Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Siyahıyalınma prosesində BMT-nın tövsiyə etdiyi sualların 70-80 faizi əhatə edilib. Sorğu vərəqəsində cəmi 35 sual yer alıb. Bunlardan 6-sı ev təsərrüfatına, mənzil şəraitinə, onun abadlığına aiddir. 29 sual isə fərdi xarakter daşıyıb. Sualların digərləri isə əhalinin cinsi, anadan olduğu tarix, nikah vəziyyəti, təhsil səviyyəsi, məşğulluğu ilə bağlı olub. Z.Abbasəliyev siyahıyalınmanın şəffaf və düzgün keçirilməsi üçün rayon statistika idarələrinin nümayəndələrinin prosesə cəlb edildiyini bildirdi: "Nümayəndələrə müvafiq rayon icra hakimiyyətlərində təlimlər keçirilib. Prosesə 19 min sayıcı cəlb edilib. Nümayəndələr kortəbii şəkildə seçilməyib. Prosesin şəffaf keçirilməsi və müvafiq rayonun bütün sakinlərinin siyahıya alınmasını təmin etmək məqsədi ilə məhz həmin ərazini yaxşı tanıyan sayıcılara üstünlük verilib. Sakinlərin tanımadıqları şəxslərə məlumat verməkdən imtina edəcəklərini nəzərə alaraq bu üsul tətbiq edilib. Əhalinin hamısının siyahıyaalımada iştirakıını təmin etmək məqsədi ilə prosesdə iştirak etməyənlərə təkrar bildiriş göndərilib. Əgər bu cəhdimiz də nəticəsiz qalırdısa, onda nümayəndəmiz yerli mənzil-kommunal idarəsinin məsul işçisinin iştirakı ilə həmin ünvanda olurdu". Dövlət Statistika Komitəsinin səlahiyyətlisi 1999-cu illə müqayisədə əhalinin siyahıya alınması prosesinin daha yüksək səviyyədə keçirildiyini vurğuladı: "Bu il keçirilən prosesdə əhalinin özü də çox fəallıq göstərib. Hətta sayıcının ünvanlarına gəlmədiyini görərək, siyahıya düşməyəcəklərindən ehtiyat edən sakinlər özləri Dövlət Statistika Komitəsinə müraciət ediblər. Düşünürəm ki, prosesdən əvvəl aparılan maarifləndirmə tədbirlərinin, xüsusilə də televiziya kanallarında nümayiş etdirilən reklam çarxlarının bu işdə böyük yardımı olub". Bir sayıcının 10 gün ərzində 450 nəfəri siyahıya almaq imkanına sahib olduğunu deyən aparat rəhbəri heç bir hüquqi sənədin tələb olunmadığını qeyd etdi: "Uşaqlar, eşitmə, görmə, danışıq qabiliyyətində qüsur olanlar barədə sualları isə onların valideyn və qəyyumları cavablandırıb. Qocalar və uşaq evlərinin sakinləri də siyahıya alınıb". Qeyd edək ki, budəfəki siyahıyaalınma prosesi daha yüksək səviyyədə həyata keçirilib. Belə ki, cari ildə xarici ölkələrdəki Azərbaycan vətəndaşları da siyahıya alınıb. Xarici ölkəyə yaşamağa, işləməyə və ya oxumağa gedən azərbaycanlılar həmin ölkələrdə fəaliyyət göstərən konsulluq, səfirliklərimizdə adlarını siyahıya yazdırıblar. Qaçqın və məcburi köçkünlər isə yaşadıqları və ya müvəqqəti məskunlaşdıqları yerdə siyahıya alınıblar. Amma prosesin sonunda onların adları doğma rayonlarına aid siyahıda qeyd ediləcək. Siyahıyaalınma prosesinin aprelin 22-də başa çatmasına baxmayaraq, növbəti 4 gün ərzində sayıcılar məsuliyyət daşıdıqları ərazi üzrə nəzarət baxışı keçirəcəklər. Siyahıyaalınma prosesində iştirak etməyənlərin siyahıya düşmələri üçün növbəti şans yaradılacaq. Proses yekunlaşdıqdan sonra hər bir rayon və şəhərdə yerləşən siyahıyaalma məntəqələri daxil olan bütün materialları yoxlayaraq, əhalinin sayını əks etdirən yekun cədvəlləri hazırlayacaq. Həmin cədvəllər üzərində məntəqənin adı və inzibati ərazinin təsnifat üzrə kodu göstərilən çantalara yığılaraq Dövlət Statistika Komitəsinə göndəriləcək. Sorğu anketlərinin komitədə toplanmasına mayın ikinci yarısından başlanılacaq. Xatırladaq ki, Azərbaycanda sonuncu dəfə əhali 1999-cu ilin yanvarında siyahıya alınıb. O zaman ölkə əhalisinin 7 milyon 900 minə yaxın olduğu müəyyən edilib. Gülər KƏrimli.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.