Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mütəxəssislərin fikrincə, bu, əmlak bazarında qiymət artımına gətirməyəcək

10.03.08 - 17:21648 baxılıb

Yaşayış sahəsindən asılı olaraq vergi hesablanarkən bu göstərici Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmsallara vurulacaq. Yalnız bundan sonra 18 faizlik əlavə dəyər vergisi hesablanacaq. Sənədə əsasən, əmsallar Bakı şəhərində birinci zonada 3,5, ikinci zonada 2,5, üçüncü zonada 1,5, dördüncü zonada 1,4, beşinci zonada 1,3, altıncı zonada 1,2, yeddinci zonada 1,1, səkkizinci-on ikinci zonalarda isə 1 olaraq müəyyən edilib.
Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə zona əmsalı 1-ə, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçay üzrə 0,8-ə, digər rayon, qəsəbə və kəndlər üzrə 0,6-ya bərabərdir.
Vergilər Nazirliyindən bildiriblər ki, mənzil tikintisindən əlavə dəyər vergisinin yeni sistemlə hesablanması vergidən yayınma hallarının qarşısını almaqla büdcəyə daxilolmaları artıracaq. Belə ki, əvvəllər tikinti şirkətləri mənzillərin qiymətini aşağı göstərməklə vergidən yayınmağa cəhd edirdi. İndi isə 1 kvadratmetr yaşayış sahəsinin qiymətini 225 manatdan az göstərmək mümkün olmayacaq. Nazirlikdə hesab edirlər ki, ölkə üzrə 1 kvadratmetr yaşayış sahəsinin maya dəyəri təxminən 225 manata başa gəlir.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov bildirib ki, əmsallar tikinti şirkətlərinin ƏDV ödəmələrini dəqiqliklə həyata keçirməsi üçün müəyyənləşdirilib. Yaşayış sahəsindən asılı olaraq bu göstərici Nazirlər Kabinetinin müəyyənləşdirdiyi əmsallara vurulandan sonra vergi hesablanacaq. Yalnız bundan sonra həmin məbləğə görə 18 faizlik əlavə dəyər vergisi müəyyənləşdiriləcək.
Sənədə əsasən, Bakı şəhərinin hər bir zonasında mənzillərin qiymətləri müxtəlif olduğundan düzgün olaraq əmsallar da müxtəlif rəqəmlərə əsaslanır. Vergi ödəməsi təkcə paytaxt üçün nəzərdə tutulmayıb. Ayrı-ayrı əyalət şəhərləri və rayonları üçün də vergi əmsalları təyin edilib.
Mütəxəssisin fikrincə, ƏDV-nin yeni əmsallar əsasında hesablanması əmlak bazarında kəskin bahalaşmaya yol açmayacaq. Çünki qiymət artımının əsas səbəbləri, ilk növbədə vətəndaşların alıcılıq qabiliyyətinin artması, başqa sözlə, əmlak bazarına yönəldilən pul kütləsinin artması, tikinti materiallarının bahalaşması və ümumi xərclər smetasına daxil olan digər - məsələn, işçi qüvvəsinin, nəqliyyat xərclərinin artmasıdır.
N.İbrahimov qeyd edib ki, əvvəllər ƏDV zona əmsalları əsasında hesablanmayanda tikinti şirkətləri mənzillərin qiymətini aşağı göstərməklə vergidən yayınmağa cəhd edirdi. İndi isə 1 kvadratmetr yaşayış sahəsinin qiymətini 225 manatdan az göstərmək mümkün olmayacaq. Bu gün heç kəsə sirr deyildir ki, tikinti yaşayış sahəsinin hər kvadratmetrinə çəkilən maya dəyəri təxminən Vergilər Nazirliyinin hazırda təyin etdiyi normaya, yəni 225 manata uyğundur. Maya dəyərindən çıxış edərək, ƏDV-nin yeni sistemlə hesablanması düzgün metoddur. Mütəxəssis hesab edir ki, bu, vergidən yayınma hallarının qarşısını almaqla, büdcəyə daxilolmaların həcmini də artıracaq.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.