Rəsmi
Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(mayın 13-də)
…Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmiş, ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini və bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini qeyd etmişdir.

(mayın 14-də)
…Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmiş, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu və yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini diqqətə çatdırmışdır.
…ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişdir.

(mayın 15-də)
…MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə gəlmişdir.
…Moskvada MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeryi-rəsmi iclasında iştirak etmişdir.
…və Moldova Respublikasının Prezidenti Nikolaye Timovtin Moskvada görüşmüş, Azərbaycan ilə Moldova arasında enerji, sərmayələrin yatırılması və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etmişlər.
…və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Moskvada görüşmüş, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə inkişafından, eləcə də hökumətlərarası komissiyanın fəaliyyətindən məmnunluq ifadə etmişlər.

(mayın 16-da)
…Rusiya Federasiyasına səfərini başa vuraraq həmin gün Bakıya qayıtmışdır.
…Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı mərasimində iştirak etmişdir.
…Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Mirvarid Dilbazinin 100 illik yubileyinin layiqincə keçirilməsi haqqında Sərəncam imzalamışdır.

(mayın 17-də)
…Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul etmiş, xalqlarımız və iki ölkənin dövlət rəhbərləri arasında yaxşı münasibətlərin mövcud olmasının əlaqələrimizin inkişafındakı önəmini vurğulamışdır.

Köhnə problemi yeni sədr həll etdi

15.08.08 - 17:54339 baxılıb

Hələ 20 il əvvəl Sumqayıt və Gəncə alüminiumçularına kollektiv bağçılıq və bostançılıq məqsədi ilə torpaq sahəsi ayrılmışdı. Ötən müddət ərzində ölkədə gedən iqtisadi-siyasi proseslər, hüquqi islahatlar həmin torpaq sahələrinin sahibləri tərəfindən rəsmiləşdirilməsinə və istifadəsinə imkan vermirdi.


Ehtiyacın ödənilməsi heç də asan iş deyil

15.08.08 - 17:54370 baxılıb

Bələdiyyə işçilərinin birbaşa funksiyası əhalinin qayğıları ilə yaşamaqdır. Təbii ki, bu insanların özlərinin də qayğıya ehtiyacı var. Həmin ehtiyacın ödənilməsini isə sahə həmkarlar ittifaqı öz üzərinə götürmüşdür. Etiraf edək ki, bu heç də asan iş deyil. Təsəvvür edin ki, sahə Hİ Respublika Komitəsi 62 şəhər və rayonda yaradılmış 2254 ilk təşkilatın missiyasını necə yerinə yetirməsinə nəzarəti diqqət mərkəzində saxlamalıdır. Özü də ona nail olmalıdır ki, 20524 üzvdən heç biri qayğıdan kənarda qalmasın.
Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Şəmsəddin Məhərrəmov deyir ki, nə qədər çətin olsa da, biz bu məsuliyyətin öhdəsindən gəlməyə çalışırıq. Başqa sözlə, bunu özümüzün başlıca vəzifəsi bilirik.


Ölkəmizdən Azərbaycan sevgisi ilə ayrıldılar

15.08.08 - 17:53413 baxılıb

Ötən sayımızda xəbər verdiyimiz kimi, avqust ayının 5-dən 12-dək Türkiyə Metal Sendikasının xətti ilə 20 uşaq və 2 müşahidəçidən ibarət qrup Azərbaycanda olmuşdur. Uşaqları vətənə qayıtdıqları gün AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qəbul etmişdir.


Öz yerində olan adam

08.08.08 - 14:59370 baxılıb

Gəmilər nəyə qadir olduğunu sularda göstərir. İnsanlar isə Allahın onlara bəxş etdiyi peşə sahəsində. Abdulla müəllim özünü xoşbəxt sayır ki, məhz ictimai təşkilatda çalışır. "Bax, həmkarlar ittifaqı əsl yerimdir", -deyir. -Özümü çox rahat hiss edirəm".


Qiymətləndir ki, qiymətləndiriləsən

08.08.08 - 14:58364 baxılıb

"Bu məlum həqiqətdir ki, mükafat təkcə hansısa zəhmətə görə maddi ödəniş deyil. O həm də insanlarda müsbət emosiya doğurur, onları çalışdıqları sahədə daha fəal olmağa ruhlandırır", -deyə Qaz Təchizatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Adil Hümbətov bildirdi.-Bunu nəzərə alaraq biz təşkilatımızın üzvlərinə həssaslıqla yanaşırıq. Heç kimin layiq olduğu mükafatdan kənar qalmamasına çalışırıq”.


İşçi personalı cavanlaşdırılmalıdır

04.08.08 - 15:06365 baxılıb

Bakıxanov qəsəbəsindəki Mədəngeofizika İdarəsinin akt zalında Geofizika və Geologiya İdarəsinin rəhbərliyi ilə Həmkarlar İttifaqı Komitəsinin birgə səyyar iclası keçirilmişdir.


Bayram günü “Ülfət"lə ülfət quruldu

04.08.08 - 15:05444 baxılıb

İyulun 22-də Milli Mətbuat Günü münasibətilə Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində "Ülfət" qəzetinin əməkdaşları ilə görüş keçirilmişdir.


SAHƏ Hİ RESPUBLİKA KOMİTƏLƏRİNDƏ

04.08.08 - 15:04387 baxılıb

Sahibkarlıq və Elm, Elmi-İstehsalat
Müəssisələri İşçilərinin Müstəqil HİRK

Xətai rayon komitəsində "Heydər Əliyev və Azərbayjan" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda üzv təşkilatların nümayəndələri iştirak etmişlər.


Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu

18.07.08 - 18:39507 baxılıb

Bu gün Azərbayjan böyük iqtisadi inkişaf yolundadır. Bunun əsas səbəbi inkişafın istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və tərəqqiyə mane olan əngəllərin ardıjıl olaraq aradan qaldırılmasıdır. Əlbəttə ki, bütün istiqamətlərdə problemlərin müəyyən edilib düzgün həlli yollarının tapılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.


AHİK İcraiyyə Komitəsi həmkarlar ittifaqlarının səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı tədbirlər planını təsdiqləmişdir

18.07.08 - 18:38466 baxılıb

İyulun 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir.

Yığıncaqda "Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2008-2009-cu illər üçün Baş Kollektiv Sazişin icrasına aid tədbirlər haqqında" məsələ müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir. Kollektiv müqavilələr və sazişlər bağlanarkən işçilərin hüquq və mənafelərinin müdafiəsində həmkarlar ittifaqı təşkilatlarının rolunun artırılması məqsədi ilə həmkarlar ittifaqlarının səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər planı təsdiqlənmiş və planın sosial tərəfdaşlara göndərilməsi qərara alınmışdır.


“Ülfət" qəzetinin əməkdaşlarına!

18.07.08 - 18:371743 baxılıb

Hörmətli dostlar!
Sizi 22 İyul - Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, ailə səadəti, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.


Beynəlxalq təşkilata üzv oldular

11.07.08 - 19:03554 baxılıb

Bu günlərdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Müstəqil Həmkarlar İttifaqı Jurnalistlərin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir. Beynəlxalq aləmdə böyük nüfuza malik olan bu təşkilatın əsası 1952-ci ildə qoyulub. 100 ölkədən 134 elektron informasiya vasitəsini sıralarında birləşdirir. Həmin vasitələrdə isə 500 min nəfərə yaxın jurnalist çalışır.


Azərbaycan həmkarlar ittifaqlarının əmək mühafizəsi sahəsində XX əsrin 20-30-cu illərindəki fəaliyyəti təcrübəsindən

11.07.08 - 19:02687 baxılıb

Müstəqil Azərbaycan Respublikasında xüsusilə sənaye və tikinti sektorunda çalışan işçilərin əməyinin mühafizəsi həmkarlar ittifaqlarının ən ümdə və başlıca qayğılarından biridir. Bu cəhətdən XX əsrin 20-30-cu illərində həmkarlar ittifaqlarının əmək mühafizəsi sahəsində təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Sovet hakimiyyətinin ilk illərində həmkarlar ittifaqlarının əmək mühafizəsi tədbirlərini həyata keçirmək üçün kifayət qədər maddi vəsaiti yox idi.


Əməyin mühafizəsinə nəzarət gücləndirilir

11.07.08 - 18:57419 baxılıb

"Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti və qurumun Birləşmiş Həmkarlar İttifaqı Komitəsi (BHİK) arasında 2008-2010-cu illər üçün bağlanmış yeni sahə (tarif) kollektiv sazişi sosialyönümlülüyünə görə müəssisə əməkçilərini razı salmışdır.


Seminar-müşavirə keçirilmişdir

11.07.08 - 18:56391 baxılıb

"Kənd-Qida İş" Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsində ilk Hİ təşkilatlarının sədrləri və fəalları ilə birgünlük seminar-müşavirə keçirilmişdir.


“Yenidən görüşəcəyik"

11.07.08 - 18:54517 baxılıb

Artıq iki aya yaxındır ki, Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə "Azərenerjitikinti" MMC-nin kollektivi şənbə və bazar günlərini Qəbələ rayonunun dağ ətəklərində, sıx meşələr qoynunda keçirir.


Moskvada Beynəlxalq Gənclər Forumu

11.07.08 - 18:53379 baxılıb

Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Şurasının XXXIII iclasının qərarına müvafiq olaraq 26-27 iyun 2008-ci il tarixdə Moskva şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqlarının I Beynəlxalq Gənclər Forumu keçirilmişdir.
Tədbirin məqsədi gənclər siyasəti sahəsində üzv təşkilatların iş təcrübəsinin ümumiləşdirilib yayılması, gənclərin həmkarlar ittifaqının fəaliyyətinə fəal cəlb edilməsi, gənc həmkarlar ittifaqı fəalları arasında əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi olmuşdur.


Daha bir ilk təşkilat

11.07.08 - 18:40368 baxılıb

Bu günlərdə "Kaspian Şhipyard" LTD-də həmkarlar ittifaqı təşkilatı yaradılmışdır.


Toplantı xoş təəssürat doğurdu

11.07.08 - 18:39427 baxılıb

"Kənd-Qida İş" Həmkarlar İttifaqı Federasiyasında "Məhsul" KKHKİC Respublika Şurasının yetirməsi, Finlandiyanın Tampere şəhərində sərbəst güləş üzrə keçirilmiş Avropa çempionatının bürünc medalçısı və Çinin paytaxtı Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına lisenziya almış Azərbaycan çempionu Emin Əzizov və həmçinin Cəmiyyətin bu nailiyyətlərin qazanılmasında əməyi olmuş məsul işçiləri ilə görüş keçirilmişdir.


Dinləyicilərin təhsili təcrübə ilə sıx əlaqələndirildi

11.07.08 - 18:38352 baxılıb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqı kadrları və fəalları üçün təşkil olunmuş 3 aylıq təhsil müddəti başa çatmışdır. 1 ongünlük, 3 beşgünlük, 7 üçgünlük və 8 ikigünlük (treninqlər) kurslarda 320 nəfərə yaxın həmkarlar ittifaqı kadrı və fəalı biliyini artırmışdır.


< 1 2 3 4 5 ... 49 50 51 52 53 ... 56 57 58 59 60 >

Axtarish sistemi

  


« May 2012
Mo Tu We Th Fr Sa Su
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Advokat

Könüllü fəaliyyət münasibətlərini tənzimləyən müqavilə barədə məlumat verməyinizi xahiş edirəm.

Əlikram QURBANOV,
Bakı şəhəri.


- Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə aşağıdakılar göstərilir:
o müqavilə bağlayan tərəflər haqqında məlumatlar;
o tərəflərin hüquq və vəzifələri;
o görüləcək işlər və göstəriləcək xidmətlər;
o müqavilənin müddəti;
o tərəflərin məsuliyyəti;
o müqaviləyə xitam verilməsi qaydası.
Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qanunla nəzərdə tutulmuş digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir.
Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər.
Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.