Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qabaqlayıcı tədbirlər müəyyənləşdirildi

07.05.10 - 14:54159 baxılıb


Oğuzda beynəlxalq seminar

30.04.10 - 17:26192 baxılıb


Beynəlxalq və milli səylər birləşdirilməlidir

30.04.10 - 17:24200 baxılıb

İctimaiyyətin diqqətini vətəndaşların əmək hüquqlarının qorunmasına, onların təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna malik olmasına yönəltmək məqsədi ilə 2003-cü ildən başlayaraq hər il aprelin 28-i dünyanın yüzdən artıq ölkəsində istehsalatda həlak olmuş və qəza nəticəsində xəsarət almış işçilərin beynəlxalq anım günü kimi qeyd edilir.

28 Aprel Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "Yeni şəraitdə əmək sferasında profilaktiki və risklərin idarə olunması" seminar-müşavirəsi "Azərsun Holdinq" Şirkətlər Qrupunun akt zalında keçirildi.


“Layiqli əmək axtarışında - əməkçi miqrantların hüquqları"

30.04.10 - 17:21189 baxılıb

Aprelin 27-də AHİK-də Beynəlxalq Əmək Təşkilatının "Rusiya Federasiyasında əməkçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması" layihəsi çərçivəsində "Layiqli əmək axtarışında - əməkçi miqrantların hüquqları" mövzusunda seminar keçirilmişdir.

Həmkarlar ittifaqları təşkilatları üçün təlim xarakteri daşıyan tədbirə sahə Hİ respublika komitələrinin sədrləri və digər məsul işçiləri dəvət olunmuşdular. Yığıncağı giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açdı.
O, əvvəlcə layihənin məqsədlərini açıqladı. Dedi ki, əsas məqsədimiz bu sahədə beynəlxalq qurumlar və milli sosial tərəfdaşlarla səmərəli əməkdaşlıq etmək, əsas fəaliyyət istiqamətlərimizi müəyyənləşdirmək, hazırladığımız icra mexanizmlərini razılaşdırmaqdır.


Müəllimlər parta arxasında

30.04.10 - 14:05175 baxılıb


Faydalı təkliflərlə zəngin tədbir

30.04.10 - 14:03180 baxılıb


Risklərin azaldılması yolları araşdırıldı

30.04.10 - 14:02129 baxılıb


İstedadlara baxış

30.04.10 - 11:57142 baxılıb


Avrasiya Federasiyasının Bakı toplantısı

23.04.10 - 21:18150 baxılıb

Aprelin 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqları Federasiyası Başkanlar Kurulunun 4-cü Toplantısı keçirilmişdir.

Federasiya Avrasiya bölgəsində sahə həmkarlar ittifaqları işçilərinin qanuni hüquqlarının qorunması, layiqli əmək, sosial ədalət prinsiplərinin təmin edilməsi sahəsində üzləşdikləri oxşar problemlərin həllinə dəstək verilməsi, bölgədə yerləşən transmilli şirkətlərlə danışıqların aparılması prosesində, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin təşkilində əhəmiyyətli fəaliyyət göstərir. Bölgənin 12 ölkəsi: Türkiyə, Azərbaycan, Rumıniya, Çernoqoriya, Bosniya-Herseqovina, Kosova, Makedoniya, Serbiya, Özbəkistan, Tacikistan, Qırğızıstan və Gürcüstanın 21 sahə həmkarlar ittifaqları bu Federasiyada birləşir.


Əlaqə sıx olmalıdır

23.04.10 - 21:17153 baxılıb


Normativ sənədlər paylandı

23.04.10 - 21:16156 baxılıb


İşəgötürənlərin iştirakı vacibdir

23.04.10 - 21:15286 baxılıb

Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Ümumdünya Əməyin Mühafizəsi Gününə (28 Aprel) həsr etdiyi ikinci seminarı Qusar şəhərində keçirdi.

"Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması" devizi altında baş tutan tədbiri giriş sözü ilə sahə Hİ Qusar Rayon Komitəsinin sədri Rauf Məmmədov açdı. Respublika Komitəsi sədrinin müavini Əbülfəz Mehdiyev "Əmək Məcəlləsinin əməyin mühafizəsi bölməsinə edilmiş əlavə və dəyişikliklər və bu sahənin tənzimlənməsində normativ-hüquqi sənədlər" mövzusunda çıxış etmişdir. Ə.Mehdiyev əməyin mühafizəsi sahəsində olan qanunların, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının geniş şərhini verdi.


İnkişafla ayaqlaşmalıyıq

23.04.10 - 16:40149 baxılıb


Maarifləndirməyə ehtiyac var

23.04.10 - 16:40154 baxılıb


Diqqət və qayğının nəticəsi

23.04.10 - 16:39156 baxılıb


Qələbənin 65 illiyinə həsr edilmiş tədbirlərə start verildi

23.04.10 - 16:39147 baxılıb


Biliklər artırılmalıdır

23.04.10 - 16:38148 baxılıb


İlboyu gündəmdə olan məsələ

23.04.10 - 16:38149 baxılıb


2008-2009-cu illər üçün bağlanmış Baş Kollektiv Sazişin icrasına dair məlumat

16.04.10 - 19:38168 baxılıb


Təşkilat fəal olan yerdə...

16.04.10 - 19:35193 baxılıb


< 1 2 3 4 5 ... 23 24 25 26 27 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.