Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Şəhərin mərkəzindəki bazarlar köçürülə bilər

13.04.09 - 10:18385 baxılıb

Son vaxtlar Bakının mərkəzində yerləşən bazarların başqa əraziyə köçürüləcəyi barədə tez-tez məlumatlar səsləndirilir. Şəhərin mərkəzindəki bazarların köçürülməsinə səbəb kimi həmin ərazilərdə antisanitariya şəraitinin olması göstərilir. Bakı Dəmir Yolu Vağzalının yaxınlığında yerləşən Yaşıl bazarın köçürülmə məsələsi bir neçə dəfə gündəmə gəlsə də, reallaşmayıb. Maraqlıdır ki, hazırda da antisanitariya hökm sürən həmin bazarlar nə zaman köçürüləcək, yaxud orada qayda-qanun nə vaxt yaradılacaq?
Məsələyə münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova da həmin bazarların köçürülməsinin hələ gündəmdə olmadığını bildirdi: "Bu məsələ bir neçə il öncə də vurğulanmışdı. Şəhərin mərkəzində antisanitariya vəziyyətində olan bazarların yeni ərazilərə köçürülməsi gözlənilirdi. Amma hələlik bu barədə rəsmi bir qərar yoxdur".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkə bazarlarının ən azı 50 faizində antisanitariyanın hökm sürdüyünü bildirdi: "Bakı bazarları antisanitariya şəraitinin ən çox yayıldığı və istehlakçıların hüquqlarının ən çox pozulduğu bir ticarət şəbəkəsidir. Həmin bazarların əksəriyyətində adı olub, özü mövcud olmayan laboratoriyalar var. Bazarlarda səhər saat 9-da artıq bütün mallara sənəd verilir. Həmin sənədlərdə göstərilir ki, bu məhsullar insan orqanizmi üçün təhlükəsizdir. Hətta ağzı açılmamış turşulara sənəd verilir ki, insan orqanizmi üçün zərərsizdir. Halbuki hər hansı məhsulun ekspertizasını aparmaqdan ötrü minimum 20 dəqiqə vaxt lazımdır. Bakı bazarında bir gün ərzində olan malları ekspertizadan keçirmək üçün 10 il vaxt lazımdır. Lakin ağxalatlı, laboratoriyası olmayan həkimlər ticarətçilərə möhürlü kağız paylayır ki, hər şey öz qaydasındadır. Əslində isə heç bir laboratoriya rəsmi akkreditasiya olunmayıb".
Ekspertin qənaətinə görə, belə bazarlardan iki üsulla xilas olmaq mümkündür: "Birincisi, istehlakçı baykotu ilə, ikincisi isə, inzibati yolla. Azərbaycanda normal istehlakçı hərəkatı olmadığından birinci üsulla buna nail olmaq mümkün deyil. İkinci üsulla mübarizə isə hələlik kifayət qədər getmir. Çünki orada istehlakçıların aldadılmasından gəlir götürən insanlar var".
E.Hüseynov hazırda antisanitariya şəraitində fəaliyyət göstərən bazarların başqa ərazilərə köçürülməsinin mümkünlüyünü vacib sayır: "Nə vaxtsa həmin bazarların ərazisində bina tikmək istəyən olsa, həmin bazarlar da söküləcək. Amma onların hansısa əraziyə köçürülməməsi və yeni sivil bazarların tikilməsi üçün vəsait lazımdır. Amma nə qədər ki, sahibkar az maya qoymaqla çox qazanc götürə bilir, bu addımı atmayacaq".
Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanov da antisanitariya şəraiti hökm sürən bazarların başqa əraziyə köçürülməsini məqbul sayır.

“Həkim nəzarətindən keçməyən
heç bir məhsul istehlakçıya
təklif edilməməlidir"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölmə rəhbəri İmran Abdullayev də bəzi bazarlarda sanitar vəziyyətin biabırçı olduğunu təsdiqləyir: "Bəzi bazarların çöl hissəsində ticarətlə məşğul olanları polislərin köməyi ilə təmizləyirik. Ancaq bir həftədən sonra alverçilər yenidən bazarın çölündə ticarətlə məşğul olur. Yaşıl bazar, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda da bu sahədə vəziyyət ürəkaçan deyil.
Yasamal bazarında isə bazarın içərisinin vəziyyəti acınacaqlıdır. Təbii ki, bazarlarda təmizlik işlərinin aparılmasına birbaşa həmin ticarət mərkəzinin rəhbərliyi cavabdehdir. Bu barədə də onlara dəfələrlə xəbərdarlıq edilib".
Paytaxtda müasir tələblərə cavab verən yeni ticarət mərkəzlərinin tikilməsinə gəldikdə isə, İmran müəllim bunun üçün hər hansı yerin ayrılmasının vacibliyini bildirdi: "Həmin köhnə bazarların yerində, yaxud ona yaxın ərazilərdə kənd təsərrüfatı məhsullarının satış mərkəzlərinin yaradılması yaxşı olardı. Həmin bazarlarda sanitar-gigiyenik normaların gözlənilməsi və buna nəzarət edilməsi də daha asan olardı. Bazar elə bir ticarət obyektidir ki, girişlə çıxış arasında heç bir əlaqə olmamalıdır. Bazarın girişindən daxil olan məhsullar həkim nəzarətindən keçirilməli və daha sonra satışa verilməlidir. Eyni zamanda bazarın çıxışından içəri məhsul daxil olmasına imkan verilməməlidir. Girişdə müasir tələblərə cavab verən laboratoriya yaradılmalıdır. Həkim nəzarətindən keçməyən heç bir məhsul istehlakçıya təklif edilməməlidir. Digər tərəfdən, bazarın ticarət sahəsi ilə məhsul qəbulu sahəsi ayrı-ayrı olmalıdır. Bazara daxil olan məhsullar yoxlanıldıqdan sonra ticarət sahələrinə paylanılmalıdır. Ancaq bu gün bazara daxil olan mal günortaya qədər satıldıqdan sonra həkim gəlib çıxır. Digər tərəfdən, bazarın giriş və çıxış qapıları bilinmir. İstənilən yerdən bazara mal daxil olur. Hətta ən təmiz bazar kimi tanınan "Təzə bazar"da 5-6 qapı var və bütün qapılardan bazara mal daxil olur".
İ.Abdullayev ərzaq məhsulları satılan yerin bir neçə addımlığında dəmir məmulatlar satılmasının yolverilməz olduğunu bildirir: "Amma bu gün əksər bazarlarda bir-birinə yaxın ərazilərdə belə satış yerlərinə rast gəlinir. Tez xarab olan ət məhsulları, o cümlədən balıq məhsullarının satışı üçün ayrıca yerlər təşkil edilməlidir. Bu məhsullar satılan yerlər qapalı və mümkün qədər kondisionerlə təmin edilməlidir. Lakin bu gün bazarlarda satılan balıq məhsullarının əksəriyyəti açıq havada saxlanılır".
Paytaxtdakı bazarlarda sanitar-gigiyenik normalara əməl olunmaması əlaqədar qurumlar tərəfindən də etiraf edilir. Amma, təəssüf ki, problemin həlli üçün ciddi addımlar atılmır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.