Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Sıraları genişlənir

28.12.09 - 14:03171 baxılıb


Mükafatlar təqdim olundu

28.12.09 - 14:02177 baxılıb


Təcrübəmiz bəyənildi

28.12.09 - 14:02165 baxılıb


İcra nəzarətdə saxlanılmalıdır

28.12.09 - 14:00350 baxılıb

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Fəhlələrinin Həmkarlar İttifaqı Respublika Komitəsi dekabrın 24-də "Kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının tutduğu mövqe və işəgötürənlərlə danışıqlarda prioritetlər" mövzusunda Əmək və Sosial Münasibətlər Akademiyasında seminar keçirmişdir.

Seminara Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Lənkəran şəhər, birlik, müəssisə HİK sədrləri və fəalları dəvət olunmuşdular. Tədbiri sahə Hİ Respublika Komitəsinin sədri Telman Hacıyev açaraq, müasir dövrdə həmkarlar ittifaqı kadrları və fəallarının təhsilinin vacibliyindən danışdı.


“Nə? Harada? Nə zaman?"

28.12.09 - 13:59190 baxılıb


Xeyriyyə aksiyası

28.12.09 - 13:59160 baxılıb


Hüquqi maarifləndirmə

28.12.09 - 13:58216 baxılıb


ƏMƏK VƏ İCRA İNTİZAMI

14.12.09 - 11:27219 baxılıb

Dekabrın 8-də Şamaxı şəhərindəki "Müəllimlər Evi"ndə "Ülfət" qəzetinin əməkdaşları "Əmək və icra intizamı" mövzusunda seminar keçirmişdir. "İşçilərin əmək və sosial biliklərinin artırılmasına yardım" layihəsi çərçivəsində həyata keçirilən bu tədbirə rayonda fəaliyyət göstərən sahə həmkarlar ittifaqları təşkilatlarının liderləri və fəalları cəlb olunmuşdu.
Təxminən 30 nəfərin iştirak etdiyi se minarı giriş sözü ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsinin sədri Fatmaxanım Quliyeva açdı. Dedi ki, hörmətli Prezidentimizin qayğısı sayəsində Şamaxı respublikamızın sənaye şəhərinə çevrilməkdədir.


İlk kollektiv müqavilə imzalandı

14.12.09 - 11:25237 baxılıb


Struktur yeniləşir

14.12.09 - 11:24206 baxılıb


İş şəraiti yaxşılaşır

14.12.09 - 11:24211 baxılıb


Özəl müəssisələr əlçatandır

14.12.09 - 11:23138 baxılıb


Futzal qalibləri mükafatlandırıldı

14.12.09 - 11:22182 baxılıb


ATİAHİ-nin VII Məclisi keçirilmişdir

14.12.09 - 11:20280 baxılıb

Dekabr ayının 11-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilmişdir. ATİAHİ RK-nın sədri, millət vəkili Səttar Mehbalıyevin sədrliyi ilə keçirilmiş iclasda Məclisin gündəliyi səsə qoyularaq təsdiq olunmuşdur. Sonra gündəlikdə duran məsələlərlə bağlı məruzələr dinlənilmişdir.

Əvvəlcə RK-nın sədr müavini Mirzə Cəfərzadə ATİAHİ-nin Sumqayıt Şəhər Komitəsində üzvlərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin qorunması ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Respublika Komitəsinin 2009-cu ildəki fəaliyyəti ilə bağlı məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, aparılan yoxlamalar nəticəsində ATİAHİ-nin Sumqayıt Şəhər Komitəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar üzə çıxarılmışdır. Məruzədə toxunulan nöqsanların müzakirəsindən sonra ATİAHİ Sumqayıt Şəhər Komitəsinin sədri M.Zeynalovun vəzifəsindən azad edilməklə bağlı verdiyi ərizənin nəzərə alınması, maliyyə-təsərrüfat fəaliyyətində yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər komitəsinin baş mühasibi N.Babayevaya töhmət verilməsi ilə bağlı qərar qəbul olunmuşdur.


İşçilərin hüquqları

07.12.09 - 14:34415 baxılıb


550 nəfərin qəlbinə yaxınlıq

07.12.09 - 14:30206 baxılıb


Varşavada konfrans keçirilmişdir

07.12.09 - 14:29183 baxılıb

Noyabrın 23-25-də Polşa Respublikasının Varşava şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi (TAHİK) Baş Assambleyasının konfransı keçirilmişdir. Konfransda 46 ölkənin 141 təşkilatından 300 nümayəndə iştirak etmişdir. Ölkəmiz bu konfransda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin I müavini H.Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdu.


Hesabat konserti

07.12.09 - 14:29235 baxılıb


AHİK-in İcraiyyə Komitəsində

07.12.09 - 14:27251 baxılıb

Dekabrın 3-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin (İK) növbəti iclası oldu. İclası AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açdı. O, gündəlikdə duran məsələlər barədə qısa məlumat verdi. İK-in konfederasiyanın II Məclisinin çağırılması barədə təşəbbüsü yekdilliklə qəbul olundu. Qərara alındı ki, Məclisin keçirilmə tarixi dekabrın 28-i, saat 11-00-a təyin edilsin.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün bağlanacaq Baş Kollektiv Sazişin layihəsi müzakirəyə çıxarıldı. Məlumat verildi ki, ölkədə baş verən son iqtisadi, sosial inkişafa uyğun olaraq Saziş layihəsində 6 fəsil yenidən işlənib. Digər fəsillərin bir çoxu isə işçilərin mənafeyi baxımından daha da təkmilləşdirilib.


Zorakılıq əleyhinə mübarizə

26.11.09 - 12:09239 baxılıb


< 1 2 3 4 5 ... 27 28 29 30 31 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.