Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bakıda Beynəlxalq İctimai Birlik - Ticarət, İctimai İaşə, Kooperasiya İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının səyyar Şurası keçirilir
Mayın 25-dən 29-dək keçiriləcək Şuranın iclasında Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Latviya ölkələrinin və Moskva şəhərinin ticarət işçiləri həmkarlar ittifaqları respublika komitələrinin və federasiyalarının sədrləri iştirak edirlər.Şuranın iclasında ticarət və istehsal-istehlak sahələrində MDB ölkələrində həmkarlar ittifaqları hərəkatının gücləndirilməsi, MDB ölkələrində ticarət sahəsində işçilərin əməyinin mühafizəsi və sağlamlığı istiqamətində həmkarlar ittifaqlarının əsas vəzifələri, Ticarət İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının İV Qurultaydan sonrakı dövr ərzində fəaliyyəti haqqında və digər məsələlərin müzakirəsi yer alacaqdır.
Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında ya-xından iştirak edən təbəqədir. Gənc nəslin mənəvi tərbiyəsi, onların vətəndaş cəmiyyətində sosial-siyasi fəallığının, intellektual səviyyəsinin yüksəldilməsi xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Həmkarlar İttifaqlarında gənclər siyasəti istiqamətində sistemli iş aparılır. AHİK-in İcraiyyə Komitəsində təsdiq olunmuş "Azərbaycan Həmkarlar İttifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri"nin və digər sənədlərin yerinə yetirilməsində AHİK və üzv təşkilatları da konkret işlər görmüşlər.
Mayın 5-8 də Rimini şəhərində İtaliya Ümum Əmək Konfederasiyasının (İÜƏK) 16-cı qurultayı keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev də qurultayda iştirak etmişlər. AHİK sədrinin müavini qurultay barədə öz təəssüratlarını belə bildirdi: Ümum İtaliya Əmək Konfederasiyası (CGİL) İtaliyada mövcud olan üç həmkarlar ittifaqı milli mərkəzi arasında ən böyüyü və ən qədimidir.Təşkilat 1944-cü ildə yaradılıb. Hazırda üzvlərinin sayı 5,5 milyon nəfər olmaqla Avropada ən böyük həmkarlar ittifaqları konfederasiyasıdır.
Gənc Tamaşaçılar Teatrında ümummilli lider Heydər Əliyevin 87-ci ildönümünə həsr edilmiş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının yekun konserti olmuşdur.
Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilmiş festivala hələ mart ayında start verilmişdi. İlkin mərhələdə hər bir ali məktəb üzrə ən yaxşılar seçilmişdi. İkinci mərhələdə isə festival ali məktəblər arasında təşkil olunmuşdu. Bu mərhələdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində yerləşən 19 ali məktəbin tələbələri iştirak etmişlər. Festivalın əsas məqsədi ali məktəblərdə təhsil alan gənclərimizdə milli mənəviyyatımıza, Vətənə, dünyəvi dəyərlərə məhəbbət və hörmət hisslərini gücləndirmək və eləcə də asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakı şəhəri ümumtəhsil məktəbləri müəllimlərinin iştirakı ilə "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfrans keçirilmişdir.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə təşkil olunan elmi-metodik konfransın yekun toplantısı may ayının 6-da AHİK-in böyük akt zalında baş tutmuşdur. Tədbirdə təhsil naziri Misir Mərdanov, ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Bakı şəhərindəki orta ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak etmişlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.