Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
ABŞ-da 5 min 764 yoluxma faktı qeydə alınıb. Yaponiya rəsmiləri də 200-ə qədər adamın «Donuz qripi»nə yoluxduğu faktını təsdiq edib. Yoluxanların əksəriyyəti yuxarı sinif şagirdləri və kollec tələbələridir. Virusun daha geniş miqyas almaması üçün artıq 4 mindən artıq məktəb fəaliyyətini dayandırıb. Qripin qarşısını almaq məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilsə də, H1N1 «qurban»larının sayı artmaqda davam edir. Azərbaycanda isə «Donuz qripi»nə yoluxma faktı qeydə alınmasa da, xəstəxanalar artıq hazır vəziyyətə gətirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq bir sıra tibb müəssisələrində virusun yayılma yolları və təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə işlərinə start verilib. Qrip və kəskin respirator infeksiyaların müayinəsini aparan Respublika Taun Əleyhinə Stansiya gücləndirilmiş iş rejiminə keçib. «A qripi» virusunun vaxtında aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün stansiyanın 100-ə qədər tibbi personalı növbətçilik sistemi ilə işləyir. Bir sözlə, virusun yayılma tendensiyası nəzarətdədir, mütəxəssislərin araşdırmaları, eləcə də son məlumatlar daim izlənilir. Əlaqədar orqanlarla birlikdə virusun yayıldığı ölkələrdən vətənə dönənlərin hamısı ciddi yoxlanmadan keçirilir.
Təsərrüfatlarda aparılan yoxlamalar hələ ki, təhlükənin olmadığını göstərib
Beynəlxalq strukturların həyəcan təbili çalmasına baxmayaraq, yerli bazarlarımızda donuz ətinin satışına hələ də qadağa qoyulmayıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, xəstəlik insana yalnız bu virusa yoluxan donuz vasitəsilə keçə bilər. Ölkədə infeksiyaya yoluxma faktı qeydə alınmadığından belə bir qadağaya hələ ki, əsas yoxdur. Qeyd edək ki, donuzçuluq təsərrüfatlarında aparılan ilk monitorinqin nəticələri də ölkədə epizootik durumun sabit olduğunu göstərib. Aprelin 27-dən etibarən ölkə ərazisində keçirilmiş monitorinq zamanı seçmə üsulla donuzlardan götürülmüş 388 qan nümunəsinin müayinəsi başa çatıb. Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, monitorinq zamanı təsərrüfatların heç birində nə xəstə, nə də xəstəlikdən tələf olan heyvanlara rast gəlinməyib. Bütün bunlara baxmayaraq, Dövlət Baytarlıq Xidməti monitorinqləri bundan sonra da davam etdirmək niyyətindədir. Xidmətdən bildirilib ki, iyunun 1-dən növbəti monitorinq həyata keçiriləcək. Xəstəliyin profilaktikası üçün ölkəmizdə dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb, rayon və şəhər baytarlıq idarələri ərazilərində fəaliyyət göstərən donuzçuluq təsərrüfatlarında xəstəliyə qarşı baytarlıq-sanitariya tələblərinə uyğun tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Qrip epidemiyası dünya iqtisadiyyatına 3 trilyon dollar ziyan vuracaq, iqtisadi artımı 5 faiz azaldacaq
Sürətlə əhatə dairəsini genişləndirən «Donuz qripi» yalnız insanların sağlamlığını təhlükə altına almaqla kifayətlənməyib. Dünya iqtisadiyyatının onsuz da çətin durumunu daha da çətinləşdirməkdə davam edir. Əcnəbi ekspertlər isə artıq yeni qrip dalğasının dünya iqtisadiyyatının dirçəlməsinə mane olacağından və yenicə əldə olunmuş kövrək sabitliyi pozacağından narahatdırlar. Artıq birjalarda neftin ucuzlaşması buna əyani sübutdur. Neftin qiyməti isə ötən vaxtlarla müqayisədə daha iki faiz aşağı düşüb. İnvestorlar narahatdırlar ki, qrip təhlükəsinə görə avia uçuşlarının azalması neftə tələbatı azalda bilər. Buna görə də neftlə yanaşı, aviaşirkətlərin səhmləri də ucuzlaşmağa başlayıb. Bunun əvəzində isə əczaçılıq şirkətlərinin səhmləri bahalaşmaqdadır. Məlumdur ki, bundan sonra dərmanlara tələbat artacaq. Maliyyə birjalarında isə riskli valyutaların - yəni avro və dolların məzənnəsi aşağı düşür. Dünya iqtisadiyyatında dirçəlmənin yenicə başladığını qeyd edən əcnəbi ekspertlər budəfəki epidemiyanın iqtisadi dirçəlişi dayandıracağanı proqnozlaşdırırlar. Dünya Bankının ötənilki hesabatına görə, ümumiyyətlə, növündən asılı olmayaraq, qrip epidemiyası dünya iqtisadiyyatına 3 trilyon dollar ziyan vuracaq və dünyadakı iqtisadi artımı 5 faiz azaldacaq. Məlumat üçün bildirək ki, 2003-cü ildə yayılan «Quş qripi» virusu Asiya ölkələrinə 40 milyard dollar ziyan vurmuşdu. Bu fəsadların ən çox hiss edildiyi sektor isə məhz turizm sahəsi olmuşdu. Beynəlxalq Valyuta Fondu isə bəyan edib ki, bu virus olmasa belə, dünyadakı iqtisadi dirçəliş 2010-cu ildən tez başlamayacaq.
Donuz və mal ətindən hazırlanan məhsulların həcmi son 1 ayda 30 faiz aşağı düşüb
Maraqlıdır, yerli iqtisadçılarımız əcnəbi eksperlərlə nə dərəcə razıdırlar? Problemə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov məsələni şərh edərkən qeyd etdi ki, qrip bir sıra sektorlarda tənəzzülü daha da sürətləndirəcək: «A qripi» durğunluqla müşahidə olunan sektorların sayını artıracaq. Çünki virus yalnız kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrinə deyil, eyni zamanda başqa sektorlara da təsir göstərəcək. Bu qripin yayılması bir sıra sənaye sektorlarında, o cümlədən yeyinti sənayesində fəaliyyət göstərən bir sıra müəssisələri müflisləşmə həddinə gətirib çıxara bilər. «A qripi» aşkarlandıqdan sonra dünyada donuz və mal ətindən hazırlanan məhsulların həcmi yalnız son bir ayda 30 faiz aşağı düşüb. Güman edilir ki, məhz istehlakın aşağı düşməsi həmin məhsulların istehsalı ilə məşğul olanların müflisləşməsinə gətirib çıxaracaq. Bu da həm iqtisadi, həm də sosial baxımından arzuolunan deyil».
London sammiti ilə müqayisədə təqribən 1,5 dəfə çox vəsait ayrılıb
V.Bayramovun sözlərinə görə, qripin gündən-günə əhatə dairəsini genişləndirməsi nəticə etibarilə qlobal krizisin ömrünün uzanmasına gətirib çıxaracaq: «Sözsüz ki, virus tapılmamışdan öncə də beynəlxalq maliyyə qurumları qlobal krizisin ən yaxşı halda 2010-cu ilin əvvəllərində başa çatacağını proqnozlaşdırırlar. Amma virusun yayılması böhranın yaxın zamanlarda başa çatacağı ilə bağlı hər hansı bir nikbinlik yaratmır. Bütün hallarda qripin aşkarlanmasından sonra dünya iqtisadiyyatına dəyən zərər məhz «Böyük İyirmilik»in London sammitində ayırdığı vəsaitdən çoxdur. Belə olan halda nəzərə alaq ki, məhz «Böyük İyirmilik» qlobal maliyyə böhranından azad olmaq üçüın 1,9 trilyon dollar vəsait ayırmışdı. Amma virusla mübarizədə ayrılan məbləğ həmin vəsaitdən təxminən 1,5 dəfə çoxdur. Bu qədər vəsait ayrılması dünya iqtisadiyyatının onsuz da çətin durumunu daha da kölgə altına salacaq».
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.