Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyulun 18-də
…Gürcüstana işgüzar səfərə gəlmişdir. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər. …və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar. …və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər. …və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar. …Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.
iyulun 19-da
…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 20-də
…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar. …,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər. …BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. …İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
iyulun 21-də
…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir. …Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır. …Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.
iyulun 22-də
…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. …Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir. …"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
AHİK-in ötən qurultayından keçən müddət ərzində Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi öz sıralarını möhkəmləndirmək istiqamətində işini ardıcıl olaraq davam etdirmişdir.
SABAH 20 YANVAR FACİƏSİNİN ON SƏKKİZİNCİ İLDÖNÜMÜDÜR
Azərbaycan həmkarlar ittifaqları 20 Yanvar hadisələrinin ilk günündən xalqımızın başına gətirilmiş müsibətlərin ağırlığını çiynində daşıyan ictimai təşkilatların öncülü olmuşdur. Sovet Ordusunun hücumu zamanı şəhid olmuş soydaşlarımızın ailələrinə qayğı göstərmiş, sağlamlıqlarını itirənlərə dəymiş ziyanın ödənilməsi üçün aktların tərtib edilməsindən tutmuş onların icrasına kimi nəzarəti həyata keçirmişdir.
Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi 39 ilk təşkilatı və 974 nəfər Hİ üzvünü birləşdirir. Təşkilatların əksəriyyəti son iki-üç ildə yaradılmışdır. "İlham" Mineral-Su MMC-də, "Qoşqar", "İzmir" kiçik müəssisələrində, "Enerji" birgə müəssisəsində, "Real-95" fərdi fermer, "Tərməci" kəndli fermer təsərrüfatlarında yaradılmış həmkarlar ittifaqı təşkilatları nümunəvi işləri ilə fərqlənirlər.
İNŞAAT KOMPLEKSİ İŞÇİLƏRİ MÜSTƏQİL HƏMKARLAR İTTİFAQI BU YÖNÜMDƏ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Qurumun IV qurultayında (21 sentyabr 2007-ci il) qarşıya qoyulmuş əsas vəzifələrdən biri qurumun xidmətinə daha çox təşkilat və üzv cəlb etmək olmuşdur. Ötən son aylar ərzində verilmiş vədə necə əməl edilib?
21-22 sentyabr - BAHİK və İsveç həmkarlar ittifaqlarının iştirakı ilə "Yoxsulluğun azaldılması strategiyası haqqında sənəd və MDB ölkələrinin həmkarlar ittifaqlarının rəyi" mövzusunda keçirilmiş beynəlxalq konfransda AHİK sədrinin müavini A.Dadaşov çıxış etmişdir.
22 sentyabr - Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqının II qurultayı keçirilmişdir.
16 oktyabr - "Heydər işığında" devizi altında gənclərin mahnı festivalının yekun konsertində AHİK sədri, millət vəkili S.Mehbalıyev iştirak etmiş və onun təşəbbüsü ilə festivalın 15 qalibinə AHİK-in Fəxri fərmanlarıı və pul mükafatları təqdim olunmuşdur.
Biz həmkarlar ittifaqı hərəkatı üçün çox mühüm olan bir mərhələnin ərəfəsindəyik. Bəşəriyyət XXI əsrə yeni iqtisadi, mənəvi münasibətlər zəminində qədəm qoyub. Hələ ilk addımlarını atmağa başlamış növbəti yüzillik dövlətləri qloballaşma dilemması qarşısında qoymuşdur. Yeni iqtisadi sistem əhalinin yaşayış, əmək fəaliyyəti tərzinə də güclü təsir göstərməkdədir. İşçiləri, onların ailələrini qloballaşma maşınının təkərləri altından necə xilas etməli, sıravi insanların daha yaxşı yaşamasına necə, hansı mexanizmləri işləyib hazırlamaqla nail olmalı?
"Xidmət İş" Həmkarlar İttifaqı Federasiyasının III Məclisi gündəmə 6 məsələ çıxarmışdı. Yığıncağı giriş sözü ilə Federasiyanın prezidenti İlyas Əliyev açmışdır. Əsas müzakirə obyekti kimi, Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov "Sahə zəhmətkeşlərinin əmək, sosial-iqtisadi, hüquq və mənafelərinin qorunması vəziyyəti haqqında" Məclis iştirakçılarına geniş məlumat vermişdir.
Ədalət naminə qeyd etməliyik ki, dövlətimiz və onun müvafiq qurumları AHİK-in II qurultayında və ondan sonrakı müddətdə həmkarlar ittifaqları tərəfindən qaldırılan bir sıra məsələləri həll edib. Eyni zamanda həllini gözləyən problemlərimiz də az deyildir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayında bir sıra məsələlərin qaldırılmasını istəyərdik.
26 may- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycanda Xalq Cümhuriyyətinin 86-cı ildönümünə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
26-27 may - Beynəlxalq Əmək Təşkilatının Gürcüstanın Tbilisi şəhərində Qafqaz və Mərkəzi Asiya ölkələri üçün "Həmkarlar ittifaqları və yoxsulluğun aradan qaldırılması strategiyası" mövzusunda keçirdiyi seminarda AHİK-in nümayəndə heyəti iştirak etmişdir.
Bu günlərdə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində bir qrup həmkarlar ittifaqı liderinin iştirakı ilə keçirilən "Dəyirmi masa"da AHİK-in növbəti III qurultayına çıxarılacaq təkliflər müzakirə olunmuşdur. Tədbiri giriş sözü ilə Respublika Komitəsinin sədri Cahangir Əliyev açmışdır. O, ötən qurultaydan sonra neft sənayesi işçilərinin əmək və sosial qayğılarının həyata keçirilməsi istiqamətində aparılan işlərdən danışmışdır. Həmçinin AHİK-in ötən 5 ildə hökumət, Milli Məclis səviyyəsində qaldırdığı, həllinə nail olduğu təşəbbüslər barədə məlumatlandırmışdır. Sonra digər tədbir iştirakçılarına söz verilmişdir.
"Azərnəqliyyatservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov və Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Etibar Əliyev Moskvadan qayıtmışlar. Onlar öncə Müstəqil Dövlətlər Birliyi ölkələri Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqları Birliyinin növbəti plenumunda və sonra Yol İşçilərinin MDB üzrə Dövlətlərarası Şurasının II qurultayında iştirak etmişlər.
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin III iclası keçirilmişdir. Yığıncaqda sahə həmkarlar ittifaqı Respublika Komitəsinin 2008-ci il üçün büdcəsi müzakirə edilmişdir.
"Kommunal və Xidmət İş" Həmkarlar İttifaqı Respublika Komitəsi Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər və rayon mənzil-kommunal təsərrüfatı müəssisələrinin HİK sədrləri və fəalları üçün "Kollektiv müqavilələrin bağlanması və işəgötürənlərlə danışıqların aparılması” və "Pensiya qanunvericiliyində yeniliklər: əmək və baza pensiyalarının təyin edilməsi və verilməsi mexanizmi" mövzularında seminar keçirmişdir.
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələri Həmkarlar İttifaqı Respublika Komitəsinin ("Kommunal və Xidmət İş") II Məclisi olmuşdur.
Məclisdə RK sədri Azər Cəfərovun "Müasir dövrdə həmkarlar ittifaqı üzvlüyünün əsaslandırılması sahəsində olan aktual problemlər haqqında" məruzəsi dinlənilib müzakirə edilmişdir.
AHİK-in II qurultayının qarşıya qoyduğu vəzifələr sırasında işçilərin əmək, sosial hüqularının müdafiəsi öncül yerlərdən birini tutur. Ötən beş il ərzində bu vəzifə həmkarlar ittifaqları təşkilatları tərəfindən böyük uğurla yerinə yetirilib. Qeyd edək ki, təkcə 2006-cı ildə sahə həmkarlar ittifaqı respublika komitələrinə 834 ərizə daxil olub. Ərizələrin müəyyən qismində şikayətçilər əmək hüquqlarının pozulması, işdən qeyri-qanuni azad edilmələri barədə məlumat verirdilər.
İtaliya nəqliyyat işçiləri həmkarlar ittifaqı təşkilatı dünən üçün ümumi tətil keçirəcəklərini bildirmişdi. Tətil yerüstü nəqliyyatın bütün növlərini və aviaxətt işçilərini əhatə etməli idi. Elan edilmişdi ki, təyyarələr yerli vaxtla saat 10:00 -dan 14:00-a qədər uçuşu dayandıracaq, avtobus sürücüləri, metro və uzaq reys qatarlarının maşinistləri bütün gün ərzində işə çıxmayacaqlar.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİMHİRK) III plenumu keçirilmişdir. Yığıncağa həmkarlar ittifaqı orqanlarının sədrləri, nazirliklərin, müəssisələrin, yaradıcılıq ittifaqlarının məsul işçiləri dəvət olunmuşdular.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Yevlax Rayon Komitəsinin III plenumu olmuşdur. MİMHİ Respublika Komitəsinin sədri Cəmilə Səttarova tədbirdə iştirak etmişdir.
Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dekabrın 7-də keçirilmiş I plenumu əlamətdar günə təsadüf etmişdir. Yığıncağı giriş sözü ilə açan Respublika Komitəsinin sədri Bəkir Yusifov öncə iştirakçıları Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə təbrik etmiş, sonra gündəlikdə duran məsələlərin müzakirəsi barədə məlumat vermişdir. Plenumda "AZAL" Dövlət Koserninin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və mülki müdafiə xidmətinin rəisi Rəfail Abasovun "2006-cı il və 2007-ci ilin on ayı ərzində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin idarə, müəssisə və təşkilatlarında əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin vəziyyəti haqqında" məruzəsi dinlənilib müzakirə edilmişdir.
Bu fikir Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası (MİHİF) Mərkəzi Komitəsinin bu günlərdə keçirilmiş IV iclasının leytmotivini təşkil etmişdir Geniş məruzə ilə çıxış edən Federasiyanın prezidenti Əli Hümbətov demişdir ki, MİHİF-in xidmətində olan müəssisə, idarə və təşkilatlarda çalışan gənc üzvlərin, peşə məktəbi şagirdlərinin əmək, sosial və iqtisadi problemlərinin həllini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən sayırlar.
Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?
Mirzə QƏHRƏMANOV, Naxçıvan şəhəri.
- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.