Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

PORTUQALİYALILAR YENİ ƏMƏK İSLAHATLARINA ETİRAZ EDİRLƏR

13.06.08 - 18:26522 baxılıb

Portuqaliyanın hökumət başçısı Xose Sokratesin təqdim etdiyi əmək islahatları etirazlara səbəb olub.
Pensiya islahatlarından sonra Portuqaliya hökuməti ömürlük əmək müqavilələrinin sayının azaldılması və əlverişli şərtlərlə əvəzlənməsi üçün bir sıra islahatların aparılmasına dair müvafiq qərar qəbul edib. Buna etiraz olaraq portuqaliyalılar Lissabon küçələrinə çıxıb. Aksiyada 200 mindən çox insanın iştirak etdiyi bildirilir. Aksiyanı Portuqaliyanın ən iri həmkarlar ittifaqı konfederasiyası təşkil edib. Həmin ittifaqın bir çox üzvlərinin dövlət qulluğunda çalışdığı da bildirilir. Portuqaliya iqtisadi artım tempinə görə Avropanın ən zəif ölkələrindən biri sayılır. Hələ bu il üçün ekspertlər bu ölkədəki iqtisadi artımın 1.5 faiz çərçivəsində olacağını proqnozlaşdırırlar. Baş nazir Xose Sokrates sözügedən islahatları dəstəkləyərək bəyan edib ki, ölkədəki zəif iqtisadi artımı gücləndirmək məqsədi ilə əlavə dəyər vergisi ləğv ediləcək, kasıb ailələrə isə hökumət subsidiyalar vasitəsilə yardım göstərəcək.


Qarşılıqlı məsuliyyət daşıyan saziş

13.06.08 - 18:21516 baxılıb

İyunun 2-də Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi ilə Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2008-2010-cu illər üçün Sahə (tarif) Sazişi imzalanmışdır. Tərəflər arasında qarşılıqlı anlaşmaya baxmayaraq, sazişin hər maddəsi və sözü üzərində ciddi iş aparılmışdır.


Baxış-müsabiqəyə yekun vuruldu

13.06.08 - 18:19353 baxılıb

Qaliblər pul mükafatına və qiymətli hədiyyələrə layiq görüldülər

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin əməyin mühafizəsi ilə bağlı birgə keçirdikləri ənənəvi baxış-müsabiqəyə yekun vurulmuşdur.


Silsilə seminarlar

13.06.08 - 18:18374 baxılıb

“Xidmət-İş” Həmkarlar İttifaqı Federasiyası Fridrix Ebert Fondunun dəstəyi ilə aprel-may aylarında Biləsuvar, Qazax, Lənkəran və Mingəçevir şəhərlərində "Layiqli əmək dövlət proqramında" mövzusunda seminarlar keçirmişdir.


Sıraları iki min nəfər artmışdır

13.06.08 - 18:17350 baxılıb

"Kənd-Qida İş" Həmkarlar İttifaqı Federasiyasının gördüyü məqsədyönlü tədbirlər nəticəsində "Azərsun Holdinq" Maddi Məsul Cəmiyyətinin mərkəzi ofisində, bu qurumun "Qafqaz Ticarət və Dağıtım", "Qafqaz Kağız Sənayesi", "Qafqaz Ticarət" MMC-lərində və "Bakı Taxıl Terminalı" MMC-də ilk həmkarlar ittifaqı təşkilatları təsis olunmuşdur. Yaranan yeni təşkilatların hesabına həmkarlar ittifaqı üzvlərinin sayı 2000 nəfərə yaxın artmışdır.


"Layiqli iş yeri-təhlükəsiz əmək"

13.06.08 - 18:16379 baxılıb

Bu deviz altında Avtonəqliyyat və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi xidmətində olan müəssisə və təşkilatlarda baxış-müsabiqə keçirmişdir


Beynəlxalq tədbirdə iştirak etmişlər

13.06.08 - 18:14352 baxılıb

May ayının 26-28-də Beynəlxalq Təhsil Birliyinin (Edication İnternational) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Cənub-Şərqi Avropa ölkələrində təhsil işçiləri həmkarlar ittifaqlarının gücləndirilməsi" mövzusunda seminar keçirilmişdir.


Əmək müfəttişləri izatop xüsusi kombinatında

13.06.08 - 18:03524 baxılıb

Mayın 23-də sahə həmkarlar ittifaqlarının bir qrup əmək müfəttişi üçün Bakı izatop xüsusi kombinatında seminar keçirilmişdir. AHİK-in təşəbbüsü ilə baş tutan tədbirdə radiaktiv maddələrin saxlanma və basdırılma mexanizmi, bu proseslərin icrası zamanı əməyin təhlükəsizlik qaydalarına riayət edilməsi barədə söhbətlər aparılmışdır.


Elmi-praktik konfrans

13.06.08 - 18:01513 baxılıb

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi dünən Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirmişdir. RK sədri Cəmilə Səttarova giriş sözü söyləmişdir.


“Ölkələrimizin dostluğu bizi daha da yaxınlaşdırır”

18.05.08 - 8:48470 baxılıb

Mayın 13-də AHİK sədri, millət vəkili S.Mehbalıyev Ümummisir Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul etmişdir. Federasiyanın sədr müavini Əli Həsən Fəraq Əlgebalirinin başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanda həmkarlar ittifaqları hərəkatının tarixi və hazırkı vəziyyəti haqqında geniş məlumat verilmişdir. AHİK sədri həmçinin bildirmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altında qalıb və bir milyondan artıq vətəndaşımız yurd-yuvasından didərgin düşüb.


Qardaşlıq əlaqələri daha da genişlənəcək

18.05.08 - 8:48546 baxılıb

Mayın 15-də AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Türkiyənin "Koop-İş" Həmkarlar İttifaqının başkanlar qurulunun Bakıda keçirilməsi ilə əlaqədar ittifaqın başkanı Eyyup Alemdarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.


Həmkarlar İttifaqı fəallarının bir qrupuna fəxri adın vəsiqələri və medallar təqdim edilmişdir

18.05.08 - 8:48516 baxılıb

Mayın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunmuş həmkarlar ittifaqı fəallarının bir qrupuna fəxri adın vəsiqələrinin və medalların təqdimetmə mərasimi keçirilmişdir.


İctimai nəzarət gücləndirilir

18.05.08 - 8:48468 baxılıb

Kimya Sənayesi İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti növbəti iclasında "2007-ci ildə respublika kimya sənayesi müəssisələrində istehsalatda zədələnmələrin və işçilərin təhlükəsizliyinin təmin olunmasının vəziyyəti haqqında" məsələ müzakirə etmişdir.


Kollec birinci oldu

27.04.08 - 9:50576 baxılıb

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi "Ümumdünya Əməyin Mühafizəsi Günü" münasibətilə texniki, humanitar kolleclərdə, bir sıra orta məktəbdə "Mənim həyatım, işim və təhlükəsiz əməyim" devizi altında baxış-müsabiqə keçirmişdir.


Görüləsi işlərimiz çoxdur

27.04.08 - 9:49569 baxılıb

Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK-in III qurultayının qarşıya qoyduğu vəzifələri layiqincə həyata keçirmək üçün təşkilatçılıq işlərinin daha da gücləndirilməsinə diqqəti artırmışdır.


Kurs dəyirmi masa ilə yekunlaşdı

27.04.08 - 9:44402 baxılıb

26 nəfər komissiya sədri bilik qazandı

Əmək və Sosial Münasibətlər Akademiyasının həmkarlar ittifaqı komitələrində yeni seçilmiş qadınlarla iş üzrə komissiyaların sədrləri üçün təşkil etdiyi beşgünlük kurs "Azərbaycanın sosial-iqtisadi inkişafında qadınların rolu" mövzusunda dəyirmi masa ilə başa çatmışdır.


Elmi-praktik konfranslar keçirilir

27.04.08 - 9:43352 baxılıb

Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyası xidmətində olan təşkilatlarla birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə geniş hazırlıq işləri görür.


Ümummilli liderə ehtiram yığıncağı

27.04.08 - 9:42361 baxılıb

Aprelin 25-də Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində "Heydər Əliyev-müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır" mövzusunda yığıncaq keçirmişdir.


Hesabat-seçkilər mütəşəkkil keçirilir

27.04.08 - 9:41346 baxılıb

TİAHİ Respublika Komitəsi Məclisinin qərarına əsasən, ilk Hİ təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Yığıncaqlarda keçən 3 il ərzində görülmüş işlər, ittifaq üzvlərinə göstərilmiş sosial qayğı, əmək və iş şəraitinin təşkili, sosial hüquqların qorunması və müdafiə edilməsi, dərs saatlarının ədalətli şəkildə verilməsi və sair barədə müzakirələr aparılmışdır.


Yubiley tədbiri

27.04.08 - 9:41505 baxılıb

TİAHİ Rayon Komitəsi Təhsil Şöbəsi ilə birlikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirmişdir.


< 1 2 3 4 5 ... 51 52 53 54 55 ... 56 57 58 59 60 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.