Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Azərsu" Səhmdar Cəmiyyəti hörmətli Prezidentimizin bu sərəncamını alqışlayır və dəstəkləyir. Əslində cəmiyyət Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı ilə birlikdə hələ ötən ildən sahə işçilərinin övladlarının təhsilinə diqqət ayırmışdır. Hər iki qurum 2007-ci il martın 6-da "Azərsu" SC işçilərinin aztəminatlı ailələrinin əlaçı şagird və tələbələrinə təqaüdlərin təyin edilməsi haqqında qərar imzalamışdı. Bu təşəbbüsü qaldırmaqda və reallaşdırmaqda məqsəd aztəminatlı ailələrin övladlarında təhsilə maraq oyatmaq və valideynlərə məktəb ləvazimatı almaqda köməklik göstərməkdir. Əlaçı orta məktəb şagirdləri üçün 10 manat, gimnaziya, kollec və ali məktəb tələbələri üçün isə 20 manat həcmində aylıq təqaüd müəyyənləşdirilmişdir. Bir məsələni diqqətə çatdıraq ki, təqaüd bütün sahə işçilərinin əlaçı övladlarına deyil, ancaq aztəminatlı ailələrin əla qiymətlərlə oxuyan uşaqlarına verilir. Seçim çox ciddi və dəqiq aparılır ki, yerlərdə saxtakarlığa, dostbazlığa, şəxsi münasibətlərdən irəli gələn ayrı-seçkiliyə imkan yaranmasın. Sahə RK-nın sədri Akif Məmmədov qovluğu açıb bütün şagirdlərin qiymət vəsiqələrinin surətini, məktəb direktorluğundan, valideynlərin iş yerlərindən göndərilmiş arayışları göstərdi. "Biz hər işdə balalarımıza ədalət nümunəsi olmalıyıq. Təqaüdlərin verilməsində ədalət prinsipi ciddi gözlənilməlidir. Əks halda indidən şagirdlərdə haqqa inam itər",-deyə Akif müəllim bildirdi. Akif müəllim onu da qeyd etdi ki, imkanımız daxilində bütün regionları əhatə etməyə çalışmışıq. Biz valideynlərin bir neçəsi ilə də görüşüb söhbətləşdik. Onlar etiraf etdilər ki, təqaüdün maliyyə tərəfi bizim üçün əhəmiyyət daşısa da, mənəvi tərəfi daha təsiredicidir. Hər bir uşaq fərqləndiyini, başqalarına nisbətən əməlinə yüksək qiymət verildiyini görəndə bir az da həvəslənir. A.Məmmədov dedi ki, hələlik 20-dən çox əlaçı şagirdə, tələbəyə təqaüd veririk. Gələcəkdə büdcəmiz imkan verərsə həm təqaüdlərin həcmini, həm də təqaüdçülərin sayını artırmaq fikrindəyik. "ÜlfƏt"
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.