Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Bu günlərdə Novxanıdakı “Aqva-Park” İstirahət Kompleksində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının növbəti V Məclisi keçirilmişdir. Məclisdə "Kənd-Qida İş" Həmkarlar İttifaqı Federasiyası ilə müvafiq icra hakimiyyəti orqanları və işəgötürənlər arasında sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, işçilərin əmək şəraiti və sosial təminatlarını tənzimləyən sahə (tarif) kollektiv sazişlərinin şərtlərinin yerinə yetirilməsi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunmuş və bir sıra cari məsələlərə baxılmışdır.
Bakı, 23 noyabr (AzərTAc). Noyabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ölkəmizdə səfərdə olan Avropa İqtisadi və Sosial Komitəsinin (AİSK) nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Avropa İqtisadi və Sosial Komitəsinin "Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasətinin tətbiq edilməsinə cəlb olunmasına dair" rəyi müzakirə olunmuşdur.
Nümayəndə heyətinin üzvü, AİSK-in rəyi üzrə məruzəçi, Polşanın "Solidarnost" Həmkarlar Təşkilatının beynəlxalq məsələlər katibi Andrzey Adamczyk qurumun Azərbaycan, Gürcüstan və Ermənistana dair hazırladığı rəydə həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs edən bölmə barədə məlumat vermişdir. Bildirmişdir ki, üç Cənubi Qafqaz ölkəsinin həmkarlar ittifaqları bir-birindən çox fərqlənir. Bu fərqli cəhətlər əsasən onların müxtəlif iqtisadi, ictimai və siyasi şəraitdə fəaliyyət göstərmələri faktından irəli gəlir.
"Ülfət" qəzetinin əməkdaşları "İşçilərin əmək və sosial hüquqları barədə biliklərinin artırılmasına dair" layihənin icrası ilə əlaqədar Sumqayıtda olmuşlar. Budəfəki görüşün mövzusu "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi, uçota alınması, əmək xəsarəti nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həyatını itirmiş işçinin ailə üzvlərinə, himayəsinə götürdüyü şəxslərə ödənclərin verilməsi, qaydaları, şərtləri və məbləği haqqında" olmuşdur. Görüşdə Sumqayıtda fəaliyyət göstərən sahə həmkarlar ittifaqından 30 nəfərdən çox nümayəndə iştirak edirdi. Tədbiri giriş sözü ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Şurasının sədri Elmira Quliyeva açdı. Elmira xanım əvvəlcə zala toplaşanları Konstitusiya Günü münasibətilə təbrik etdi. Dedi ki, dünyanın ən demokratik anayasalarından sayılan konstitusiyamızda ali insan haqları təsbit olunmuşdur. Bu haqlardan biri də insanların sağlamlığı və təhlükəsiz iş şəraitində fəaliyyət göstərməsidir.
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Mehbalıyev Türkiyə Dəmir Yolu İşçiləri Sendikasının başqanı Ergün Atalayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AHİK-də keçirilmiş görüşdə S.Mehbalıyev qonaqları salamlamış və bildirmişdir ki, hər iki qardaş ölkənin həmkarlar ittifaqı təşkilatları arasında sıx əlaqələr mövcuddur. Biz bu əlaqələrin daha da intensiv olmasını istəyirik. Bunu yaşadığımız dünyanın dinamikası tələb edir. Həyat hər gün dəyişir, inkişaf ortaya yeni-yeni problemlər çıxarır. Bu problemlərin həlli zamanı bir-birimizin təcrübəsinə böyük ehtiyac yaranır. Səttar müəllim sonra dedi: Elə məsələlər var ki, onlar demək olar təkcə Azərbaycan, Türkiyə deyil, bütün Şərq, Qərb ölkələrinin həmkarlar ittifaqlarını eyni dərəcədə narahat edir. AHİK sədri nümunə kimi həmkarlar ittifaqlarında gedən qocalma prosesini misal gətirdi. Dedi: Bu problemi biz aradan qaldırmaq üçün təşkilatımızın nəzdində fəaliyyət göstərən Əmək və Sosial Münasibətlər Akademiyasının imkanlarından istifadə etməyə çalışırıq. Ali məclislərimizdə, digər tədbirlərdə də sahə həmkarlar ittifaqlarının məsullarına tapşırılıb ki, Akademiyanın məzunları içərisindən ən yaxşılarını seçib kadr kimi yetişdirsinlər. Onları hələ tələbə ikən ictimai işlərə cəlb etsinlər.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.