Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
M.Quliyev Əmək Məcəlləsində inqilabi dəyişikliklərə ehtiyac olmadığını bildirsə də, vacib hesab olunan məqamların həll olunmasını məsləhət bilir. "Hazırkı Əmək Məcəlləsində bir sıra müddəalar mütərəqqi xarakter daşıyır. Onların bir çoxunun dəyişməsinə ehtiyac yoxdur. Amma Məcəllədə 120-yə yaxın əlavələr və dəyişikliklər edilməsi zəruridir. Konkret olaraq dəyişikliyə ehtiyac duyulan maddələrə gəlincə, mütəxəssis daha çox işçilərin əmək hüquqları ilə bağlı sahələrin təkmilləşdirilməsini daha vacib sayır. Bu gün müəssislərin əksəriyyətində işçilərin əmək hüquqları pozulur. İşəgötürənlər onlarla əmək müqaviləsi bağlamır. Bu gün ölkmizdə 4 milyona yaxın işləyən insan var, amma onların cəmi 1 milyon 400 min nəfəri əmək müqaviləsi əsasında çalışır. İşəgötürənlər, təbii ki, bundan öz məqsədləri üçün sui-istifadə edirlər. Biz öz qanunvericiliyimizdə göstəririk ki, insanlar əmək müqavilələrini bağlamaqda sərbəstdirlər. Hesab edirəm ki, bu, bir o qədər də düzgün deyil. Bu, çox liberal bir yanaşmadır. İşəgötürənlər bu boşluqdan istifadə edərək onların sosial müdafiəsi üçün normal şərait yaratmırlar. İşçilərin heç bir əsaslı səbəb olmadan işdən azad olunması, onlara kompensasiya verilməməsi, digər məsələlər əmək müqavilələrinin olmaması səbəbindən baş verir. Bu şəxslərin gələcək sosial müdafiəsi barədə təminatın verilməməsi də işəgötürənlərin qanunları pozmasının nəticəsidir. Yeni təkliflərdə bu məsələ tam başqa formada həll oluna bilər. Ona görə də Əmək Məcəlləsində bu məsələ ciddi həllini tapmalı və sərtləşdirilməlidir. Eləcə də bir çox işçi hərbi xidmətə gedir və hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerlərinə bərpa oluna bilmirlər. Əmək Məcəlləsinin 77-ci maddəsinə təklif olunan 9-cu hissədə bu problem aradan qaldırılır. Həmin hissədə göstərilir ki, hərbi və alternativ xidmətə çağırılanadək işləmiş şəxslər xidmət müddəti qurtardıqdan sonra 30 təqvim gününədək həmin müəssisədə əvvəlki və ya buna bənzər vəzifəyə (peşəyə) işə girmək hüququna malikdirlər. Əks halda müəssisə rəhbəri cəzalandırıla bilər. Digər vacib maddələrdən biri işçilərin istirahət hüquqları ilə bağlıdır. Yeni maddədə minimum məzuniyyət müddətinin 21 gündən 28 günə çatdırılması nəzərdə tutulur”. İş ondadır ki, millət vəkili Əmək Məcəlləsində bəzi təklifləri qəbul etmək istəmir. M.Quliyev Əmək Məcəlləsində ən mütərəqqi formalardan biri hesab olunan qadınların analıq məzuniyyətində olduğu müddətdə onlara verilən istirahət hüquqları ilə bağlı maddənin qəbul olunacağına inanmır. Xatırladaq ki, həmin maddəyə əsasən, qadınlara orta aylıq əməkhaqqı saxlanılmaqla məzuniyyət müddətinin 6 ayadək uzadılması nəzərdə tutulur. M.Quliyev deyir ki, analıq məzuniyyəti müddətinin 126 gündən 250 günə çatdırılması ciddi problemlər yarada bilər. Belə ki, bəzi müəssisə rəhbərləri öz işçisi olan qadının 250 günlük məzuniyyətə çıxması ilə razılaşmayacaq. Çünki bu onlara sərf etmir. Ona görə də bu müddət 250 gündən, daha doğrusu, doğuşdan sonrakı dövrü nəzərdə tutan 180 gündən 90 günə endirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və Demoqrafiya Siyasəti Şöbəsinin müdiri Vahab Məmmədov isə hesab edir ki, ölkəmizdə demoqrafik vəziyyət xeyli dəyişib. Ölkədə təbii artım azalmağa doğru gedir. Valideynlər bu məsələdə müəyyən məsuliyyət daşıyır. Qonşu ölkələrdə təbii artımla bağlı əmək qanunvericiliyində yeni müddəalar qəbul olunub. Türkmənistan hökuməti bu günlərdə yeni doğulan uşaqların əmək və sosial hüquqlarının yaxşılaşdırılmasına xidmət edən qanun qəbul etdi. Mövcud vəziyyət ölkəmizdə yaxın illərdə demoqrafik problem yarada bilər. Hesab edirəm ki, bizim respublikada da bu məsələ hökmən nəzərə alınmalıdır. Nazirliyin şöbə müdiri əmək miqrantları ilə bağlı məsələlərin də yeni dəyişiklələrdə öz əksini tapacağını bildirib. Yeni təkliflərə əsasən, hər xarici vətəndaş Azərbaycanda il ərzində əmək fəaliyyəti ilə məşğul olması üçün 1000 manat dövlət rüsumu ödəyəcək. Bundan başqa, miqrantların axını ilə bağlı vəziyyətə də nəzarət olunacaq. Xarici ölkələrdən Azərbaycana lazımsız ixtisas və peşələr üzrə işçilərin gətirilməsinin qarşısı alınacaq. Azərbaycan bu gün, digər ölkələrlə müqayisədə, daha çox xarici işçi qüvvəsi qəbul edir. Onların bir çoxunun əmək bazarında fəaliyyəti lazımsızdır. Ona görə də işlərin profilinə və işin keyfiyyətinə nəzarət ediləcək. Əgər xarici mütəxəssislərin gördüyü işi yerli mütəxəssis bacarırsa, əcnəbilərə məhdudiyyət qoyulacaq. Azərbaycanda hər hansı peşə üzrə mütəxəssislər və işçilər varsa, o sahə üzrə xaricdən işçi gətirilməsinə ehtiyac yoxdur. Yeni Məcəllədə bu məsələ nəzərə alınacaq və işəgötürən yerli kadrı qoyub, xarici işçi qüvvəsi ilə əmək müqaviləsi bağlasa cərimə olunacaq. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri də havanın hərarətinin 41 dərəcəyə çatdığı halda işlərin dayandırılması ilə bağlıdır. Hazırkı Məcəlləyə görə, ölkə ərazisində 45 dərəcə istilik qeydə alındığı halda qeyri-iş günü elan edilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.