Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əmək müqaviləsinə xitam verilərkən işçilərin hüquq və təminatları

03.03.08 - 15:25974 baxılıb

Hesab edirəm ki, işəgötürənlə işçi arasında əmək müqavilsinə xitam verilməsi barədə mübahisələrin yaranmasının aşağıda göstərilən bir neçə əsas səbəbi vardır:
- bu sahədə işçilərin əmək qanunvericiliyində nəzərdə tutulan hüquqlarını bilməməsi və ya az bilməsidir;
- aidiyyəti üzrə orqanların, təşkilatların, radio, televiziya, qəzet və digər kütləvi informasiya vasitələrinin kifayət qədər maarifləndirmə işlərini aparmamasıdır;
- işəgötürənlərin, onların hüquqşünaslarının, kadr üzrə mütəxəssislərinin, iqtisadçılarının, mühasiblərinin və digər vəzifəli şəxslərinin əmək müqavilsinə xitam verilməsi haqqında əmək qanunvericiliyini və əmək müqavilsinə xitam verilərkən işçilərin hüquq və təminatlarını kifayət qədər bilməməsidir;
- işəgötürənlərin, hüquqşünasların, kadr üzrə mütəxəssislərin, iqtisadçıların, mühasiblərin və digər vəzifəli şəxslərin işçilərin hüquqi biliklərinin az olmasından sui-istifadə edərək əmək müqaviləsinə xitam verilməsi haqqında əmək qanunvericiliyini pozması və qulluq mövqelərindən sui-istifadə etmələridir;
- məsul vəzifəli şəxslərin öz rəhbərlərinə işçilərlə əmək müqaviləsinə xitam verilməsi qaydaları və şərtləri, onların hüquq və təminatları barədə düzgün qanuni izahatlar verməməsi, xüsusən də xarici şirkətlərdə;
- işəgötürənlərin əmək müqavilsinə xitam verilməsi haqqında qanunsuz əmrlərinə müxtəlif yollarla qanuni don geydirəcəyinə inanması;
- əmək müqaviləsinə xitam verilərkən işəgötürənlərin Əmək Məcəlləsinin 77-ci (əmək müqavilsinə xitam verilərkən işçilərin təminatları) və 84-cü (əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin məzmunu) maddəsinin tələblərinə əməl etməməsi;
- əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız sayılması və işə bərpa barədə məhkəməyə təqdim edilmiş iddia ərizələri üzrə məhkəmə işlərində məhkəmə hakimlərinin mülki işlər üzrə araşdırmaları qanunla nəzərdə tutulan qaydada aparmaması, işəgötürənin təqdim etdiyi sənədləri qanunla nəzərdə tutulan qaydada araşdırmaması və notarial orqan kimi yalnız bu sənədləri təsdiq etməklə formal qərarlar qəbul etməsi və işəgötürənləri gələcəkdə də belə addımlar atmağa həvəsləndirməsidir.
Əmək müqaviləsinə xitam verilərkən işçilərin hansı hüquq və təminatları vardır? Belə hallarda işçilər ilk növbədə hansı qaydaları bilməlidirlər? Bəzi hallarda gözləmədikləri, bəzi hallarda isə özlərindən asılı olmayan səbəblərdən əmək müqavilsinə xitam verilərkən hansı addımları atmalı və hansı hüquqlarından istifadə etməlidirlər?
Əmək müqaviləsi bağlayaraq işəgötürənlə əmək münasibətlərində olan hər bir işçi bu sahədə mövcud olan aşağıda göstərilən hüquq normalarını və qaydalarını bilməyə borcludur:
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikasının əmək qanunvericiliyində kifayət qədər normativ-hüquqi aktların mövcud olmasına baxmayaraq, işəgörürən tərəfindən işçilərin bu sahədə olan hüquq və təminatlarının pozulması halları bu günə kimi də davam edir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə Əmək Məcəlləsindən fərqli qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi , istərsə də işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq ,əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir.
Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) yazılı surətdə tərtib edilməli, onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq edilməlidir. Tərtib olunmuş əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli olan əməkhaqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göstərilən sənədlərin və ödəmələrin sonuncu iş günü işçiyə verilməsi hüququ eyni zamanda Əmək Məcəlləsinin 87.3, 172.4-cü maddələrində və Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" qaydalarının 6.1-ci maddəsində və digər normativ-hüquqi aktlarda da da öz əksini tapmışdır.

(davamı var)

Azər QULİYEV,
hüquqşünas.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.