Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
(mayın 13-də) …Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.
(mayın 14-də) …Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır. …ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.
(mayın 15-də) …MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir. …Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir. …və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər. …və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.
(mayın 16-da) …Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır. …Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir. …Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.
(mayın 17-də) …Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.
Yanvarın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev açaraq qeyd etmişdir ki, orta ixtisas təhsil müəssisələri tələbələrinin X Respublika Spartakiadası Azərbaycan Respublikasının Təhsil, İdman və Gənclər nazirliklərinin, Milli Olimpiya Komitəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında keçirilmişdir.
Dünən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində "Sosial tərəfdaşlıq: əməyin mühafizəsi, risklərin qiymətləndirilməsi və iş yerlərinin attestasiyası" mövzusuna həsr olunmuş Konfrans keçirildi.
Konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Konfransı giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov açaraq iştirakçıları salamladı və qeyd etdi ki, möhtərəm Prezident,cənab İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti nəticəsində Azərbaycan tərəqqi tempinə görə dünyanın lider ölkəsinə çevrilmiş və keçid dövrünü başa vuraraq keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmuşdur.
AHİK-də 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir
1990-cı il yanvarın 20-də Azərbaycan xalqının tarixində ən şanlı səhifələrdən biri yazıldı. Təpədən dırnağadək silahlanmış sovet qoşunlarının qarşısına əliyalın çıxmış say-seçmə oğul və qızlarımız müstəqilliyimiz uğrunda öz həyatlarını qurban verdilər. Bu kobud zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda inadkar dəyanətini, azadlıq mübarizəsini sındırmaq məqsədi daşıyan mənfur planın bir hissəsi idi. Lakin bu cür düşünənlər səhv etmişdilər. Tarix bunu göstərdi.
-Hörmətli Məclis iştirakçıları! Xanımlar və cənablar! Müzakirəyə çıxardığımız "Azərbaycan həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və qarşıda duran vəzifələr" mövzusu müasir gerçəkliyimiz baxımından çox aktualdır. Əvvəla qeyd edim ki, kütləvi informasiya vasitələri ilə işləmək sahəsində kifayət qədər təcrübəmiz və uğurlarımız var. Bu təcrübənin böyük bir hissəsi sovet dövrünə təsadüf edir. Sosializmin ideoloji buxovlarına baxmayaraq, ötən əsrin 70-ci illərində respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyev mətbuatımıza müəyyən məqamlarda azad söz demək imkanı yaratdı. Dilimizin, mədəniyyətimizin, elmimizin inkişafı, xalqın adət-ənənələrinin qorunması ilə bağlı müntəzəm yazılar dərc edildi. Hətta bəzi mətbuat orqanları müxalif ruhlu, əsl vətənpərvərlik hissləri ilə yoğrulmuş yazılar verirdi. Ulu öndər heç zaman mətbuatı qayğıdan kənarda qoymurdu. Fikir plüralizmini, doğru və ədalətli mövqeyi olan, peşəkar və obyektiv mətbuatı yüksək qiymətləndirirdi.
Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.
Əlikram QURBANOV, Bakı şəhəri.
- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir: o müqavilə bağlayan tərəflər haqqında məlumatlar; o tərəflərin hüquq və vəzifələri; o görüləcək işlər və göstəriləcək xidmətlər; o müqavilənin müddəti; o tərəflərin məsuliyyəti; o müqaviləyə xitam verilməsi qaydası. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.