Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Gənclər Günü qeyd olundu

06.02.10 - 20:44309 baxılıb

Müslüm Maqamayev adına Azərbaycan Dövlət Filormoniyasında 2 Fevral Gənclər Günü münasibətilə musiqi və incəsənət məktəblərinin fərqlənən gənc müəlliminin konsert proqramı olmuşdur.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) birgə keçirdikləri tədbir böyük tamaşaçı auditoriyası toplamışdı. Tədbirdə RK sədri Cəmilə Səttarova və BŞMTİ-nin rəisi Əlikram Əliyev giriş sözü söylədilər. Dedilər ki, dövlətimiz müstəqillik əldə edəndən sonra gənclərimizin intellektual, mənəvi inkişafına böyük qayğı göstərir.


Yeni il şənliklərinin təşkili mütəxəssislərə tapşırılmalıdır

06.02.10 - 20:43470 baxılıb


Tədbir sərgidən başladı

06.02.10 - 20:42508 baxılıb

"Həyati əhəmiyyətli qərarlar" layihəsi çərçivəsində seminarlar silsiləsi davam etməkdədir. Rabitəçilər üçün nəzərdə tutulmuş növbəti seminar ənənədən kənar formada başladı.

"Aztelekom" İB-dən, "Azərpoçt" MMC-dən, "Bakı Telefon və Rabitəçi" YYB-dən, "Azərmətbuatyayım", "Teleradio" İB-lərdən, "Azərfon" MMC-dən və "Azyevrotel" BM-dən dəvət edilmiş 24 xanım iştirakçı əvvəlcə gənc rəssamların sərgisində oldular. Sərgiyə tamaşa etdikdən sonra tədbir başlandı. Seminarda iştirakçılara layihənin məqsədi, ilkin nəticələri və respublikamızda gender bərabərliyinə dair mövcud qanunlar, digər hüquqi sənədlər barədə geniş məlumat verildi. Görüşün əsas hissəsi sual-cavaba həsr edildi. Məlum oldu ki, gənc xanımları ən çox narahat edən əmək, hamiləliyə, doğuşa görə məzuniyyətlərdir. Çünki mütəxəssislərə verilən sualların əksəriyyəti bu mövzularda olurdu.


Kompyuterləşmə məqsəd seçilib

01.02.10 - 12:06184 baxılıb

İşçilərdə internet vərdişlərinin aşılanması, bu sahədə biliklərinin artırılması vəzifəsinin öhdəsindən ayrı-ayrılıqda gələ bilməyəcəyik

AHİK-in II Məclisinə hesabat məruzəsində qeyd olunmuşdur ki, müasir dünyamızın inkişafında informasiya texnologiyaları çox mühüm rol oynamaqdadır. "2010-cu ili həmkarlar ittifaqlarında tamamilə kompyuterləşmə, ümumi informasiya şəbəkəsi qurulması ili elan etməliyik. Elə etməliyik ki, Konfederasiyada, sahə respublika komitələrində baş verən hər hadisə, hər keçirilən tədbir, qəbul edilən sənəd dərhal ən ucqarlara çatdırıla bilsin. Bunun üçün ilk növbədə kadrlarla işi və informasiya təminatını gücləndirmək lazımdır".


Yaddaşlara həkk olunmuş qəhrəmanlıq

25.01.10 - 12:50235 baxılıb


Milli qürur günümüz anıldı

25.01.10 - 12:50201 baxılıb


Yeni nəşr “Təhsil işçisi”

25.01.10 - 12:49228 baxılıb


Layihə üzrə işlər davam edir

25.01.10 - 12:48490 baxılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqlarının "Həyati əhəmiyyətli qərarlar" (DFL) mövzusunda qlobal layihədə iştirakını davam etdirir. Layihənin əsas məqsədi gənc qadınlarda özünəinamı artırmaq, iş və ailə problemlərinə kömək göstərmək və onları həmkarlar ittifaqı üzvlüyünə cəlb etməkdir.

Layihə çərçivəsində növbəti qrup görüşü özəl səhiyyə sahəsində işləyən qadınlar ilə keçirildi. Görüşdə "N.Tusi", "Biomed", "Ömür", "İmplant-Dent", "Türk-Amerika", "Neyrospekt" klinikalarında işləyən 25 xanım iştirak edirdi.


İl uğurla başa çatdırılıb

16.01.10 - 16:27201 baxılıb


Ehtiramla yad edilir

16.01.10 - 16:18189 baxılıb

20 il bundan qabaq yanvarın 19-dan 20-nə keçən gecə rus-sovet İmperiyasının qoşunları Bakının müxtəlif yerlərindən müstəqillik uğrunda mübarizə aparan əliyalın insanların üzərinə hücuma keçdi. Azadlıq hissləri ilə alovlanan xalqımızın say-seçmə oğulları atəş aça-aça gələn əsgərlərin və tankların qarşısında geri çəkilmədilər. Düşmən güllələri heç kimə rəhm etmədi. Qocalar, cavanlar, uşaqlar öz vətəndaşlarına divan tutan bir cəmiyyətin qurbanlarına çevrildilər. Yüzlərlə dinc əhali şəhidlik zirvəsinə yüksəldi. Çoxlu sayda insan əlil oldu və bir neçə ildən sonra onların bir hissəsi də şəhid adını aldı. İki onillik keçməsinə baxmayaraq xalqımız həmin müdhiş gecənin qurbanlarını ehtiramla yad edirlər. Xalqımız və dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, onların azadlıq arzusu müstəqil Azərbaycan dövlətinin timsalında gerçəkləşmişdir.


AHİK-də şəhid ailələri ilə görüş

16.01.10 - 16:15202 baxılıb

Yanvarın 14-də AHİK-in böyük iclas zalında 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. Görüşün əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Onların ruhuna dua oxunmuşdur.

Sonra AHİK sədri, millət vəkili Səttar Mehbalıyev görüş iştirakçılarını salamladı, adları xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidlərinin əbədi yaşayacaqlarını söylədi. "Onlar təkcə öz hünərləri ilə bir ailənin deyil, bütün xalqın övladına çevrildilər, - dedi. Hər bir Azərbaycan vətəndaşı onlarla fəxr edir. Onların qəhrəmanlığının dünya tarixində analoqu yoxdur. Tarixdə elə bir nümunə tapılmaz ki, əliyalın insanlar vətənlərinin azadlığı, müstəqilliyi uğrunda imperiyanın qüdrətli ordusuna qarşı çıxa. S.Mehbalıyev 20 Yanvar şəhidlərini "azadlığımızın memarları" adlandırdı. Dedi ki, şəhidlərimiz bütün dünya azərbaycanlılarının qürur yeri olsa da, anaları, ataları üçün oğul, qız itkisidir.


Təşkilati və maliyyə baxımından güclü olmalıyıq

11.01.10 - 12:02494 baxılıb

Dekabrın 29-da AHİK-in kiçik iclas zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Kollektiv müqavilələrin bağlanması və yerinə yetirilməsi ilə bağlı həmkarlar ittifaqı komitələrinin rolu və vəzifələri" mövzusunda seminar keçirdi. Seminarı giriş sözü ilə RK sədri Hikmət Osmanov açdı. Mövzu barədə RK sədrinin birinci müavini Aida Əliyeva geniş çıxış etdi.

Sonra diskussiyalarla davam etdirilən tədbirdə müzakirəyə çıxarılan mövzu ilə əlaqədar bir sıra iradlar söyləndi, təkliflər irəli sürüldü. Həmin gün Respublika Komitəsinin V plenumu keçirildi. Plenumda çıxış edən RK sədri Hikmət Osmanov bildirdi ki, gələn il təşkilatımızın qurultayı olmalı idi.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisinin “Respublikada həmkarlar ittifaqı hərəkatının inkişaf meyilləri, problemlər və vəzifələr haqqında” QƏRARI

11.01.10 - 12:01180 baxılıb


AHİK-in II Məclisində məruzə ətrafında olmuş çıxışlar

11.01.10 - 11:58177 baxılıb


AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin məruzəsi

11.01.10 - 11:56238 baxılıb

- Hörmətli Məclis iştirakçıları!
Biz bu tədbirimizə dünyanı sarsıdan dərin maliyyə böhranı şəraitində yığışmışıq. Sevindirici haldır ki, Azərbaycan qlobal maliyyə böhranından maksimum az itki ilə çıxan ölkələr sırasındadır. Bunun başlıca səbəbi ölkə rəhbərliyi, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən antiböhran tədbirləri və ötən illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığının qorunub saxlanmasıdır. Qlobal böhrana qarşı vaxtında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bugünkü davamlı inkişafımızı şərtləndirir.
Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasət strategiyası, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, sahibkarlığın inkişafına, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasına yönəldilməsi kompleks inkişafa gətirib çıxarmışdır.
İqtisadiyyatımızın çoxşaxəli inkişafı respublikamızı bölgənin əsas güc mərkəzinə çevirmiş, iqtisadiyyatda aparılan genişmiqyaslı islahatlar sayəsində bütün sahələrdə mühüm nəticələr əldə olunmuşdur. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Son illər ərzində aparılan köklü islahatlar, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində atılan praktiki addımlar bugünkü iqtisadi artımı şərtləndirib. Böhranlı ildə iqtisadiyyatın 6,1 faiz səviyyəsində artması çox gözəl göstəricidir. Deyə bilərəm ki, bölgədə yerləşən ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 15 faiz, 18 faiz səviyyəsindədir. Azərbaycanda isə biz bütün imkanları səfərbər edib iqtisadiyyatımızı inkişaf etdiririk".


“Respublikada həmkarlar ittifaqı hərəkatının inkişaf meyilləri, problemlər və vəzifələr"

11.01.10 - 11:54207 baxılıb


Əmək qanunvericiliyinin təbliği işi gücləndirilir

28.12.09 - 14:09202 baxılıb


Heydər Əliyev ideologiyası öyrənilir

28.12.09 - 14:09241 baxılıb


Fəaliyyət strategiyası müzakirə olundu

28.12.09 - 14:08199 baxılıb


İl uğurla başa çatdırılır

28.12.09 - 14:08198 baxılıb


< 1 2 3 4 5 ... 34 35 36 37 38 ... 56 57 58 59 60 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.