Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qabaqlayıcı tədbirlər vacibdir

16.04.10 - 19:34184 baxılıb


Təhlükəsiz əməyə nəzarət

16.04.10 - 19:32166 baxılıb


İş və ailə münasibətləri

16.04.10 - 19:29159 baxılıb


Təşəbbüskarlıq başlıca şərtdir

16.04.10 - 19:29201 baxılıb

Aprelin 13-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Ümumdünya Əməyin Mühafizəsi (28 Aprel) Gününə həsr etdiyi ilk seminar Göyçay şəhərində baş tutmuşdur.

Ətraf rayonlarda fəaliyyət göstərən həmkarlar ittifaqı liderlərinin və fəallarının da dəvət edildiyi tədbir "Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması" devizi altında keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə yeni tikilmiş Heydər Əliyev Mərkəzi ilə tanış olmuş, ulu öndərin abidəsi önünə əklillər qoymuş və xatirə şəkli çəkdirmişlər.


Seminar-məşğələlər başladı

09.04.10 - 19:14163 baxılıb


Təhlükəsiz əmək uğrunda

09.04.10 - 19:14183 baxılıb


Hörmətli inşaatçılar!

09.04.10 - 18:53173 baxılıb


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab S. Mehbalıyevə

09.04.10 - 18:53169 baxılıb

Çox hörmətli Səttar Suliddin oğlu!

Artıq bir ildir ki, qlobal maliyyə böhranı MDB ölkələrini əhatə etmişdir. Sosial-iqtisadi durum dövlətlərin demək olar hamısında kəskinləşmiş, lakin bu gün Azərbaycanda hökumətin həyata keçirdiyi realist siyasət və həmkarlar ittifaqlarının səyləri nəticəsində böhranın təsiri ölkəmizdə o qədər də hiss olunmur.
Antiböhran siyasətinin həyata keçirilməsi şəraitində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası iqtisadiyyatın nəbzində əlini saxlamaqla kifayətlənməmiş, öz müsbət təcrübəsini regionun digər ölkə həmkarlar ittifaqları ilə də bölüşmüşdür. Ümumi Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan həmkarlar ittifaqlarının sosial-iqtisadi vəziyyətə dair apardıqları monitorinqin nəticələri barədə müntəzəm surətdə məlumatlandırılır. Bu materiallar ölkədəki vəziyyəti təfsilatı ilə səciyyələndirir, məşğulluğun dinamikasını, əhalinin gəlirlərini, əməkhaqqı daxil olmaqla, açıqlayır. Bütün bunlar həmkarlar ittifaqlarının işində, onların düzgün mövqeyinin və taktikasının işlənilməsində həvəsləndirici amil kimi böyük rol oynamışlar.
Ümumi Həmkarlar İttifaqlarının bütün üzv təşkilatları faydalana biləcək görülən işlərin nəticələrinə görə Sizə səmimi təşəkkürümüzü bildiririk.

Hörmətlə, ÜHİK-in Baş katibi V.P.Şerbakov.


Miqrantların hüquqları qorunmalıdır

09.04.10 - 17:45161 baxılıb

Martın 31-dən aprelin 2-dək Sarayeva şəhərində Beynəlxalq İnşaat və Ağac Emalı İşçilərinin Həmkarlar İttifaqının Cənub-Şərq Şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə qeyri-qanuni miqrantların problemlərinə həsr olunmuş iclas keçirilmişdir.

İclasda Azərbaycan, Serbiya, Bosniya və Herseqovinanın həmkarlar ittifaqı işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirə vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş bir neçə Serbiya vətəndaşı da dəvət olunmuşdu.


Fəxri fərman təqdim edilmişdir

09.04.10 - 17:32153 baxılıb


Nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri

09.04.10 - 17:31157 baxılıb


“2010-2011-ci illər üçün sahə (tarif) sazişləri və kollektiv müqavilələr bağlanarkən həmkarlar

05.04.10 - 11:43719 baxılıb


“Odlu - alovlu illərin qəhrəmanları"

05.04.10 - 11:41164 baxılıb


Seminar-müşavirə keçirildi

05.04.10 - 11:40166 baxılıb


Layiqli əmək və qeyri-formal iqtisadiyyat

05.04.10 - 11:39152 baxılıb

Beynəlxalq Əmək Təşkilatı ilk dəfə 30 il öncə "qeyri-formal sektor" anlayışından istifadə etmişdir. Söhbət etiraf olunmayan, qeydiyyatdan keçməyən, mühafizə edilməyən və ya dövlət hakimiyyət orqanları tərəfindən hüquqi cəhətdən tənzimlənməyən əməkdən gedirdi.

1991-ci ildə Beynəlxalq Əmək Konfransının 78-ci sessiyasında "qeyri-formal sektorun dilemması" müzakirə edilmişdir. Dilemma ondan ibarətdir ki, BƏT və onun üçtərəfli iştirakçıları ya yeni iş yerlərinin və gəlir gətirən məşğulluğun mənbəyi olan qeyri-formal sektoru həvəsləndirməli və yaxud onlar bu sektora qanunvericiliyin və sosial müdafiənin şamil edilməsinə çalışmalıdırlar. O zaman xüsusilə vurğulanmışdı ki, BƏT-in qeyri-formal iqtisadiyyata dəstək verməsindən və ya onun inkişafının tərəfdarı kimi çıxış etməsindən söhbət belə gedə bilməz. Bu gün də dilemm qüvvədədir, lakin o, miqyasca daha da kəskinləşmiş və mürəkkəbləşmişdir.


AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASINDA 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

05.04.10 - 11:38190 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 mart - Azərbaycanlıların soyqırımının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev mənfur qonşularımızın tarix boyu azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmış, bu faciəni böyük dövlətlərin yürütdükləri imperiya siyasətinin acı yekunu kimi qiymətləndirmişdir.


S.Mehbalıyev ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bu proseslərin kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd etmişdir. O, xain qonşularımızın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini vurğulamışdır.


Növbəti görüş

19.03.10 - 13:32165 baxılıb


Qadınların xüsusi mövqeyi var

19.03.10 - 13:32176 baxılıb


Cəbhədə bayram görüşləri

19.03.10 - 13:29158 baxılıb


Həmkarlar ittifaqları şənlik və xeyriyyə tədbirləri keçirirlər

19.03.10 - 13:29307 baxılıb

Novruz bayramı ilə əlaqədar Azərbaycan həmkarlar ittifaqları da bir sıra şənliklər və xeyriyyə tədbirləri həyata keçirəcəklər. Bu sayımızda həmin tədbirlərin bir neçəsi barədə qısa xülasə ilə oxucularımızı tanış edirik.


< 1 2 3 4 5 ... 24 25 26 27 28 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.