Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Departamentinin direktoru Sənan Hüseynovun sözlərinə görə, hazırda fin qəsəbələrində məskunlaşan məcburi köçkünlər üçün evlər tikilir: "Respublikamızda 15 fin qəsəbəsi var ki, həmin qəsəbələrdə 6227 ailə məskunlaşıb. Həmin qəsəbələrdə məskunlaşan köçkünlər əsasən məskunlaşdıqları ərazilərdə tikiləcək evlərdə yerləşdiriləcək. Hazırda onlar üçün Goranboy rayonunda 596, Şəkidə 272, Saatlıda 539, Ağcabədinin Taxtakörpü ərazisində 313, Sabirabadda 807 ailəlik qəsəbə tikiləcək. Həmçinin Bərdədə 195, Füzulidə 612, Ağcabədidə 681, Ağdamda 651, İmişlidə 959 ailə üçün qəsəbə salınacaq. Mingəçevirdə 98 ailə, Yevlaxda isə 404 ailə üçün hündürmərtəbəli bina tikilməsi nəzərdə tutulur". S.Hüseynovun sözlərinə görə, ikinci mərhələdə orta məktəb, uşaq bağçaları və hərbi hissələrdə olan məcburi köçkünlər üçün evlər tikiləcək: "Hazırda respublikanın ayrı-ayrı ərazisində 2768 ailə orta məktəblərdə məskunlaşıb. 1479 ailə Müdafiə Nazirliyinin fəaliyyətdə olan hərbi hissələrində məskunlaşıb. Həmin köçkünlər üçün orta məktəb və hərbi hissələrdə məskunlaşan köçkünlər üçün Şəkidə 51, Ağcabədidə Taxtakörpü ərazisində 114, Bərdədə 866, İmişlidə 24, Saatlıda 109, Ağdamda 38, Ağdaşda 21 ailəlik qəsəbələr salınacaq. Yaxın vaxtlarda Dövlət Proqramına uyğun olaraq həmin qəsəbələrin tikintisinə başlanılacaq". Komitə rəsmisi yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi barədə hələlik heç bir məlumatın olmadığını bildirdi: "Hazırda icrasına başlanılacaq Dövlət Proqramında bu məsələ yer almayıb. Hələlik ancaq yataqxanaların təmirindən söhbət gedə bilər. Yataqxanaların bir qismində təmir başa çatıb, bir hissəsində isə təmir işləri aparılır". Tikilən bəzi qəsəbələrdə yolların tez sıradan çıxmasına münasibət bildirən S.Hüseynov bütün işlərin layihə çərçivəsində aparıldığını söylədi: “Tikinti layihələrinə uyğun olaraq qəsəbələrin əsas yollarına asfalt çəkilir, digər yollara isə çınqıl döşənir”.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.