Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ekspertlər əcnəbi məhsulların bazarları "zəbt etməsini" yerli meyvə və tərəvəzləri saxlamaq üçün xüsusi kameraların olmaması ilə əlaqələndirirlər. Saxlama kameraları olmadığına görə, məhsullar vaxtından tez xarab olur, bu isə yaraşıqlı görünüşə sahib olan əcnəbi malların bazarlarda liderliyi qoruyub saxlamasına imkan verir. Əgər əvvəllər yalnız tropik meyvələr xarici ölkələrdən gətirilirdisə, indi əksər meyvə və tərəvəzlər idxal olunur. İri, yaraşıqlı görünüşü olan, səliqə ilə qablaşdırılan xarici meyvələr Azərbaycana dünyanın müxtəlif ölkələrindən gətirilir. Məsələn, alma, armud Argentinadan, Çindən, portağal, limon, üzüm, pomidor, xiyar Türkiyədən idxal olunur. Keyfiyyətcə yerli məhsullardan aşağı olan həmin mallar alıcıları görünüşü ilə aldadır. Çünki idxal olunan məhsullar daha təravətli görünür və gec xarab olur. Sadalanan müsbət cəhətləri həmin məhsulların dadına aid etmək olmaz. Yəqin ki, əksər alıcılar bəzən aldıqları almanın armud dadı verməsini müşahidə ediblər. Ekspertlər isə bunu həmin meyvələrin geninin dəyişdirilməsi ilə izah edirlər. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, xaricdən gətirilən məhsulların tərkibində müxtəlif modifikasiya olunmuş bitkilər var, yəni onların geni dəyişdirilir. Əks halda eyni ölçüdə, rəngdə olan meyvə-tərəvəz yetişdirmək mümkün deyil. Məlumat üçün bildirək ki, hazırda dünyanın əksər ölkələrində gen mühəndisliyi həyata keçirilir. Xüsusilə, ABŞ, Hollandiya, Almaniya, Çin və başqa ölkələrdə geni dəyişdirilmiş xiyar, pomidor, badımcan, qarğıdalının yetişdirilməsi artıq adi hala çevrilib. Bu üsulla bitkilərin məhsuldarlığı artırılır, onların uzun müddət susuzluğa, müxtəlif infeksiyalara və ziyanvericilərə qarşı davamlılığı artırılır. Yerli bazarlarımız da bu məhsullardan sığortalana bilməyib. Bazarlarda aylarla qalan və görünüşündə heç bir dəyişiklik olmayan üzümlərin satılması buna əyani sübutdur. Çünki normal halda üzüm bir gün qaldıqdan sonra qıcqırır. Amma bazarlarda dənələri qozdan da böyük olan qara üzümlər aylarla saxlanılır. S.Vəliyev həmin meyvənin tərkibində hansısa gen modifikasiyasının olduğunu istisna etmədi: "Çünki soyuducu anbar yoxdursa, normal halda 3-4 saatdan sonra üzümdə mütləq qıcqırma prosesi getməlidir". Əksər alıcılar isə bu proseslərdən xəbərsizdirlər. Onlar yerli meyvə və tərəvəzləri almaq əvəzinə, daha yaraşıqlı görünüşü olan məhsulları almaqla sağlamlıqlarını təhlükə qarşısında qoyurlar. Həkim-terapevt Vəfa Fərəməzova da gen tərkibi dəyişdirilən məhsulların orqanizm üçün təhlükəli olduğunu qeyd etdi: "Geni dəyişdirilən məhsullar insanda yaddaş pozğunluğu, tez yorulma halları yarada bilər. Bu hallar ilkin vaxtlarda özünü göstərməsə də, zamanla fəsadlar özünü biruzə verməyə başlayır. Ən təhlükəlisi isə odur ki, geni dəyişdirilmiş belə məhsullar insanların genefonduna da təsirsiz ötüşmür. Xüsusilə hamilə qadınlar hamiləlik zamanı qida rasionuna həmin məhsulları daxil etsələr, körpə qüsurlu ola bilər və ya başqa genetik dəyişikliklər meydana çıxa bilər". Xarici ölkələrdə alıcıları mövcud fəsadlar barədə məlumatlandırmaq üçün həmin məhsullar ayrıca satılır, üzərinə xüsusi etiketlər vurulur. Bəzi ölkələr isə, ümumiyyətlə, həmin məhsulların idxalına qadağa qoyub. Azərbaycanda isə belə məhsulların yetişdirilməsi qadağan olunsa da, onların xaricdən gətirilməsinə embarqo qoyulmayıb. Çünki bu, ölkəmizin daxil olmaq istədiyi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə ziddir.Təşkilatın tələblərinə görə, ölkəyə belə məhsulların gətirilməsi qadağan olunmamalı, əksinə, gətirilən malların üzərinə xüsusi etiketlər vurmaqla onlar fərqləndirilməlidir. Əgər sahibkar nəzərdə tutulan qaydalara əməl etmirsə, həmin şəxs məsuliyyətə cəlb olunur. Ölkəmizdə isə vəziyyət fərqlidir. Hələ ki, onların tərkibi yoxlanılmır. Amma Kənd Təsərrüfatı Nazirliyi gələcəkdə xarici ölkələrdən gətirilən meyvələrin xüsusi laboratoriyalarda yoxlanılması istiqamətində tədbirlər görür. Ekspertlər isə həyata keçiriləcək bu tədbirlərlə problemin yalnız bir hissəsinin həllini tapacağını idda edirlər. Çünki əhalinin meyvə-tərəvəzə olan tələbatını indiki halda daxildəki potensialın hesabına ödəmək mümkün deyil. Kənd Təsərrüfatı Nazirliyindən bildirirlər ki, ölkədə kifayət qədər meyvə istehsal olunur. Ötən il 700 min tondan çox meyvə yığılıb ki, bu da ölkənin tələbatından1,5 dəfə çoxdur. Amma saxlama şəraiti olmadığından yerli məhsulun hamısını bazara çıxarmaq olmur. Çətinliklə yetişdirilən məhsulun çox cüzi hissəsi bazara çıxarılır, qalanları isə xarab olur. Ekspertlər bu problemdən çıxış yolunu saxlama kameralarının yaradılmasında görürlər. Kameraların qiyməti isə çox bahadır, təxminən 400-750 min manat civarındadır. Daxilindəki temperaturdan asılı olaraq belə kameralarda meyvəni 4 aydan 2 ilə qədər saxlamaq mümkündür. Mütəxəssislər bildirirlər ki, burada 2 il qalan meyvə vitaminlərinin bir hissəsini itirsə də, görünüşündə heç bir dəyişiklik baş vermir. Ümumilikdə isə keyfiyyətinin 70 faizini saxlayır. Belə kameralar problemin böyük hissəsini həll edə bilər. Məsələn, əhalini ilboyu keyfiyyətli meyvə ilə təmin etmək olar. Nəticədə sahibkarların da gəlirləri və məhsul yetişdirməyə maraqları artar. Məlumat üçün bildirək ki, ötən il Qubada tutumu 1000 ton olan saxlama kamerası istifadəyə verilib. Müxtəlif temperatur rejimlərinə uyğun olaraq meyvəni 5-6 ay müddətində itkisiz saxlamaq mümkündür. Amma bu kamerada meyvə saxlamaq ucuz deyil. Əldə etdiyimiz məlumata görə, bir ton meyvənin birgünlük saxlanması 20 manata, bir ay saxlanması isə 600 manata başa gələcək. Bunun müqabilində isə əhali geninə heyvan genləri əlavə edilmiş meyvə-tərəvəzlərdən qorunacaq. Ancaq problem onunla əlaqədardır ki, bu kamera Qubada yığılan almanın yalnız 1 faizini saxlamağa kifayət edir. Buradan da belə nəticəyə gəlmək olur ki, təkcə Qubada əlavə bir neçə saxlama kamerasına ehtiyac var. "Aqrolizinq" Səhmdar Cəmiyyətindən verilən məlumata görə, 1000 tondan 3 min tona qədər tutumu olan saxlama kamerası qurmaq üçün 350 min manatdan 750 min manata qədər pul tələb olunur. Kameraların yaradılması üçün iş adamlarına güzəştli kreditlər verilməlidir. İqtisadçılar bu problemin də antiböhran proqramında yer almasının zəruriliyini önə çəkirlər. Ən azı əhalinin sağlamlığı naminə.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.