Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bələdiyyələrin büdcələrini artırmaq mümkündür

03.03.08 - 15:27643 baxılıb

Azərbaycanda yerli idarəetmə orqanlarının formalaşdırılmasından 8 il ötsə də, bu qurumun fəaliyyətində problemlər qalmaqdadır. İndiyədək bələdiyyələrin əksəriyyətinin adları torpaq alqı-satqısında hallandırılır. Bunun nəticəsidir ki, artıq paytaxtda və ətraf qəsəbələrdə boş torpaq sahələri qalmayıb. Bələdiyyələrin büdcəsinin də böyük bir hissəsi torpaq alqı-satqısından götürülən gəlirlər hesabına formalaşırdı. Bununla yanaşı, yerli idarəetmə orqanlarının saxlanılması üçün dövlət əlavə dotasiya ayırır. 2006-cı ildə bu məqsədlə dövlət büdcəsindən 3 milyon, bu il isə təxminən 3,5 milyon manat vəsait ayrılıb. Maraqlıdır ki, bələdiyyələrin əsas gəlir mənbəyi olan torpaqlar satılıb qurtardıqdan sonra, onların maliyyələşməsi necə həyata keçiriləcək? Problemdən çıxış yolu kimi beynəlxalq təcrübəyə əsaslanaraq yerli icra hakimiyyəti orqanlarının, mənzil-kommunal istismar sahələrinin bəzi səlahiyyətlərinin (vergilərin müəyyən qisminin toplanmasının), hərbi xidmətə çağırışın bələdiyyələrə həvalə olunması tövsiyə edilir.
Ekspert Rövşən Ağayev bələdiyyələrlə bağlı konsepsiyanın hazırlandığını xəbər verir: “Həmin sənəddə bələdiyyələrin büdcələrinin artırılması üçün üç istiqamət nəzərdə tutulur. Birinci halda bələdiyyələrə əlavə vergi mənbələrinin ayrılması təklif edilir. Hazırda ancaq fiziki şəxslər torpaq və əmlak vergisini bələdiyyələrin büdcəsinə köçürür. Hüquqi şəxslərdən tutulan vergilərə isə dövlət sahib çıxır. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, mülkiyyətdən tutulan vergilər yerli idarəetmə orqanlarına ödənilir. Azərbaycanda da bu metoddan istifadə edilə bilər. Əgər bu təklif baş tutsa, bələdiyyə büdcəsinə əlavə 150-200 milyon manat məbləğində pul daxil ola bilər. Bu isə hazırda bələdiyyələrin indiki bütün büdcə vəsaitlərindən təxminən 4 dəfə çoxdur".

"Paylı vergi sisteminin tətbiqi bələdiyyə büdcəsini artıra bilər"

R.Ağayev ikinci istiqamət kimi Azərbaycanda paylı vergi sisteminin tətbiqini irəli sürür: "Bu cür vergi bazasını dövlət tənzimləyir və vergini müvafiq dövlət orqanı toplayır. Lakin həmin vergilərin içərisində bələdiyyələrin də müəyyən qədər payı olur. Eyni zamanda fiziki şəxslərin gəlir vergisinin 80/20 faiz nisbətində bölünərək bələdiyyələrin büdcəsinə keçirilməsi mümkündür. Bu zaman vətəndaşın yaşayış yeri, yaxud da işlədiyi müəssisənin yerləşdiyi ərazi vahidi əsas götürülür. Dünya praktikasında bu sahədə əsas üstünlük iş yeri prinsipinə verilir. Hansısa müəssisə müəyyən bələdiyyə ərazisində fəaliyyət göstərirsə, həmin obyektdə işləyən vətəndaşın gəlir vergisindən 20 faiz bələdiyyə büdcəsinə köçürülür".
Üçüncü istiqamət isə dövlət büdcəsinə maliyyə yardımlarının ayrılmasıdır. Ekspertin qənaətinə görə, həmin yardımlar konkret istiqamətlər üzrə ayrılsa daha səmərəli olar: "Hazırda bələdiyyələr dotasiyaları əhalinin sayına görə alırlar. Lakin araşdırmalar göstərir ki, bəzən əhalisi eyni olan, hətta eyni bir rayonun ərazisində yerləşən bələdiyyələrə də fərqi məbləğdə vəsait verilir. Əgər bələdiyyələrə konkret layihələrin icrası üçün vəsait ayrılsa daha effektli olardı. Bu qaydalar üzrə bələdiyyələrin vergi mənbələri yaradılarsa, onların büdcəsini 450-500 milyon manata çatdırmaq mümkündür".
Qeyd edək ki, hazırda Azərbaycanda 2757 bələdiyyə var. Onlardan 54-ü paytaxt ərazisində fəaliyyət göstərir. Ölkəmizdə ən varlı bələdiyyənin büdcəsi 450-500 min manatdan artıq deyil. Dövlət büdcəsindən pullar bələdiyyələrin hesabına yerli xəzinədarlıq vasitəsilə köçürülür. Bir çox hallarda isə bu vəsait abadlıq işləri adı altında bələdiyyə büdcəsinə çatmadan xərclənilir. Mövcud qanunvericiliyə görə, bələdiyyələr ancaq öz ərazilərində yerləşdirilən reklamlardan ödənişlər ala bilər. Amma Bakı şəhərindəki bələdiyyələrə əmlakın verilməsi prosesi həyata keçirilməyib. Buna görə də bələdiyyə bu mənbədən gəlir əldə edə bilmir. Avtobus və maşın dayanacaqlarından toplanan vəsait isə yerli icra orqanları tərəfindən istifadə edilir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.