Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ən yüksək ad

12.10.09 - 10:56225 baxılıb


AHİK-in İcraiyyə Komitəsində

12.10.09 - 10:55206 baxılıb


Həmkarlar ittifaqı təşkilatlarının nəzərinə!

12.10.09 - 10:51227 baxılıb


Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqının rolu

12.10.09 - 10:51283 baxılıb

Demokratik, hüquqi dövlət olan Azərbaycan vətəndaş cəmiyyəti quruculuğunda özünün spesifik inkişaf yolunu seçmişdir. Vətəndaş cəmiyyəti özündə təkcə dövlət və siyasi strukturları deyil, həm də insanların könüllü birliklərini birləşdirir.
Oktyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilən "Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqının rolu" konfransı elə bu məsələlərə həsr olunmuşdu.
AHİK sədri, millət vəkili Səttar Mehbalıyev giriş sözü ilə qurumun fəaliyyətindən, dövlət və hökumət orqanları ilə münasibətlərindən, işəgötürənlər birlikləri ilə konstruktiv əməkdaşlıqdan, işsizlik probleminin həlli yolunda atılan addımlardan, ölkəmizdə son dövrlərdə həyata keçirilən islahatlardan söhbət açaraq demişdir ki, bir çox dövlət müəssisələrinin özəlləşmə nəticəsində ləğv olunması həmkarların say tərkibinin azalmasına səbəb oldu.
Böyük çətinliklər yarandı. Lakin biz bu çətinliklərin öhdəsindən layiqincə gəldik. İndi Azərbaycan həmkarlar ittifaqı möhtəşəm ictimai birliyə çevrilmişdir. 26 sahə komitəsində 1600000 insan birləşir.


Kütləvi məzarlığı ziyarət etdilər

28.09.09 - 11:28233 baxılıb


İstehsalatın yüksəlişi işçiyə qayğıdan başlanır

28.09.09 - 11:25232 baxılıb


Öhdəliklərin yerinə yetirilməsi ciddi nəzarətdə saxlanılır

28.09.09 - 11:25204 baxılıb

Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında kollektiv müqavilə işəgötürən, həmkarlar ittifaqı komitəsi arasında münasibətləri tənzimləyən əsas sənəd kimi çox yüksək dəyərləndirilir. İki illiyə bağlanmış bu sənəddə qeyd olunmuş öhdəliklərin yerinə yetirilməsi ciddi nəzarətdə saxlanılır. İldə bir dəfə və müddət başa çatdıqda tərəflər əmək kollektivi qarşısında hesabat verirlər. 2006-2008-ci illər üçün bağlanmış müqaviləyə bu ilin iyun ayında yekun vurulmuşdu. Yekun iclasında limanın baş direktoru Elçin Mirzəyevin və HİK sədri Şahəddin Orucovun geniş məruzələri dinlənilmişdi. Müqavilənin yerinə yetirilməsi sahəsində görülən işlər qənaətbəxş sayılmışdı.


Yeni buklet nəşr edilmişdir

28.09.09 - 11:24199 baxılıb


Əməyin mühafizəsi və ətraf mühitin qorunması sabit inkişaf deməkdir

28.09.09 - 11:23194 baxılıb

Son illər dünyada baş verən proseslər - dünyanı bürüyən maliyyə böhranı, ətraf mühitin həddindən artıq çirklənməsi nəticəsində iqlimin dəyişməsi, bir çox ölkələrin təbii fəlakətlərlə üz-üzə qalması insanları daha ciddi düşünməyə, ağır problemlərdən qurtulmaq üçün müxtəlif yollar aramağa məcbur edir.
Sentyabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) öz işinə başlayan «Şərqi Avropa və Mərkəzi Asiyada əməyin mühafizəsi və ətraf mühit» beynəlxalq seminarı bu mühüm məsələləri həll etmək yollarını müəyyən etməyə çalışdı.

Onu da qeyd edək ki, əməyin mühafizəsi və ətraf mühitin qorunması məsələlərinə həsr olunmuş beynəlxalq konfrans həmkarlar ittifaqı təşkilatlarının ilk tədbiridir. BHİK konfransı başqa ölkədə keçirməyi planlaşdırmışdı. Lakin AHİK sədri, millət vəkili cənab Səttar Mehbalıyevin təşəbbüsü ilə konfransın Azərbaycanda keçirilməsi qərara alındı. Elə açılış mərasimində də AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq «Əməyin mühafizəsi və təhlükəsizliyi-sabit inkişaf faktoru kimi» məruzəsi ilə çıxış edərək qeyd etdi ki, bu gün biz çox da asan olmayan, dünya iqtisadi böhranından insanların əziyyət çəkdiyi dövrü yaşayırıq.


AZƏRBAYCAN VƏ POLŞA HƏMKARLAR İTTİFAQLARI ARASINDA ƏLAQƏLƏR DİNAMİK İNKİŞAF EDİR

23.09.09 - 12:38287 baxılıb

Sentyabrın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Polşa Respublikasının keçmiş birinci xanımı, "Communication Without Barries" Fondunun təsisçisi və prezidenti İolanta Kvasnevska ilə görüşmüşdür.

AHİK-in sədri qonağa Azərbaycanda həmkarlar ittifaqları hərəkatının yaranma tarixi, keçdiyi yol və bugünkü fəaliyyəti barədə ətraflı məlumat vermişdir.


AHİK-də görüş

23.09.09 - 12:36241 baxılıb

Sentyabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə səfərdə olan Belçika Senatının fəxri prezidenti xanım Ann-Mari Lizen ilə görüşmüşdür.

Azərbaycan həmkarlar ittifaqlarının tarixindən söz açan S.Mehbalıyev bildirmişdir ki, ilk kollektiv müqavilə - "Mazut Konstitusiyası" neft sahibkarları ilə işçilər arasında XIX əsrin əvvəllərində məhz Bakıda imzalanmışdır. Bu ənənəni davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv Saziş imzalayır.


Hələ bunlar nədir ki...

14.09.09 - 10:17413 baxılıb


Milli rabitəmizin cəfakeşi

14.09.09 - 10:10233 baxılıb


Ağır, zərərli və təhlükəli əmək şəraiti dövlət proqramında

14.09.09 - 10:09302 baxılıb


Federasiyada görüş

14.09.09 - 10:09226 baxılıb


Problemlər eynidir

14.09.09 - 10:08184 baxılıb


Qarşılıqlı əlaqəyə maraq böyükdür

14.09.09 - 10:08199 baxılıb


Gündəmdə gənclərin məşğulluğu oldu

14.09.09 - 10:07230 baxılıb

AHİK sədrinin birinci müavini qurultay nümayəndələrini qəbul etdi

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev qurultaya gəlmiş nümayəndə heyətinin bir qrupunu qəbul etdi. Görüş çərçivəsində sədr müavini ilk olaraq qonaqlara Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, onun respublika komitələri, istirahət bazaları və s. barədə məlumat verdi.


Azərbaycanın uğurları maraq doğurub

14.09.09 - 10:06216 baxılıb


Assosiasiyanın XXII qurultayı başa çatdı

14.09.09 - 10:06197 baxılıb


< 1 2 3 4 5 ... 30 31 32 33 34 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.