Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyev "Tibbi sığorta haqqında" Qanunun tətbiq edilməməsini bir sıra səbəblərlə əlaqələndirir: "Dünya təcrübəsində də tibbi sığorta birdən-birə bütün əhali qruplarına şamil edilməyib. Çünki bu o qədər şaxəli, maliyyə tələb edən problemli işdir ki, əlavə çətinliklər yarada bilər. İlkin hesablamalara görə, icbari tibbi sığortanın tətbiqi üçün Azərbaycanda təxminən 5-6 milyard manat vəsait lazımdır. İndi də olmasa, yaxın 5-6 ildən sonra müsbət nəticəni əldə edə bilərik. Çünki bununla səhiyyə sahəsində qeyri-rəsmi ödəmələrin qarşısı alına bilər. Bunun üçün ilk növbədə Azərbaycandakı bütün şirkətləri məcbur etmək lazımdır ki, öz işçilərinin hamısını tibbi sığorta etdirsinlər. Həmçinin bu sahədə rəqabəti gücləndirmək üçün prosesə təkcə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələri yox, bütövlükdə bütün özəl tibbi klinikaları da cəlb etmək lazımdır". M.Quliyevin sözlərinə görə, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalıdır: "Tibbi sığorta hər bir ölkənin sosial-iqtisadi inkişaf xüsusiyyətləri, əhalinin mənəvi, mədəni dünyagörüş səviyyəsi, səhiyyənin təşkilati forması, ümumiyyətlə mövcud tibb imkanlarının insanlara çatdırılması yolları nəzərə alınmaqla tətbiq olunur. Elə ölkələr var ki, orada, ümumiyyətlə, tibbi sığorta deyilən anlayış yoxdur. Həmin ölkələrdə səhiyyənin bütün xərcləri dövlət üzərinədir. Bəzi ölkələrdə həm dövlət, həm də özəl səhiyyə obyektləri fəaliyyət göstərdiyindən tibbi xərclərin bir hissəsini dövlət, qalanını əhali qarşılayır. Bəzi ölkələrdə isə tibbi xərcləri əhali özü qarşılayır. Qarışıq səhiyyənin fəaliyyət göstərdiyi Azərbaycan kimi ölkələrdə əhaliyə tibbi xidmətin göstərilməsinin maliyyələşdirilməsinin ən optimal yollarından biri tibbi sığorta hesab olunur. Tibbi sığortanın mahiyyəti də ondan ibarətdir ki, vətəndaşların ilboyu tibbi xərclərinin böyük bir hissəsini ya onun işlədiyi təşkilat, ya da mənsub olduğu dövlət qarşılamalıdır. Bu xərclərin yalnız üçdə bir hissəsini vətəndaş özü ödəyir". Azərbaycanda əhalinin tibbi sığortaya marağının az olmasına münasibət bildirən iqtisadçı Vüqar Bayramov bunu Azərbaycanda sığorta ənənəsinin zəif olması ilə izah edir: "Sovet dövründə sığorta məcburi olduğu üçün Azərbaycanda da sığorta ənənələri formalaşmayıb. Ölkəmizin müstəqillik əldə etməsi yeni sığorta münasibətlərinin yaranmasına səbəb oldu ki, insanların bəzisi hələ buna tam alışmayıb. Digər bir səbəb isə vətəndaş, sığorta şirkətləri və xəstəxanalar arasında münasibətlərin normal qurulmaması ilə bağlıdır. Bu gün xəstəxanaların əksəriyyətində tibbi sığorta qəbul edilmir. Xüsusən də dövlət xəstəxanalarında belə problemlər mövcuddur. Dövlət xəstəxanalarında müayinə və müalicə pulsuz olduğundan həkimlər rəsmi şəkildə ödənişlər edilməsində maraqlı deyil. Onlar daha çox pasientlərin qeyri-rəsmi ödənişlər etməsinə səy göstərir. Vətəndaş da düşünür ki, onun sığorta müqaviləsi bütün hallarda xəstəxana tərəfindən qəbul edilməyəcək. Hətta qəbul edilsə belə, həkimlərə müəyyən miqdarda pul ödəməyə məcburdur". Ekspert digər səbəb kimi bu gün vətəndaşların əlində olan nağd vəsaitin azlığını göstərir: "Hazırda Azərbaycanda əhalinin gəlirlərinin 70 faizdən çoxu istehlak mallarının alınmasına xərclənir. Digər 10 faizi vergi və rüsumların ödənilməsinə sərf edilir. Yerdə qalan vəsait isə az olduğundan əhali sığortalanmaya gedə bilmir. Digər səbəb də vətəndaşların tibbi sığorta haqqında məlumatlarının aşağı səviyyədə olması ilə bağlıdır". Araşdırmalar göstərir ki, bu gün Avr opada, Amerikada sığortalanmanın yüksək olması əhalinin gəlirləri ilə bağlıdır. Bu səbəbdən əhali gəlirlərinin 1/3-ni sığorta və digər bu kimi məsələlərə sərf edə bilir. Amerikada hazırda Ümumi Daxili Məhsulun 8 faizini, Avropada 11 faizini sığorta ödənişləri təşkil etsə də, Azərbaycanda bu rəqəm 1 faizə belə çatmır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.