Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Elşad Miri: "Azərbaycan ailəsinin bünövrəsində yaşayan İslam prinsiplərinə əməl etməklə ailələrin möhkəmliyini təmin edə bilərik"
Son illər respublikamızda qurulan ailələrin böyük bir hissəsi dağılır. Ölkəmizdə boşanma hallarının artması artıq parlament səviyyəsində müzakirə olunub. Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, təkcə ötən il dövlət orqanları tərəfindən 89,4 min nikah qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə 2010-cu ilə nisbətən nikahların sayı 8,9-dan 9,9-a qədər artıb. Bundan başqa, ölkədə 10 801 nikahın pozulması faktı qeydə alınıb ki, bu da 2010-cu illə müqayisədə 1901 fakt artıqdır.
Yeni il bayramı ilə əlaqədar Bakı şəhərinin müxtəlif yerlərində yarmarkalar təşkil olunacaq.
İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, eləcə də istehlakçıların seçim imkanlarına şərait yaratmağa, süni qiymət artımının qarşısını almağa çalışacaqlar.
Hökumət gələn ildən başlayaraq özəl pensiya fondlarının yaradılması ilə bağlı təşkilati-hüquqi işlərə başlamaq niyyətindədir. Bu məqsədlə "2012-2013-cü illərdə qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin tənzimlənməsi" üzrə normativ-hüquqi bazanın yaradılması planlaşdırılır. Bundan əlavə, dövlət orqanları ilə birgə belə fondların sərəncamında olan vəsaitlərin yerləşdirilməsinə nəzarət mexanizmini hazırlamaq nəzərdə tutulur. İlkin mərhələdə pensiya fondlarının maliyyə əsasları formalaşdırılacaq, sonrakı mərhələdə isə qeyri-dövlət pensiyasının təyinatı, maliyyələşdirilməsi və ödənilməsi mexanizmləri qüvvəyə minəcək.
Sosial ipotekaların verilməsinə 2012-ci ilin əvvəllərindən başlanacaq.
Artıq sosial ipotekanın yeni şərtləri də müəyyənləşib və şərtlərin son təkmilləşdirilməsi yaxın günlərdə başa çatacaq. Yeni ilin büdcəsindən sosial ipoteka kreditləşməsini davam etdirmək məqsədi ilə 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulsa da, məbləğin artırılması istisna olunmur. İpoteka Fondu vəsaitlərin 2 dəfə artırılmasını təklif edir. Eyni zamanda Gənclər və İdman Nazirliyi də ipoteka məbləğinin ən azı 40 milyon manata çatdırılmasını istəyir. Bütün bu məsələlərlə bağlı yekun razılıq olmalı və ilin sonuna kimi sosial ipoteka proqramının konkret məbləği müəyyən edilməlidir.
Səlim Müslümov: "Sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətlərinin təmin edilməsi məqsədi ilə nəzərdə tutulan 150 min manat vəsait 250 min manata çatdırılıb"
"Hökumət 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı parlament müzakirələri zamanı deputatlar tərəfindən qaldırılan bir sıra məsələləri nəzərə alıb". Bu barədə parlamentin iclasında maliyyə naziri Samir Şərifov bildirib. O, qeyd edib ki, parlamentdəki müzakirələrdən sonra hökumət deputatların səsləndirdikləri irad, təklif və tövsiyələri ciddi şəkildə araşdırıb. 74 millət vəkilinin çıxışlarında qaldırdıqları təkliflər sistemləşdirilib və baxılıb.
İntellektual İdarəetmə Sisteminə keçid buna zəmin yarada bilər…
Dekabrın 1-dən etibarən Bakı Metropolitenində gedişhaqqı daha 5 qəpik artırılaraq 20 qəpik oldu. Bu artım yerüstü ictimai nəqliyyatda gedişhaqlarına təsir göstərəcəkmi? Mətbuatdan da bildiyimiz kimi, dekabrın 25-də Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin rəsmi təqdimetmə mərasiminin keçirilməsi planlaşdırılıb. Məlumata görə, sistemin işlək vəziyyətə gətirilməsi üçün son tamamlanma işləri gedir. Sistemin işləməsi ilə paytaxt ərazisində tıxacların aradan qaldırılacağı iddia olunur.
Deputatların 2012-ci ilin büdcə zərfi ilə bağlı təklifləri öyrənilmək üçün yenidən hökumətə göndərilib
2012-ci ilin dövlət büdcəsi layihəsinin parlamentdə bir neçə gün davam edən müzakirəsi başa çatıb. Builki büdcə müzakirələri ötən illə nisbətdə daha çox təklif və iradların səslənməsi ilə yadda qalıb. Büdcə zərfi layihəsi yenidən hökumətə təqdim olunub. Nazirlər Kabineti və Maliyyə Nazirliyi 10 gün ərzində büdcəyə bir sıra əlavə və düzəlişlər etdikdən, eləcə də irəli sürülən təkliflərin məqsədəuyğunluğunu nəzərə aldıqdan sonra layihənin son variantı təsdiq olunmaq üçün Milli Məclisə göndərəcək. 2012-ci ilin büdcə paketi dekabrın ilk həftəsində qəbul olunacaq.
Musa Quliyev: "Dövlət müxtəlif sosial layihələr həyata keçirməklə insanların yaşayış imkanlarını yaxşılaşdırmaq niyyətindədir"
Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nı təsdiq edib. Proqramda ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, vətəndaşların əmək hüquqlarının qorunması, əhalinin sosial müdafiəsi ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi, bu sahədə səmərəli dünya təcrübəsinin tətbiq edilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və ümumilikdə respublikamızda sosial siyasətin yeni tələblərə uyğun olaraq inkişaf etdirilməsi və digər məsələlər əksini tapıb.
Hadı Rəcəbli: “Çoxuşaqlı ailələri həvəsləndirmək, nəyə görəsə maddi vəsaitə təhrik etmək bəzən neqativ təsirlərini göstərir”
Hökumət sovet dövründəki bir ənənəni - çoxuşaqlı ailələrə müəyyən güzəştlərin və maddi yardımların edilməsi üçün xüsusi layihə həyata keçirə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı xüsusi təkliflər hazırlayıb. Təkliflər paketində çoxuşaqlı ailələrə yardım mexanizminin müəyyən edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiyanın yaradılımasının vacibliyi qeyd olunur. Komitə hesab edir ki, ölkədə demoqrafik vəziyyətin yaxşılaşması üçün bu cür stimullaşdırıcı addımlar atılmalıdır.
Bu rəqəmlər Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya regionu ilə bağlı son icmalında əksini tapıb.
İcmala əsasən, 2010-cu ildə Azərbaycanda bu göstərici 6 008 ABŞ dolları təşkil edib. Qazaxıstan isə adambaşına 9 009 dollarlıq ÜDM göstəricisi ilə birinci yerdə qərarlaşıb. Bu regionda ÜDM-in adambaşına həcminə görə sonrakı yerləri Türkmənistan (3 677 dollar), Ermənistan (2 840 dollar), Gürcüstan (2 629 dollar), Özbəkistan (1 380 dollar), Qırğızıstan (843 dollar) tutur. Sonuncu yerdə isə 734 dollarla Tacikistandır.
"Yoxsul valideynin uşağına baxılmasını dövlətin üzərinə atmağı doğru hesab etmək olmaz"
Son illər ölkədə boşanmaların faizi artmaqdadır. Dövlət Statistika Komitəsindən verilən rəqəmlərə görə, ilin əvvəlindən rəsmi dövlət orqanları tərəfindən ölkədə 15,7 min nikah və 2,3 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfəri hesabı ilə 2010-cu ilin birinci rübünə nisbətən nikahların sayı 6,7 faizdən 7,1 faizə qədər, boşanmaların sayı isə 0,9 faizdən 1 faizə qədər artıb. Orta hesabla hər il Azərbaycanda nikahlardan təxminən 8-10 faizi pozulur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.