Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Söhbət layiqli əməkdən getməli idi. Dəvət almış nümayəndələr də çıxışlarını bu istiqamətdə hazırlamışdılar. Lakin gözlənilmədən müşavirə tamam başqa xarakter aldı. Təklif olundu ki, mövzuya bir qədər geniş aspektdə baxılsın: "Layiqli əmək maliyyə böhranı şəraitində". Açığı, nümayəndələr ilk dəqiqələrdə bu təklifə etirazlarını bildirirlər. Amma BƏT-in baş katibi Xuan Somavia vəziyyəti nizama salmağı, müşavirəni təklif edilən axara salmağı bacardı. Gündəliyə ilk olaraq iqtisadi konflikt və məşğulluq barədə mövzu çıxarıldı. Bildirildi ki, müəssisələr bağlanır, işçilər ixtisara salınır, əməkhaqqı azaldılır, 3-4 günlük iş həftəsinə keçid halları çoxalır və sair. Bu xoşagəlməz tendensiyaların qarşısını necə almalı? sualı ətrafında müxtəlif fikirlər səsləndi. İkinci məsələ əmək sahəsində yeni problemlər adlanırdı. BƏT-in mütəxəssislərinin proqnozlarına görə, yaxın vaxtlarda dünya üzrə 40-50 milyon işçi ixtisar olunacaq. Minlərlə işçinin əməkhaqqı aşağı salınacaq. Beynəlxalq maliyyə institutlarının yeritdiyi siyasət də yerli hökumətləri buna təhrik edir. Məsələn, Ukrayna, Macarıstan, Latviya hökumətləri tərəfindən kredit üçün Beynəlxalq Valyuta Fonduna (BVF) müraciət olunub. Fond bir şərtlə bu müraciətə razılıq verib ki, həmin ölkələrdə əməkhaqqı, sosial xərclər azaldılsın. Müşavirədə isə söhbət getdi ki, milli gəlirdə əməkhaqqının xüsusi çəkisinin heç olmasa aşağı düşməsinə imkan verilməsin. Başqa sözlə, hökumətlər əməkhaqlarını qoruyub saxlamaq üçün mənbələr axtarıb tapmalıdır. Bundan ötrü ilk növbədə milli banklar pul siyasətini yumşaltmalıdır-uçot dərəcələrini aşağı salmalıdır. Xüsusilə real sektorda işləyənlərin kredit alması prosesini asanlaşdırmalıdır. 3-4 günlük iş həftəsində çalışanlar müavinətlər almalıdırlar, yoxsulluq həddində yaşayanlara müavinətlər verilməlidir və sair. Konkret desək, təkliflərin məğzi belə idi ki, hökumətlər inflyasiyanı nəzərə alaraq əmək məhsuldarlığını artırmaq hesabına nominal əməkhaqqı səviyyəsini saxlasınlar. Üçüncü məsələ işçilərin əmək hüquqlarına dair idi. Deyildi ki, iri şirkətlər digər ölkələrdə yaratdıqları müəssisələrin işçilərinə çox az əməkhaqqı ödəyirlər. "Lavay" şirkətini buna misal gətirdilər. "Lavay"ın hətta Almaniya, Finlandiya, İrlandiya, Lüksemburq kimi inkişaf etmiş Avropa ölkələrindəki müəssisələrinin işçiləri əsas müəssisə işçilərindən qat-qat az maaş alırlar. Çox təəccüblüdür ki, Avropa Ədalət Məhkəməsi də bu məsələ ilə əlaqədar şirkətin mənafeyinə uyğun qərarlar çıxarır. Təbii ki, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası belə "ədaləti" qəbul edə bilməz. Çünki bu qərar işəgötürənlərin səlahiyyətlərini artırır, işçilərin isə hüquqlarını pozur. Yəni Hİ-lərin qeydə alınmasını çətinləşdirir, mövcud olanlarının isə fəaliyyətini məhdudlaşdırır, ya da Hİ-lərin işini sobotaj edirlər. Müşavirədə bununla bağlı konkret ölkələr timsalında nümunələr gətirildi. Həmin ölkələr sırasında Rusiya, Türkiyə, Bolqarıstan, Albaniya ilə yanaşı Azərbaycanın da adı çəkildi. Növbəti məsələ əmək bazarı ilə bağlı idi. Göstərildi ki, əmək bazarında yeni iş formaları üzü çıxır. Məsələn, müvəqqəti, qısaldılmış işlər, evdə iş və sair. Belə hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır. Onlar həmkarlar ittifaqı sıralarından, deməli, sosial müdafiədən kənarda qalırlar. Çıxış yolu kimi təklif edildi ki, hökumətlər daimi iş yerlərinin çoxalmasına diqqəti artırmalıdır. "Sosial dialoq" adlandırılan beşinci məsələ çox gərgin mübahisələr şəraitində keçdi. Səbəb də BƏT-in üçtərəfli Deklorasiyasına tərəflərin birmənalı münasibət bəsləməməsi oldu. Deklorasiyada sosial dialoq tam öz əksini tapıb. İşəgötürənlər dedilər ki, indi maliyyə böhranıdır. Gəlin deklorasiyanı qoyaq bir kənara, birtəhər böhrandan çıxaq, sonra sosial dialoqu yenidən bərpa edərik. Əksinə, həmkarlar ittifaqlarının nümayəndələri isə deyirdilər ki, siz, hökumət olaraq bizimlə bir stol arxasında əyləşib vəziyyəti müzakirə etməsəniz, baş kollektiv sazişlər, kollektiv müqavilələr bağlamasanız böhrandan çıxa bilməyəcəksiniz. Nəhayət, sonuncu məsələ "həyat tərzi, onun keyfiyyəti və sosial müdafiə" adlanırdı. Həmkarlar ittifaqı təmsilçiləri bu mövzuya çox qlobal mövqedən yanaşdılar. Hesab edirlər ki, sağlam iş şəraiti əmək məhsuldarlığını artırır, əmək intizamını möhkəmləndirir, insanların ömrünü uzadır. Beləliklə, milli genefondu qoruyur. Onu da deyim ki, tədbirə dörd baş nazir, baş nazir müavini, sosial, əmək məsələləri üzrə nazirlər qoşulmuşdular. Azərbaycandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçilərləri - Vahab Məmmədov, Xaliq İlyasov, AHİK-dən isə bu sətirlərin müəllifi iştirak edirdi. Müşavirə çox çətin razılaşdırılan qətnamənin qəbulu ilə başa çatdı.
Çingiz TAĞIYEV, AHİK-in zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin müdiri.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.