Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə "Azərbaycanda gender siyasətinin həyata keçirilməsinin əsas fəaliyyət istiqamətləri" adı altında həmkarlar ittifaqı fəalları, şəhər, birlik, müəssisə həmkarlar ittifaqı komitəsi sədrləri üçün seminar keçirildi.
Seminar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında baş tutdu. İlk öncə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov seminarı giriş nitqi ilə açaraq sözü təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədovaya verdi.
Fevralın 22-23-də “Miraj İNN” otelində Kimya Sənayesi, Dağ-Mədən, Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Federasiyası (İCEM) enerji layihəsi çərçivəsində Fridrix Ebert Fondunun dəstəyi ilə Xəzəryanı ölkələrin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları üçün beynəlxalq konfrans keçirdi.
Konfransda Azərbaycan, Rusiya yanacaq energetika kompleksi həmkarlar ittifaqlarının rəhbər işçiləri və nümayəndələri, İCEM-in enerji sənayesi sektorunun prezidenti Lars Mire, İCEM-in enerji sənayesi, Şərqi və Mərkəzi Avropa üzrə məsul əməkdaşları Cim Katerson və Anatoliy Surin, Neftqaztikinti Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyasının baş katibi Məlik Mirzəyev və Fridrix Ebert Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Rəşad Hüseynli də iştirak etmişlər. Konfrans transmilli şirkətlərlə iş və münasibətlərin tənzimlənməsinə həsr edilmişdir.
Fevralın 24-də AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin təklifi ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra iclasın gündəliyində duran Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 65 illiyinə həsr edilmiş "Odlu-alovlu illərin qəhrəmanları" yaradıcılıq dekadasının keçirilməsi, həmkarlar ittifaqlarının xidmət əhatəsində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2009-cu il üzrə hesabatı, gənclər siyasətinin həyata keçirilməsi üzrə 2010-2013-cü illər üçün AHİK-in tədbirlər planı, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin icrasına aid tədbirlər, nəqliyyat sahəsi sistemində HİRK-in bağlanan saziş və kollektiv müqavilələrində sağlamlığın mühafizəsi, sosial sığorta və sosial təminatı əks etdirən öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti haqqında məsələlər müzakirə olundu.
Fevralın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfedersiyasında Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublka Komitəsinin VI plenumu keçirildi.
Plenumda AHİK-in II Məclisinin üzv təşkilatlarda hesabat-seçki kampaniyalarının vahid müddətdə keçirilməsi qərarı əsas götürülərək sahə Hİ təşkilatlarında seçkili orqanların səlahiyyətinin 2012-ci ilə qədər uzadılması barədə təklif yekdilliklə qəbul olundu. RK sədri Cəmilə Səttarova "Vətəndaş cəmiyyətində Mədəniyyət İşçiləri Müstəqil HİRK-in inkişaf meyilləri, problemləri və vəzifələri" haqqında məruzə ilə çıxış etdi. Dedi ki, təşkilatımız ölkədə baş verən sosial-iqtisadi proseslərdən heç vaxt kənarda qalmayıb.
Fevralın 10-11-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Qeyri-formal əmək münasibətlərində olan işçilərin təmsil edilməsi və onların hüquqlarının inkişafı" 2008-2010-cu illərə dair layihənin MDB ölkələrində icrası ilə bağlı yekun seminar keçirilmişdir. Panavropa Regional Həmkarlar İttifaqları Təşkilatının təşəbbüsü və Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə baş tutmuş tədbirə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərləri, ekspertləri, Beynəlxalq Əmək Təşkilatının mütəxəssisləri, Azərbaycan, Xorvatiya, Serbiya, Belçika, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan həmkarlar ittifaqı təşkilatlarının məsul işçiləri dəvət olunmuşdular.
Azərbaycanı seminarda ölkə üzrə layihənin rəhbəri, AHİK sədrinin müavini A.Dadaşov, layihənin milli koordinatoru, AHİK-in baş mütəxəssisi A.İbrahimov, "Miqrantlar Mərkəzi" qeyri-hökumət təşkilatının rəhbəri Ə.Əliyev təmsil edirdilər. Seminarda bildirilmişdir ki, Panavropa Həmkarlar İttifaqları Təşkilatı gizli iqtisadiyyat probleminə heç də birmənalı yanaşmır. Onun əhalinin məşğulluğu baxımından müsbət rolunu da qiymətləndirir. Çıxışlarda həmkarlar ittifaqlarının bu sahədə müvəffəqiyyətləri ilə yanaşı, uğursuzluqları da təhlil obyektinə çevrilmişdir. Tədbirdə qeyri-formal iqtisadiyyatın azaldılması üzrə dövlətlərin siyasəti, sosial dialoq və həmkarlar ittifaqlarının strategiyaları, işçilərin ayrı-ayrı kateqoriyalarının maraqları və s. bu kimi məsələlər də müzakirə olunmuşdur.
Fevral ayının 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilmişdir. ATİAHİ RK-nın sədri, millət vəkili Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən iclasda Rəyasət Heyətinin gündəliyi səsə qoyularaq təsdiq olunmuşdur. Sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Əvvəlcə RK-nın sədr müavini Şaiq Əsgərov ötən il ATİAHİ RK-da və üzv təşkilatlarda ittifaq üzvlərinin qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, 2009-cu il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə xidmətdə olan təşkilatlarda çalışan işçilərdən və təhsil alan gənclərdən ümumilikdə 625 ərizə, şikayət və müraciətlər daxil olmuşdur.
Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filormoniyasında 2 Fevral Gənclər Günü münasibətilə musiqi və incəsənət məktəblərinin fərqlənən gənc müəlliminin konsert proqramı olmuşdur.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə keçirdikləri tədbir böyük tamaşaçı auditoriyası toplamışdı. Tədbirdə RK sədri Cəmilə Səttarova və BŞMTİ-nin rəisi Əlikram Əliyev giriş sözü söylədilər. Dedilər ki, dövlətimiz müstəqillik əldə edəndən sonra gənclərimizin intellektual, mənəvi inkişafına böyük qayğı göstərir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.