Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Dövlət müəssisələrində pullu xidmətin ləğv edilməsi birmənalı qarşılanmır

03.03.08 - 15:28655 baxılıb

Real vəziyyəti öyrənmək üçün bir neçə xəstəxanada olduq. Mirqasımov adına Respublika Kliniki Mərkəzində böyrək ağrısından şikayətlənən Sevda Ağayeva ilə söhbətləşdik: "UZİ müayinəsinə görə, həmişə bu xəstəxanaya müraciət etmişəm" dedi. "Ötən ilin yayında bir orqanı müayinə etdirmək üçün 6 manat ödəyirdik. İndi isə qyməti 1 manat artırıblar. Həkimlərin sözlərinə görə, pulsuz xidmət UZİ müayinəsinə aid deyil".
Biləcəri sakini Həbib Məmmədov isə boğazında çirklənmə olduğu üçün həkimə müraciət edib: "Xəstəxananın burun, boğaz şöbəsində müayinə olundum. Müayinə pulsuz aparıldı. Bəlli oldu ki, həm boğazımda, həm də burnumda iltihab yığılıb. Burnumda olan iltihabı aparatla təmizlədilər. Bu əməliyyat mənə 30 manata başa gəldi". H.Məmmədovun sözlərinə görə, ondan konkret məbləğdə pul tələb edilməyib.

"Həkimlərin ciddi attestasiyadan keçməsinə ehtiyac var"

Məsələyə münasibət bildirən iqtisadçı Azər Mehdiyev "Ödənişli xidmətdən götürülən gəlir büdcəyə ciddi təsir etmək imkanına malik deyildi. Dövlət müəssisələrində mövcud olan pullu xidmət həkimlər üçün əlavə gəlir mənbəyinə çevrilmişdi. Bu pulların dəqiq hesabatı aparılmırdı. Toplanan vəsaitin xərclənməsində də şəffaflıq yox idi. Əslində, həmin pullar çox vaxt qeyri-rəsmi şəkildə mənimsənilirdi. Bu baxımdan ödənişli tibbi xidmətin ləğv edilməsi təqdirəlayiq haldır. Amma dövlət müəssisələrində ödənişli tibbi xidmətin ləğvinin keyfiyyətə təsir etməsini gözləmək düzgün olmazdı. Çünki həkimlərə verilən əməkhaqqı onların ehtiyaclarını ödəyəcək məbləğdə deyil. Digər tərəfdən isə, tibb müəssisələrində işləyən həkimlərin ciddi attestasiyadan keçməsinə ehtiyac var” - dedi.
A.Mehdiyevin qənaətinə görə: "Səhiyyə Nazirliyi rəsmi açıqlamasında bildirir ki, xəstələrdən pul alınmaması üçün ciddi tədbirlər görülür. Bizcə, tədbirlərin sərtləşdirilməsi ən azı tibb işçilərinin bir hissəsinin dövlət xəstəxanalarını tərk etməsinə gətirib çıxaracaq. Savadlı həkimlər özəl tibb müəssisələrinə, digəriləri isə başqa sahələrə üz tutacaqlar. Bütün bunların olmaması üçün isə həkimlərə həyat səviyyəsini normallaşdıracaq qədər əməkhaqqı verilməlidir".

"Özəl tibb ocaqlarında çalışanların əksəriyyəti
dövlət xəstəxanalarında işləyən həkimlərdir"

Ekspertin qənaətinə görə, xəstəxanaların dərmanla təchizatında da problem var: "Əhaliyə məlumat verilib ki, xəstəxanalarda tibbi xidmət pulsuzdur. Amma heç bir xəstəxana, yaxud poliklinika dərman preparatları ilə tam təmin edilmir. Buna görə də əksər hallarda həkimlər və xəstəxanalar pis vəziyyətdə qalır. Təkcə bölgələrdə deyil, paytaxtda da tibb ocaqlarının dərmanla təchizatı normal səviyyədə deyil. İnanmıram ki, görülən tədbirlər nəticəsində qeyri-rəsmi ödənişlərin qarşısı tam alınsın".
Problemdən çıxış yolu kimi əksər ekspertlər səhiyyə sistemində ciddi islahatların aparılmasını vacib sayır. Beynəlxalq təşkilatlar isə əhalinin sayına görə maliyyələşmə sisteminin tətbiqini təklif edir.
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin qənaətinə görə, vətəndaşlardan pul tələb edən həkimlərə qarşı ciddi tədbirlər görüləcək: "Bu hallarla qarşılaşan vətəndaşlar Səhiyyə Nazirliyinə müraciət etsin. Həmin müraciətlər əsasında araşdırma aparılacaq və lazımi tədbirlər görüləcək. Əgər xəstələrdən pul tələb edilirsə, bu, artıq qanun pozuntusudur. Həmin hallarla bağlı hüquq-mühafizə orqanlarına da müraciət ediləcək".
A.Qədirlinin qənaətinə görə, pullu tibbi xidmətin ləğv edilməsi savadlı həkimlərin dövlət xəstəxanalarını tərk etməsinə səbəb olmayacaq: "İndiyədək də dövlət xəstəxanalarında çalışan həkimlərin əməkhaqları o qədər də yüksək deyildi. Amma tanınmış, savadlı həkimlərin əksəriyyəti dövlət səhiyyə müəssisələrində işləyirdi. Digər tərəfdən, özəl tibb ocaqlarında işləyənlərin böyük bir hissəsi elə dövlət xəstəxanalarında işləyən həkimlərdir".
Qeyd edək ki, dövlət büdcəsindən səhiyyə sisteminə təxminən 300 milyon manat vəsait ayrılır. Pullu xidmətdən il ərzində götürülən gəlir isə dövlət büdcəsindən ayrılan pulun 1,5 faizindən artıq olmurdu. Pullu xidmətdən toplanılan bu vəsaitlə isə səhiyyə sistemini inkişaf etdirmək mümkünsüz idi. Hazırda Azərbaycan səhiyyə sahəsində hər nəfərə ayrılan vəsaitin həcmi baxımından MDB ölkələri arasında yalnız Gürcüstan və Tacikistanı geridə qoyur. Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, normal tibbi xidmət almaq üçün adambaşına 150 dollar vəsait tələb olunur. Azərbaycanda isə bu məbləğ hazırda 48 dollardır. Digər bir hesablamada normal tibbi xidmət göstərilməsi üçün səhiyyə sahəsinə ayrılan vəsaitın ümumdaxili məhsulun 5 faizindən az olmaması müəyyənləşdirilib. Azərbaycanda bu rəqəm cəmi 1 faizdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.