Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin və İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında QƏRARI

13.01.12 - 18:0017 baxılıb


Qaliblər mükafatlandırıldı

29.12.11 - 20:2536 baxılıb

TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyevin iştirakı ilə ali məktəb tələbələri arasında təşkil olunmuş futzal yarışının və "Nə? Harada? Nə zaman?" intellektual oyununun qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Səttar Mehbalıyev dedi: Dövlət gənclər siyasəti gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı geniş spektri əhatə edir.


Əlamətdar gün qeyd olundu

29.12.11 - 20:2330 baxılıb


AHİK-in IV Məclisi keçirildi

29.12.11 - 20:2156 baxılıb

Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisi keçirildi.

Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev əvvəlcə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, AHİK ölkədə uğurla həyata keçirilən gənclər siyasətinə özünün töhfələrini verir. Bu məqsədlə müxtəlif ali məktəblərdə ödənişli əsaslarla təhsil alan 38 tələbənin illik təhsil haqqının 30 faizinin AHİK tərəfindən ödənilməsi barədə qərar qəbul edilib. Səttar Mehbalıyev tədbirdə iştirak edən həmin tələbələrə bununla bağlı müvafiq sənədləri təqdim etdi.


İşə yaradıcı münasibət...

29.12.11 - 20:1041 baxılıb


Mühüm kampaniya qarşısında

29.12.11 - 20:1028 baxılıb


Əsas diqqət...

29.12.11 - 20:1018 baxılıb


Layiqli əməyin təminatında sosial dialoqun inkişafı

29.12.11 - 20:0821 baxılıb


Görülən işlər və qarşıda duran vəzifələr

29.12.11 - 20:0724 baxılıb


“NƏ? HARADA? NƏ ZAMAN?" intellektual oyunu başa çatdı

23.12.11 - 19:4339 baxılıb


Hesabat müsbət qarşılandı

23.12.11 - 19:3845 baxılıb


Tədbirdən sonra...

23.12.11 - 19:3546 baxılıb


Təşkilatın nüfuzu...

23.12.11 - 19:3445 baxılıb


Subregional görüşdə iştirak etmişlər

23.12.11 - 19:3328 baxılıb


Hər kəs məsuliyyətini dərk etməlidir

23.12.11 - 19:3240 baxılıb


Prinsipial kadrlara ehtiyac var

23.12.11 - 19:3234 baxılıb


Təcrübə mübadiləsi aparıldı

23.12.11 - 19:3136 baxılıb


AHİK-in İcraiyyə Komitəsinin Fransa Respublikasının parlamentinə MÜRACİƏTİ

23.12.11 - 19:3033 baxılıb


AHİK-in İcraiyyə Komitəsinin Fransa Ümuməmək Konfederasiyası (CGT), Fransa Demokratik Əmək Konfederasiyası (CFDT), Fransa Xristian İşçiləri Konfederasiyası (CFTC), Fransa İşçi Qüvvəsi Konfederasiyası (FO) və Fransa Dövlət İşçiləri Konfederasiyasına (CFE)

23.12.11 - 19:3033 baxılıb


AHİK-in İcraiyyə Komitəsində

23.12.11 - 19:2847 baxılıb

Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilmişdir.

İclasın gündəliyində IV Məclisin çağırılması və "Əməkçilərin mənzil hüquqlarının qorunması, ölkədə evsizliyin qarşısının alınması işində Azərbaycan həmkarlar ittifaqlarının iştirakı barədə" qərarın yerinə yetirilməsi haqqında məlumat" məsələləri dururdu.
Lakin son günlər baş verən hadisələr gündəlikdə dəyişikliyə səbəb oldu. Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev sözünə birbaşa Fransa parlamentinin aşağı palatasının erməni “soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərarına etirazla başladı. Bu ən azı fransız xalqının söz, fikir, sərbəst düşünmək azadlığına zərbədir dedi. Fransız xalqını bir qrup siyasət adamı özlərinin şəxsi karyerasının, iddialarının əsirinə çevirdi.


< 1 2 3 4 5 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.