Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Diqqət olan yerdə yaxşı da nəticə var

07.09.09 - 10:45275 baxılıb


Böyük qayğının kiçik təzahürü

07.09.09 - 10:42575 baxılıb

Ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu uzun illər ərzində Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirmişdir. Orta, ali məktəblərin sayının artırılması, yüksək səviyyədə təchizatı, şagirdlərin, tələbələrin mükəmməl savada malik olması üçün dövlətin imkanlarını səfərbər etmişdir. Məhz onun təşəbbüsü və tapşırığı ilə minlərlə gənc respublikamızın iqtisadiyyatına, mədəniyyətinə, elminə fayda gətirə biləcək ixtisaslara yiyələnməkdən ötrü xarici ölkələrin ən tanınmış ali məktəblərində təhsil almağa göndərilmişdir. H. Əliyev bu müqəddəs işlərin həyata keçirilməsində həmkarlar ittifaqının da köməyindən bəhrələnməyi vacib bilirdi.


Beynəlxalq təcrübənin milli qanun vericilikdə tətbiqi öyrəniləcək

31.08.09 - 11:51246 baxılıb


Yaxşı istirahət uğurlu dərs ili üçün əla stimul olacaq

31.08.09 - 11:50195 baxılıb


“Gender bərabərliyinə kompleks yanaşma"

31.08.09 - 11:49251 baxılıb


Təhsil işçiləri üçün müasir tipli istirahət mərkəzi tikilir

31.08.09 - 11:47211 baxılıb

Burada hər şey Avropa standartları səviyyəsində olacaq

Dənizkənarı şose yoldan haqqında söhbət açacağımız tikilməkdə olan turist bazasına qədər təxminən kilometryarım məsafə var. Bu məsafəni inanmırıq ki, gələcək turistlər bilə-bilə ləngimədən keçib getsinlər. Çox füsunkar mənzərədir. İnsan yolboyu ruhən dincəlir. Ucalığı papağı başdan salan palıd ağacları, ətir qoxuyan çiçəklər hələ maşınların, ot-əncərini tam əzə bilmədiyi torpaq yol... bütün bunlar insanın qəlbini riqqətə gətirir. Bizə elə gəldi ki, heç bir turist bu ləzzətdən tezliklə məhrum olmağı özünə rəva görməyəcək.


Qurultaya hazırlıq müzakirə edildi

24.08.09 - 11:07211 baxılıb


Yollayış hamıya çatmırdı

24.08.09 - 11:07217 baxılıb


Çətindir, lakin mümkünsüz deyil

24.08.09 - 11:06218 baxılıb

Müəssisə rəhbəri də həmkarlar ittifaqına ümid bəsləyir

Etiraf edək ki, "Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyası öz sıralarını heç də asan olmayan sahənin işçilərinin hesabına genişləndirir. Təsəvvür edin ki, "Mc.Donalds" şirkətinin dünyanın demək olar ki, bütün ölkələrində filialları var. Lakin Bakıdakı müəssisələri şəbəkəsi istisna olmaqla. heç bir filialında həmkarlar ittifaqı təşkilatı yoxdur.


Sağlamlıq diqqət mərkəzində olmalıdır

24.08.09 - 11:04225 baxılıb


Yay mövsümü: Biz necə dincəlirik?

17.08.09 - 10:40488 baxılıb

Yay istirahət, maraqlı, yaddaqalan səfərlər, gəzintilər mövsümüdür. İnsanların böyük əksəriyyəti mövsümün bu töhfəsindən yararlanmaq üçün həmkarlar ittifaqına üz tutur.
Həmkarlar ittifaqı öz sıralarında birləşdirdiyi işçilərin istirahətini necə təşkil edir, onlara hansı köməkliyi göstərir? Oxucularımıza təqdim etdiyimiz yazılarda da elə bu suallara cavab tapmağa çalışmışıq.


Nöqsanlar həll olunur

17.08.09 - 10:22220 baxılıb


Uzaq Braziliyada yaxın dostların dialoqu

17.08.09 - 10:19249 baxılıb

Avqustun 4-dən 7-dək San-Paulo şəhərində Braziliya Həmkarlar İttifaqları Konfederasiyasının 10-cu qurultayı keçirildi. Qurultaya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti də dəvət olunmuşdu.

Braziliya Federativ Respublikası

Cənubi Amerikanın ən böyük ölkəsidir. Braziliya coğrafi ərazisinə görə dünyada 5-ci, əhalisinin sayına görə isə 4-cü yeri tutur. Atlantik okeanı ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7367 kilometrdir. Şimalda Venesuella, Surinam və Fransız Qvineyası ilə sərhədi olan Braziliya cənubda Uruqvay, cənub-qərbdə Boliviya və Peru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Ölkənin paytaxtı Braziliya şəhəridir, pul vahidi realdır. Braziliya 22 dövlətdən meydana gələn federativ bir respublikadır. Parlament Senat və Millət Məclisindən ibarətdir. Hər əyalətdən 3 senator 8 illiyə, millət vəkilləri isə 4 illiyə seçilir. Əyalətlərdə ayrıca xalq tərəfindən seçilən bir qubernator və müstəqil məhkəmə orqanları olur. 18 yaşı tamam olmuş hər bir braziliyalının səsvermədə iştirakı məcburidir. 67 yaşından böyük olanlar üçün səs vermək məcburi xarakter daşımır. Vergilər əyalətlər tərəfindən toplanır.


Görməli yerlərə gəzintilər

03.08.09 - 11:10246 baxılıb

Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsi fakültələrin əməkdaşlarına, professor-müəllim heyətinə, texniki işçilərə qayğı göstərməyi diqqət mərkəzində saxlayır.


Bu yay yaddaqalan olacaq

03.08.09 - 11:09216 baxılıb

Artıq yay istirahətinin qızğın çağıdır. Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tibb işçilərinin yay məzuniyyətlərini xoş keçirmələri üçün geniş tədbirlər planı hazırlayıb həyata keçirir.


Bütün dövrlərin təşkilatı

03.08.09 - 11:08215 baxılıb

Cəmiyyətin işçi təbəqəsinin fəaliyyətində baş verən radikal ziddiyyətlərin qarşısını almaq, təsərrüfatın müxtəlif sahələrində çalışan işçilərin əmək, sosial-iqtisadi hüquqlarını və mənəvi dəyərlərini müdafiə etmək məsələlərində həmkarlar ittifaqı təşkilatları aparıcı qüvvəyə malikdir.


İstehsalat adamına qayğı uğurlara aparır

03.08.09 - 11:07252 baxılıb

-Hazırda dünyanı maliyyə böhranı bürüyüb. Bizdə isə tənəzzül yox, iqtisadi artım müşahidə olunmaqdadır. Təkcə 2009-cu ilin altı ayı ərzində nəzərdə tutulduğundan 375 milyon kilovatsaat çox, yəni 4,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. İndi nurpaylayanların işinin qızğın çağıdır. Onlar bir qayda olaraq aylıq tapşırıqlara artıqlaması ilə əməl edir, yay təmir kampaniyasını uğurla həyata keçirirlər. Layiqli əməyə layiqincə qayğı göstərməyə çalışırıq.


Tədris ili başa çatdı

20.07.09 - 10:07191 baxılıb

Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqı liderləri və fəalları üçün təşkil olunmuş tədris kursu başa çatmışdır.


AHİK sədri, millət vəkili Səttar Mehbalıyev Mərdəkandakı sağlamlıq ocaqlarının vəziyyəti ilə tanış olmuşdur

20.07.09 - 10:06564 baxılıb

İyulun 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev "Kurort" Səhmdar Cəmiyyətinin Mərdəkanda yerləşən "Günəşli" və "Abşeron" sanatoriyalarında xəstələrə göstərilən tibbi-müalicə xidmətinin təşkili və səviyyəsi, eyni zamanda abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdur.

AHİK-ə üzv təşkilatların rəhbərlərinin də iştirak etdiyi tanışlıq tədbirində "Kurort" Səhmdar Cəmiyyətinin prezidenti Əbil Ağasıyev sanatoriyalardakı vəziyyət haqqında qonaqlara məlumat verərək bildirmişdir ki, müalicə almağa gələn insanlara göstərilən tibbi-müalicə xidmətinin yaxşılaşdırılması sahəsində bir çox işlər görülmüşdür.


Qırx il əvvəl ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin tarixində yeni səhifə açılmışdır

20.07.09 - 10:04448 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə həsr olunmuş toplantı keçirilmişdir.

Tədbiri AHİK sədrı, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq, 40 il bundan əvvəl Azərbaycan tarixində əlamətdar bir hadisənin baş verdiyini vurğulamışdır. Həmin vaxt Azərbaycandakı vəziyyəti səciyyələndirən faktları və rəqəmləri xatırladan sədr bildirmişdir ki, respublikamız keçmiş Sovetlər İttifaqında ən geridə qalanlardan hesab olunurdu.
1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın və xalqımızın tarixində yeni səhifə açıldı. Azərbaycanın adını şərəfləndirməyi, onu inkişaf etmiş sənaye respublikasına çevirməyi, xalqımızın siyasi, elmi, mədəni və mənəvi potensialını üzə çıxarmağı fəaliyyətinin başlıca prinsipi elan edən liderimizin nəhəng təşkilatçılıq qabiliyyəti və istedadı sayəsində qısa müddətdə bütün sahələrdə misilsiz tərəqqi başlandı.


< 1 2 3 4 5 ... 31 32 33 34 35 ... 48 49 50 51 52 >

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.