Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycanda son illər inşa edilən iri infrastruktur layihələrin bir hissəsi nəzərdə tutulan vaxtda başa çatdırılmır. Bu, sonradan həmin layihələrin başa çatdırılması üçün büdcədən əlavə vəsait ayrılması ilə nəticələnir. Belə problemlərin yaşanmasının əsas səbəblərindən biri həmin layihələrin icrasını həyata keçirəcək şirkətlərin seçilməsi üçün təşkil olunan tenderlərin qeyri-obyektivliyi ilə əlaqələndirilir.
Məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramovun qənaətinə görə, "Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən xərclərin artırılması ilə bağlı konkret mexanizmlər və şərtlər müəyyənləşdirilməyib. Avropa, ABŞ və inkişaf etməkdə olan ölkələrdə belə limitlər var. Digər tərəfdən, tenderlərin keçirilməsində şəffaflığın olması vacib amildir. Bir sıra hallarda iri layihələri elə şirkətlər həyata keçirir ki, ya heç bir təcrübəsi yoxdur, ya da nizamnamə kapitalı cüzi rəqəmlə ifadə olunur. Həmin şirkətlərin böyük layihələrlə bağlı tenderlərin qalibi olması qaranlıq məqamların olmasından xəbər verir. Əgər tenderlər şəffaf olarsa, qalib şəffaf və ədalətlilik prinsipi əsasında müəyyənləşdirilərsə, o halda layihələrin xərclərinin sonradan ciddi artımı müşahidə olunmaz". Ekspertin qənaətinə görə, tikinti layihələrinin qiymətlərinin sonradan dəfələrlə artırılması heç bir iqtisadi meyarla izah edilə bilməz: "Əslində dövlət vəsaiti hesabına aparılan investisiya layihələrində xərclərin dəyişdirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti kollegial şəkildə, bütün maraqlı tərəflərin mövqeyi nəzərə alınmaqla verməlidir. Beynəlxaq təcrübədə həyata keçirilən bu kimi iri layihələrin dəyəri maksimum 10 faiz artırıla bilər. Qiymət artımı 10 faizdən artıq olarsa, demək, qiymət artımına iqtisadi faktorlar yox, başqa amillər təsir edir". İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, tenderə çıxarılan layihələrə ayrılan vəsaitin ən az 50 faizi mənimsənilir: "Keçrilən tenderlərə bir qayda olaraq onu keçirən dövlət qurumunun rəhbərliyinə yaxın olan şirkətlər buraxılır. Digər şirkətlər isə müxtəlif bəhanələrlə tenderlərə buraxılmır. Bunun nəticəsidir ki, son illər dövlət orqanının sifarişlərini eyni şirkətlər yerinə yetirir". R. Ağayev hesab edir ki, yaranan problemin başlıca səbəblərindən biri layihələrə sərf ediləcək vəsaitin həcminin aydın göstərilməməsidir: "Son illər iri infrastruktur layihələrin əksəriyyətinin icrası uzadılır. Əslində isə layihədə işin başa çatdırılması üçün konkret müddət göstərilməlidir. Beynəlxalq təcrübə göstərir ki, infrastruktur layihələrin icra müddətinin uzadılması həmin layihənin məbləğinin artırılması ilə müşahidə edilir. Bu tendensiya mütəmadi olaraq özünü göstərdiyindən əksər ölkələrdə layihələrin icra zamanına böyük önəm verilir. Digər tərəfdən, iri infrastruktur layihələrin icrası ilə bağlı tenderlər şəffaf keçirilmir. Beynəlxalq təcrübədə tenderi udan şirkətlə bağlanılacaq müqavilələrdə konkret öhdəliklər göstərilir. Layihənin hansı zaman kəsiyində icra ediləcəyi, işlərin hansı müddətə tamamlanacağı konkret qeyd olunur. Əgər şirkətin günahı ucbatından tikinti uzanırsa sanksiya tətbiq edilir. Amma Azərbaycanda büdcə vəsaiti hesabına inşa edilən və dəyəri milyonlarla dollar olan layihələrdə bu hallar göstərilmir". Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Zahid Vəliyev isə iradları qəbul etmir: "Keçiriləcək tenderlər barədə dövlət qəzetlərində elan verilir. Tender komissiyası yalnız tenderin keçirilməsi üçün formalaşdırılır, əsas meyarlar müəyyənləşdirilir və nəticələr də həmin şərtlərə uyğun dəyərləndirilir. Əgər hansısa tenderin keçirilməsindən narazılıq olarsa, şikayət edə bilərlər. Qurumda bütün şikayətlər araşdırılır".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.