçilər arasında maarifləndirmə işi aparılır. Görülən bu və digər məqsədyönlü işlərin nəticəsidir ki, az bir müddət ərzində "6-cı mərtəbə", "Nəsildən-nəsilə", "Pronto", "Alyans" və digər bu kimi tikinti şirkətlərində HİK-lər yaradılmış, 700 nəfərdən çox işçi həmkarlar ittifaqı üzvlüyünə qəbul edilmişdir. Seyfəddin müəllim bildirdi ki, bu iş respublikanın bölgələrində də davam etdirilir. Onun iştirakı ilə ötən ilin noyabr-dekabr aylarında Gəncədə İnşaatçıların Mədəniyyət Sarayında bölgənin Hİ fəalları ilə görüşlər keçirilmişdir. Məqsəd buradakı özəl tikinti sahələrində HİK-lər təsis etməkdən ötrü öncə işçi qrupu yaratmaq, sahə həmkarlar ittifaqının səlahiyyətli nümayəndəsini seçmək idi. Bu iş müvəffəqiyyətlə baş tutmuşdur. Səlahiyyətli nümayəndə seçilmiş Elmir Abbasova tikinti ilə məşğul olan bütün özəl müəssisələrlə əlaqə saxlamaq, işəgötürənlərlə danışıqlara getmək və sair barədə tapşırıqlar verilmişdir. "Akkord" şirkətlər qrupu respublikada tanınan ən iri inşaat müəssisəsidir. Burada həmkarlar ittifaqı komitəsi təsis olunsa da, o, lazımınca fəaliyyət göstərə bilmədi. Səbəbi də Hİ təşkilatı yaradıldıqdan bir neçə ay sonra komitə sədrinin başqa yerə işə getməsi olmuşdur. Aparılan səmərəli danışıqlardan sonra şirkət rəhbərliyinin köməkliyi ilə burada HİK-in fəaliyyətinin bərpasına başlanılmışdır. Hazırda şirkətə daxil olan sahələrdə işçilərin sayı dəqiqləşdirilir və maarifləndirmə tədbirləri gücləndirilir. Fəal işin nəticəsi olaraq burada 2500 nəfərin Hİ üzvlüyünə qəbul edilməsi gözlənilir. Şöbə müdirinin sözlərinə görə, bu iş nəzarətdədir. Şirkətlər qrupunun mühəndis-texnik işçiləri ilə görüşlər planlaşdırılır. Aparılacaq söhbətlərin məqsədi "Akkord" Şirkətlər Qrupunda nümunəvi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi yaratmaqdır. Seyfəddin müəllim vurğuladı ki, bu işdə şirkət rəhbərliyi sahə həmkarlar ittifaqına lazımi dəstək verir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.