Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Polşalı qonaqlarla görüş

09.11.09 - 11:20282 baxılıb

Polşanın məşhur "Solidarnost" həmkarlar ittifaqının prezidenti Yanus Şnedek və beynəlxalq əlaqələr üzrə katibi Ancey Matla ilə ATİAHİ RK-da görüş oldu. RK sədrinin birinci müavini Hümbət Nağıyev qonaqları salamlayaraq ATİAHİ-nin tarixi, bu günü, məqsəd və məramı, strukturu , üzvlərinin sayı və s. barədə ətraflı məlumat verdi.
Bildirdi ki, sahə həmkarlar təşkilatı bir sıra nüfuzlu beynəlxalq birliklərlə, o cümlədən "Beynəlxalq Təhsil Birliyi", "Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi", "Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi" ilə sıx əməkdaşlıq edir.


“Dostluq əlaqələrini inkişaf etdirmək arzusundayıq"

09.11.09 - 11:19208 baxılıb

Noyabrın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Polşa Həmkarlar İttifaqları Konfederasiyasının (PHİK) ("Solidarnost") prezidenti Yanus Şnedek və beynəlxalq əlaqələr üzrə katibi Anjey Matla ilə görüşmüşdür.

Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.
Polşalı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarları üzərinə güllər düzmüşlər.
Ziyarət başa çatdıqdan sonra S.Mehbalıyev qonaqları AHİK-də qəbul etmişdir.
Tanışlıq, təşkilatlar arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın vəziyyətinin öyrənilməsi məqsədi daşıyan görüşdə Azərbaycan ilə Polşa arasında münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuşdur.


Zəhmətinə güvənir

02.11.09 - 18:00233 baxılıb

Biz onu otaqlarımızda tez-tez görürük. Özü də müxtəlif amplualarda. Hətta bir çox hallarda müxbir kimi də qapımızı döyür. Utancaqlıqla yazılarını təqdim edir. Yazılarını oxuyub rəyimizi bildirənə qədər xeyli həyəcan keçirir. Yaxşı rəy eşidəndə uşaq kimi sevinir. Söhbətlərimizin birində dedi ki, mətbuata hələ məktəb illərindən marağım olub. Qəzetləri böyük həvəslə oxuyurdum.


Gənclər siyasəti

02.11.09 - 17:54184 baxılıb

Həmkarlar ittifaqının fəaliyyətinin prioritet istiqamətlərindəndir


Tövsiyələr verildi, təkliflər dinlənildi

02.11.09 - 17:35349 baxılıb

Oktyabrın 23-də Qubada TİAHİ Respublika Komitəsi ittifaqın seçkili orqanlarının rəhbərləri və fəalları üçün seminar keçirmişdir. Seminarda Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Qubadlı, Zəngilan, Şuşa, Abşeron rayon komitələrinin sədrləri və fəalları iştirak edirdilər.


Təcrübəmiz bəyənildi

02.11.09 - 17:34212 baxılıb

Bu günlərdə Moskvada İUF-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Koordinasiya Şurasının 6-cı iclası olmuşdur. «Kənd-Qida» Hİ Federasiyasının sədri Tofiq Quliyev və «Xidmət-İş» Hİ Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılovdan ibarət Azərbaycan nümayəndə heyətinin də qoşulduğu iclasda günümüzün çox aktual məsələləri müzakirəyə çıxarılmışdı.


Gənc nəslə böyük qayğı

02.11.09 - 17:00204 baxılıb

Oktyabrın 30-da AHİK-in kiçik iclas zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin sahə həmkarlar ittifaqı üzvlərinin 2009-2010 tədris ilində əla qiymətlərlə oxuyan, məktəbin ictimai həyatında fəal iştirak edən və nümunəvi davranış qaydalarına malik 11-ci sinif şagirdləri olan uşaqları üçün təsis etdiyi təqaüdün təqdimolunma mərasimi keçirilmişdir. Mərasimdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev də iştirak edirdi.


Layiqli vətəndaşlar yetişir

26.10.09 - 14:07189 baxılıb


NÖVBƏTİ SEMİNAR

26.10.09 - 14:06184 baxılıb


Bədbəxt hadisələrin sayı azalıb

26.10.09 - 14:05183 baxılıb


Əmək təhlükəsiz olmalıdır

26.10.09 - 14:04244 baxılıb

DİİXİ Hİ Respublika Komitəsinin təşkilatçılığı ilə oktyabrın 16-da Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının konfrans zalında "Əməyin mühafizəsi və əmək şəraitinin mövcud sanitar normalara uyğunlaşdırılması" mövzusunda seminar keçirildi.

Seminara Respublika Komitəsinin əhatə xidmətində olan müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələrinin əməyin mühafizəsi üzrə komissiyaların sədri və texniki təhlükəsizlik üzrə mühəndislər dəvət olunmuşdu.


İnteqrasiyanın sərt ÜZÜ

26.10.09 - 14:03234 baxılıb

Metalçılar hələ də onun əziyyətini çəkirlər

Oktyabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının kiçik iclas zalında Metal İşçiləri Həmkarlar İttifaqının III qurultayı keçirildi. Qurumun prezidenti Əli Hümbətov qurultayın çox mürəkkəb və ziddiyyətli sosial-iqtisadi dövrə təsadüf etdiyini bildirdi: "Qlobal maliyyə böhranı Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Türkiyə və başqa tərəfdaş dövlətlərin iqtisadiyyatında artıq özünü göstərməyə başlayıb. 2009-cu ilin yanvar ayında sənayedə real əməkhaqqı Rusiyada 3, Ukraynada 11 faiz, Ermənistanda, Belarusda, Qazaxıstanda, Qırğızıstanda və Moldovada isə daha çox aşağı enib.
Azərbaycanın metal sənayesi uzun illərdi ki, adıçəkilən ölkələrlə sıx əlaqəlidir. Belə ki, adıçəkilən ölkələr krizisin təsirindən Azərbaycandan aldıqları metal məhsullarının miqdarına məhdudiyyət qoymaq məcburiyyətində qalıblar. Bu da, təbii olaraq, Azərbaycanın metallurgiya sahəsinə öz mənfi təsirini artıq göstərməyə başlayıb. Ölkəmizin sənaye müəssisələrinin, xüsusilə də metal istehsalı və emalı, maşınqayırma sahələrinin durumu son dərəcə pisləşib. Obyektiv səbəblərdən işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi, bir sıra müəssisələrdə ştatların və işçilərin ixtisara salınması həmkarlar ittifaqı təşkilatı üçün də problemlər yaradıb".


Hesabat- seçkilərə hazırlıq

19.10.09 - 12:30225 baxılıb


Təhsildə fərqlənən kursantlar

19.10.09 - 12:25215 baxılıb


Əlamətdar günlərə sayğı

19.10.09 - 12:25216 baxılıb


Soyuq Almaniyadan isti xatirələrlə

19.10.09 - 12:24206 baxılıb

Oktyabrın 5-də Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının 60 illik yubileyi keçirilmişdir. Tədbirdə 50 ölkədən 200-dən artıq xarici qonaq gəlmişdi. Azərbaycan həmkarlar ittifaqlarını bu tədbirdə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Səttarova, AHİK sədrinin müşaviri E.Eyvazov və AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdir müavini F.Məmmədov təmsil edirdi.


Qayğının təzahürü

19.10.09 - 12:08314 baxılıb

Ötən həftə ATİAHİ RK Rəyasət Heyətinin Xaçmaz şəhərində növbəti səyyar iclası keçirilmişdir.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin sədrlik etdiyi iclasa rayon və universitet həmkarlar ittifaqları komitələrinin sədrləri də qatılmışdılar.


İclasda öncə "Lerik və Astara rayonlarının təhsil müəssisələrində təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası təlimatlarının vəziyyəti və bununla bağlı rayon həmkarlar ittifaqlarının gördükləri işlər barədə", həmçinin "Kollektiv sazişin və müqavilənin tələblərinə uyğun olaraq Qax və Zaqatala rayonlarının təhsil müəssisələrində ittifaq üzvlərinin sosial müdafiəsinin təşkili və iş rejimi, əmək normaları, o cümlədən dərs bölgüsünün, istirahət və məzuniyyət cədvəlinin qanunvericiliyə uyğun yerinə yetirilməsi sahəsində rayon həmkarlar ittifaqları komitələrinin fəaliyyəti barədə" məruzələr dinlənildi, cari məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.


Ən yaxşılar mükafatlandırıldı

12.10.09 - 11:06198 baxılıb


Təcrübə mübadiləsi

12.10.09 - 11:05273 baxılıb


Təqaüdlər təqdim edildi

12.10.09 - 10:57210 baxılıb

Oktyabrın 7-də AHİK-in kiçik iclas zalında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 2008-2009-cu tədris ilinin yay sessiyasının nəticələrinə görə təsis etdiyi «Adlı təqaüd»ün təsdiqolunma mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev demişdir: «Ümummilli lider Heydər Əliyevin ölkəmizin sosial inkişafının gücləndirilməsi ilə bağlı yürütdüyü siyasət son 5 ildə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi altında Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələrdən birinə çevrilmişdir.


< 1 2 3 4 5 ... 29 30 31 32 33 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.