Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Nazir müavini Natiq Məmmədov mətbuata açıqlamasında bildirib ki, ötən il ərzində 27 mindən artıq əmək müqaviləsi bağlanıb: "Ölkə üzrə orta aylıq əməkhaqqı 268 manat, dövlət sektorunda 232 manat, özəl sektorda isə 342 manat müəyyən edilsə də, bəzi şirkətlərdə işçilərin maaşı hələ də minimum əməkhaqqı səviyyəsində - 75 manat göstərilir". Məlumat üçün bildirək ki, 2008-ci ilin əvvəllərində ölkə üzrə cəmi 1700 nəfər miqrant Azərbaycanda işçi kimi qeydiyyata alınmışdı. 2008-ci ilin sonlarında bu rəqəm artıq 4 min 600 olub. Dövlət Əmək Müfəttişliyindən verilən məlumata əsasən, 2008-ci il ərzində qurum tərəfindən, 1119-u dövlət və 1450-si özəl olmaqla, 2 min 569 müəssisə, idarə və təşkilatda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Bu müddət ərzində vətəndaşlardan daxil olan 2 min 321 ərizə və şikayət, müəssisə və təşkilatlar tərəfindən göndərilmiş 1320 müxtəlif xarakterli müraciət və sorğu araşdırılaraq cavablandırılıb. Həyata keçirilən dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması nəticəsində 9 min 504 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkarlanıb. Qeyd edək ki, iqtisadiyyatın sahələri üzrə pozuntulara daha çox sənaye müəssisələrində rast gəlinib. Sənaye müəssisələrində ötən il 2 min 268, ticarət müəssisələrində 1390, xidmət və ictimai iaşə müəssisələrində isə 1213 pozuntu aşkar edilib. Qurumdan işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin pozulması hallarının böyük hissəsinin özəl qurumlarda qeydə alındığı bildirildi. 2008-ci ildə törədilmiş inzibati xətaya görə, 480 vəzifəli şəxs ümumilikdə 890 min 239 manat məbləğində cərimələnib. Həmin cərimələrin 83 faizdən artığı özəl müəssisələrin payına düşür. GülƏr.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.