Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Noyabrın 25-də Xətai Mədəniyyət Mərkəzində Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının VII Məclisi olmuşdur.
Məclisdə "İş yerlərində layiqli əməyin təminatı, bu sahədə həmkarlar ittfaqlarının fəaliyyəti və qarşıda duran vəzifələr" məsələsinə baxılmışdır. Hesabat məruzəsi ilə çıxış edən Federasiya sədri Tofiq Quliyev demişdir ki, dövlətimizin əsas qayğılarından biri vətəndaşlarımızın, o cümlədən kənd təsərrüfatı sahəsində çalışan işçilərin rahat, təhlükəsiz iş yerlərində işləməsinə nail olmaqdır. Fermer təsərrüfatlarının, emal, istehsalat sahələrinin müasir avadanlıqlarla təchiz edilməsi, köhnə müəssisələrin modernləşdirilməsi istiqamətində atılan addımlar bu siyasətin uğurla həyata keçirildiyindən xəbər verir.
Dekabrın 1-də Xətai adına Mədəniyyət Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə "Həmkarlar ittifaqları sağlam və təhlükəsiz əmək uğrunda" mövzusunda təlim-seminar keçirilmişdir.
Tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu sahədə Azərbaycanda görülən işlər, qəbul olunmuş sənədlər barədə danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda son illər əmək hüquqlarının qorunması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində mühüm addımlar atılmış, bununla bağlı Bakıda və bölgələrdə müxtəlif iclaslar keçirilmiş və müzakirələr aparılmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni istehsal prosesində sosial xarakterli bazar münasibətləri istiqamətləri seçilmişdir.
Noyabrın 23-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Fridirix Ebert Fondunun birgə təşkilatçılığı ilə "İş yerlərində ayrı-seçkiliyin qarşısının alınmasında həmkarlar ittifaqlarının rolu" mövzusunda konfrans keçirilmişdir.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu sahədə Azərbaycanda görülən işlər, qəbul olunan sənədlər və tətbiq olunan beynəlxalq təcrübə haqqında danışmışdır.Bildirilmişdir ki, gender bərabərliyi problemi beynəlxalq səviyyədə həmişə üstün fəaliyyət istiqamətlərindən biri olmuşdur. AHİK beynəlxalq təcrübəyə əsaslanaraq, bu sahədə üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. BƏT-in dəstəyi ilə AHİK tərəfindən respublikanın müxtəlif şəhərlərində "İş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizə" mövzusunda regional seminarlar keçirilmişdir. AHİK qadınların həm ailədə, həm də istehsalatda qanunlarımızın verdiyi imkanlardan lazımi dərəcədə faydalanması istiqamətində daim tədbirlər həyata keçirir. Bu tədbirlərin səmərəliliyini təmin etmək üçün Konfederasiyanın nəzdində Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəz yaradılmışdır. Mərkəzin təşəbbüsü ilə qısa vaxt ərzində bütün sahə, rayon, şəhər, müəssisə, idarə həmkarlar ittifaqı təşkilatları nəzdində də komissiyalar fəaliyyətə başlamışdır.
kollektiv sazişlərdə və müqavilələrdə öz əksini tapıb
Noyabrın 23-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin geniş tərkibdə V Plenumu keçirilmişdir. Plenumun gündəliyində əsas məsələ " Sahə həmkarlar ittifaqında kollektiv saziş və müqavilələrin bağlanması və onların icrası" olmuşdur. Bu məsələ ilə əlaqədar Respublika Komitəsinin Təşkilat Şöbəsinin müdiri Şöhrət Mustafayevin məruzəsi dinlənildi. Məruzədə qeyd edilirdi ki, Azərbaycanda elektrik enerjisinin istehsalında, ötürülməsində və istehlakçılara çatdırılmasında müsbət dəyişikliklər baş verməkdədir.
Ağdam rayonunda "Kənd-Qida-İş" Həmkarlar İttifaqı Federasiyasının təşkilatçılığı ilə "Əməyin təhlükəsizliyinin və sağlamlığın idarəedilməsi sistemi-fasiləsiz təkmilləşmənin yolları" layihəsi çərçivəsində zona müşavirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə Federasiyanın rayon komitəsinin sədri Rahibə Süleymanova açmışdır. Müşavirədə "Kənd-Qida-İş" HİF-in sədr müavini Təhmasib Əliyev məruzə ilə çıxış etmişdir. O, iş yerlərinin attestasiyası, işçilərin fərdi mühafizə vasitələri, xüsusi geyim və ayaqqabılarla pulsuz təminatı, onların əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkili və sair barədə danışmışdır.
gənc kadrların potensialından istifadə etməli, şəffaflıq və demokratiya prinsiplərinə riayət olunmalıdır
Noyabrın 16-da Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (TİAHİ RK) X Məclisi keçirilmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar.Sonra Məclis öz işinə başladı. Tədbirdə sahə Hİ Respublika Komitəsinin Məclis və Rəyasət Heyətinin üzvləri arasında qismən dəyişiklik edilməsi, hesabat-seçki kampaniyasının keçirilməsi, vəzifələrin təsnifatı, büdcə göstəricilərinin və ştat cədvəlinin təsdiqi və sair məsələlərə baxıldı və müvafiq qərarlar qəbul olundu. "Gənclərin Əlaqələndirmə Mərkəzi"nin Gənclər Şurası adlandırılması barədə qərar və yeni strukturun əsasnaməsi təsdiq edildi.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.