Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qanunsuz tikililər leqallaşdırıla bilər

10.03.08 - 17:40686 baxılıb

Parlamentdə təkliflə çıxış edən millət vəkili Aynur Camalqızı "özbaşına tikili" adlandırılan evlərdə yaşayan vətəndaşların mülkiyyət hüququnun tanınmasını vacib sayır.
Bu problemin birdəfəlik həllinin zəruriliyini bildirən millət vəkili problemin yaranmasında əsas məsuliyyətin dövlət orqanlarının üzərinə düşdüyü qənaətindədir: "Uzun müddət yerli icra orqanlarının səhlənkarlığı səbəbindən şəhərətrafı qəsəbələrdə vətəndaşlar dövlət icazəsi olmadan mənzillər tikib. Şəhərin Sabunçu, Binəqədi, Suraxanı, Əzizbəyov, Səbayel rayonlarında belə tikililərin sayı daha çoxdur. Bununla da vətəndaşların bir qismi özlərinin mənzil problemlərini həll edib. Lakin illər keçdikdən sonra Dövlət Neft Şirkəti, yaxud yerli icra hakimiyyəti orqanları bələdiyyə sərəncamı ilə ayrılan həmin torpaqların onlara məxsus olması iddiası ilə çıxış edərək vətəndaşların evlərinin sökülməsini tələb edir. Lakin nəzərə almaq lazımdır ki, həmin evlərdə on minlərlə insan yaşayır. Onlar bu və ya digər şəkildə ya bələdiyyədən, ya da yerli icra orqanından icazə alaraq bəlkə də son vəsaitlərini xərcləyib özlərinə şərait yaradıblar. İndi müəyyən vəzifəli şəxslərin məsuliyyətsizliyinə görə həmin vətəndaşları evlərindən çıxarmaq olmaz. Hesab edirəm ki, buna görə məsuliyyəti müvafiq qurumlar daşıyır".
"Müvafiq dövlət proqramının hazırlanması ilə problemi həll etmək olar"

A.Camalqızı dövlətin həmin vətəndaşların mülkiyyət hüququnu tanımasını vacib sayır: "Çünki mövcud reallıq baxımından həmin insanlara evlərindən çıxarılarkən alternativ yaşayış yeri vermək mümkün deyil. Bu məsələ təkcə Azərbaycanda deyil, digər ölkələrdə də yaşanıb. Həmin ölkələrdə də dövlət müəyyən bir qanunla bu qəbildən olan vətəndaşların mülkiyyət hüququnu tanımayıb. Bir sıra ölkələrdə "Yaşayış məcəlləsi" var və problem həmin bu qanunla yoluna qoyulur. Belə bir qanunun qəbulu, yaxud müvafiq dövlət proqramının hazırlanması ilə problemi həll etmək olar. Bəzən çıxışlar olur ki, həmin vətəndaşların çoxu təhlükəli ərazilərdə məskunlaşıb. Qanun qəbul edilərkən həmin ərazilərdə məskunlaşan vətəndaşlar da başqa bir əraziyə köçürülə bilər. Bu zaman isə mülkiyyət hüququ tanındığı üçün onlara kompensasiya verilər, yaxud başqa torpaq sahələri ayrılması mümkündür".

"Həmin mənzillərin leqallaşdırılması onların
seçkilərdə iştirakını asanlaşdıra bilər"

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, bu məsələnin müsbət həll edilməsi vacibdir: "Hazırda həmin tikililərdə yaşayan insanları evlərindən çıxarmaq qeyri-mümkündür. Dövlət həmin insanların yerləşdirilməsi üçün alternativ addımlar təklif etmir. Həmin insanlar isə artıq pis-yaxşı özlərinə müəyyən şərait yaradıblar. İlk növbədə aydınlaşdırılmalıdır ki, belə kateqoriyadan olan nə qədər vətəndaş var. Öncə onların pasportlaşdırılması aparılmalıdır. Bundan sonra bu məsələni leqallaşdıraraq onlara hüquqi sənədlər vermək olar. Nəzərə almaq lazımdır ki, həmin vətəndaşların sayı az deyil. Artıq neçə illərdir orada ailələr yaşayır, uşaqlar böyüyür. Həmin mənzilləri leqallaşdırmaqla bu insanları bir çox problemlərdən qurtarmaq olar. Sovet dövründə vaxtaşırı belə işlər görülürdü. Yasamal rayonu ərazisindəki Alatava adlanan yerdə, Sabunçu ərazisində bir qərarla dövlətdən razılıq alınmadan tikilən evlər qanuniləşdirilirdi. Hesab edirəm ki, indi də bu addımı atmaq olar. Bu yolla onların seçkilərdə iştirakını asanlaşdırmaq olar. Həmin insanlar qrupunu müəyyənləşdirmək onlar üçün kommunikasiya xətlərinin çəkilməsini mədəniyyət, tibb ocaqlarının tikilməsini dövlət planlaşdıra bilər".

"Qanunsuz tikililərin qarşısını almaq üçün
tədbirlər gücləndirilsə, ümumi işin xeyrinə olar"

Millət vəkili İqbal Ağazadə də problemin birdəfəlik həllinin tərəfdarıdır: "Mövcud qanunvericilik də həmin vətəndaşların müvafiq icra orqanları tərəfindən qeydiyyata alınmasını tələb edir. Müvafiq icra orqanları bu problemi böyütməkdənsə həll etməlidir".
Millət vəkili Zahid Oruc özbaşına tikililər adlandırılan evlərdə məskunlaşan vətəndaşların mülkiyyət hüququnun tanınmasını mümkün sayır: "Bu barədə məsələ Milli Məclisdə qaldırılarkən tövsiyə olundu ki, təkliflər toplanılaraq müvafiq komissiyaya təqdim edilsin. Ümidvaram ki, problem araşdırılaraq müsbət həllini tapa bilər. Müəyyən qanun qəbul etməzdən öncə problem tam dərindən öyrənilməlidir. Əgər təkliflər tam əsaslandırılsa, müvafiq qanunun qəbul edilməsi də mümkündür".
"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimov dövlət tərəfindən icazə alınmadan tikilən həmin obyektlərlə bağlı məsələnin birdəfəlik həllinin tərəfdarı olduğunu bildirir: "Bu problemi bir neçə dəfə araşdırmağa cəhd etsək də, real nəticə əldə olunmadı. Şəhərətrafı qəsəbələrdə çoxluq təşkil edən belə evlərin sənədlərinin olub-olmaması barədə məsələyə yekun vurulmasına ehtiyac var. Bəzən həmin vətəndaşlara verilən sənədlərin də qanuni olmadığı bildirilir. Hansısa qanun layihəsi qəbul etməklə, yaxud dövlət proqramı ilə bu problemi həll etmək mümkündür. Bundan sonra isə qanunsuz tikililərin qarşısını almaq üçün tədbirlər gücləndirilsə, ümumi işin xeyrinə olar. Qeyri-qanuni tikili adlandırılan həmin problemə bununla birdəfəlik son qoymaq mümkündür. Bu mənada həmin problemin öyrənilərək dəqiq statistikanın aparılması da vacibdir".

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.