Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

İstehsalatın uğurları...

14.10.11 - 20:4190 baxılıb


Növbəti regional seminar

14.10.11 - 20:3949 baxılıb


“Real və qeyri-leqal iqtisadiyyatda işçilərin təşkilatlandırılması"(dəyirmi masa)

14.10.11 - 20:3837 baxılıb

"Ülfət" qəzetinin redaksiyasında "Real və qeyri-leqal iqtisadiyyatda işçilərin təşkilatlandırılması" mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, burada çalışan işçilərin sosial hüquqlarını tələb etməkdən ötrü təşkilatlanması üçün həmkarlar ittifaqları nə etməlidir, işçilər arasında maarifləndirmə işi hansı üsullarla həyata keçirilməlidir, insanlarla əlaqə qurarkən onların etimadını, inamını necə qazanmalı, işəgötürənlərin işçilərin təşkilatlanma istəyinə qarşı müqavimətini necə qırmalı və sair suallar araşdırılmışdır.
Dəyirmi masa arxasında fikir mübadiləsində AHİK-in baş mütəxəssisi Arif İbrahimov, İnşaat Kompleksi İşçiləri Müstəqil HİRK-in sədri Umud Hüseynov, Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Nizami Əhmədov, Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçilərinin Müstəqil HİRK sədrinin müavini Zenfira Bünyatova və Metal İşçiləri Hİ Federasiyasının vitse-prezidenti Feyzulla Əsədov iştirak etmişlər.


Ən yaxşı beynəlxalq təcrübə...

14.10.11 - 20:3773 baxılıb


Respublika Komitəsinin mövqeyi açıqlandı

14.10.11 - 20:3654 baxılıb


Vəzifələr müəyyənləşərkən...

14.10.11 - 20:3653 baxılıb


Çətin və şərəfli müstəqil 20 il

14.10.11 - 20:3551 baxılıb


Azərbaycanın və Misirin həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

14.10.11 - 20:3369 baxılıb

Oktyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Misir Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri, ölkə parlamentinin deputatı Abdelhamid İsmail Xedrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqlara Azərbaycan həmkarlar ittifaqlarının yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyəti, strukturu və görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətində dönüş yaranmışdır. Bu gün AHİK-in 1 milyon 600 mindən çox üzvü vardır.
Xarici ölkələrin həmkarlar təşkilatları nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişaf etiməsində önəmli rol oynadığını qeyd edən sədr vurğulamışdır ki, rəhbərlik etdiyi qurumun Misir həmkarlar təşkilatları ilə sıx əlaqələri vardır.


Əməyin mühafizəsi diqqət mərkəzindədir

08.10.11 - 18:4677 baxılıb


Təhsilin səviyyəsi yüksəlir

08.10.11 - 18:3767 baxılıb


5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

08.10.11 - 18:3671 baxılıb


Adlı təqaüdlər təqdim edildi

08.10.11 - 18:3472 baxılıb

Oktyabrın 6-da yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı təşkilatının fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünün verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev açmışdır. AHİK sədri bildirmişdir ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur. Adlı təqaüd 1995-ci ildə Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə təsis edilmişdir. Bu günə qədər min üç yüz əlli nəfərdən yuxarı tələbə bu təqaüddən yararlanmışdır.


“Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi" baxış-müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

08.10.11 - 18:3370 baxılıb


Müasir Azərbaycan dövlətçiliyinin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur

08.10.11 - 18:31112 baxılıb

Oktyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizin son 20 ildə keçdiyi inkişaf yolundan danışmışdır. S.Mehbalıyev müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizin bir çox problemlərlə üzləşdiyini bildirmiş, yalnız ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikada sabitliyin yarandığını, siyasi və iqtisadi islahatlara başlandığını qeyd etmişdir.


Hər iki tərəf əməkdaşlıqda maraqlıdır

30.09.11 - 19:3366 baxılıb

AHİK sədri, millət vəkili S.Mehbalıyev Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə koordinatoru M.Yobeliusu qəbul etmişdir

Sentyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Fridrix Ebert Fondunun Cənubi Qafqaz üzrə koordinatoru Matias Yobeliusu qəbul etmişdir. Məlumat üçün deyək ki, fond 1925-ci ildə demokratik yolla seçilən ilk alman reyxs-prezidenti Fridrix Ebertin vəsiyyəti əsasında formalaşıb. Fond çoxşaxəli fəaliyyət istiqamətinə malikdir. Demokratik prinsiplərə əsaslanan siyasi və ictimai təhsilə, dünyanın müxtəlif ölkələri ilə ictimai-siyasi dialoqlara dəstək göstərir. İstedadlı və cəmiyyətdə aktivliyi ilə seçilən tələbələrə və gənc alimlərə təqaüdlər ayırır. Bu missiyanın reallaşdırılması üçün fond öz imkanlarından istifadə etməklə yanaşı, həmkarlar ittifaqları, siyasi, iqtisadi və mədəni dairələrlə də əməkdaşlıq edir.
Baş ofisləri Bonn və Berlin şəhərlərində yerləşir. Dünyanın 33 ölkəsində ofisi var. 100-dən çox dövlətdə fəaliyyət planına malikdir. İllik büdcəsi 110 milyon avrodur.


Yay məktəbində böhran həyəcanı

30.09.11 - 19:3078 baxılıb

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) 4-cü yay məktəbi olmuşdur. Sentyabrın 21-dən 23-dək keçirilən tədbirdə 30-dək ölkənin və bir sıra beynəlxalq qurumların həmkarlar ittifaqı rəhbərləri və liderləri iştirak etmişlər.


Beynəlxalq konvensiyaların tələblərinə əməl edilməlidir

30.09.11 - 19:0265 baxılıb

Transmilli şirkətlər bir çox ölkələrin iqtisadiyyatında mühüm rol oynayır. Birbaşa investisiya və digər vasitələrlə belə müəssisələr kapitalın, texnologiya və əməyin ən səmərəli istifadəsinə yardım etməklə, həm özlərinə, həm də fəaliyyət göstərdikləri ölkələrə əsaslı xeyir gətirə bilərlər. Bəzən də transmilli şirkətlərin fəaliyyəti həmin ölkələrin milli və iqtisadi siyasət məqsədləri ilə uyğun gəlmir, şirkətlərdə çalışan işçilərin maraqları ilə ziddiyyət təşkil edir.

Bütün bu məsələlərə sentyabrın 29-da Bakıda "Milli səviyyədə layiqli əməyin təminatında transmilli şirkətlərin iştirakı: əsas hədəflər və nəticələr" mövzusunda keçirilən beynəlxalq konfransda aydınlıq gətirilməsinə çalışıldı.


İCEM dünyanın bütün işçilərini birləşdirir

30.09.11 - 18:5963 baxılıb

Qloballaşan dünyada beynəlxalq korporasiyaların gücü qarşısında işçi insanlar necə dayana bilərlər?


XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR

30.09.11 - 18:57115 baxılıb

1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatının sakinləri ilə görüşmüşlər.


Unudulmaz dəqiqələr yaşadılar

30.09.11 - 18:5675 baxılıb

Dünən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə dəvət olunmuş bir qrup veteran incəsənət xadiminin şərəfinə düzəldilmiş şirniyyat süfrəsi arxasında əyləşənlər bəlkə də ikinci gənclik illərini yaşayırdılar.


< 1 2 3 4 5 6 7 8 9 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.